Jurnalistlərin 8-ci qurultayı: Hansı yeniliklər gözlənilir?
20.09.2022 [10:22]
4 gün qaldı...
Yeganə BAYRAMOVA
Mətbuat Şurası dörd ildən sonra yeni qurultaya hazırlaşır. Şuranın sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. Qarşıdan gələn qurultayda iştirak edən üzvlər təşkilati məsələlərə baxmaqla bərabər, yeni tərkibin formalaşdırılması, sədrin seçilməsi və digər məsələləri həll edəcəklər.
Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (AMŞ) İdarə Heyətinin 6 sentyabr 2022-ci il tarixli iclasında Nizamnamə tələblərinə uyğun olaraq, Azərbaycan Jurnalistlərinin VIII Qurultayının keçirilməsi qərara alınıb. İclasda Azərbaycan jurnalistlərinin növbəti qurultayının keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.
Ötən günlərdə təşkilat komitəsi kimi fəaliyyət göstərən AMŞ İdarə Heyəti qurultaya hazırlıq işlərini davam etdirir. Təşkilat komitəsinin üzv qurumlara ünvanladığı məlumatda bildirilir ki, Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin müəyyənləşdirilməsi məqsədilə onlara ünvanlanan 2 anketdən birində gündəlik qəzet və informasiya agentlikləri üçün 2, yerdə qalan yayımlar üçün isə 1 qurultay nümayəndəsinin müəyyən edilməsi nəzərdə tutulur. Üzv təşkilatların nümayəndələrinin adları qurultay iştirakçılarının vahid siyahısına daxil ediləcək. Qurultay nümayəndələri ali məclisdə səsvermə hüququ qazanacaqlar.
İkinci anketdə isə AMŞ İdarə Heyətinin yeni tərkibinə seçilmək üçün üzv təşkilatlar 11 jurnalistin, 7 ictimaiyyət nümayəndəsinin, 5 internet informasiya resursu təmsilçisinin adını təklif edəcək. Bu anketə verilən cavablar təşkilat komitəsi tərəfindən araşdırılacaq, ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara paylanacaq yekun seçki bülleteninə daxil ediləcək. Qurultayda yeni İdarə Heyətinin üzvləri onların arasından seçiləcək. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcək.
Azərbaycan jurnalistlərinin özünüidarə və özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası ətrafında birləşmiş qəzet-jurnal redaksiyaları, informasiya agentlikləri, elektron media yayımları və jurnalist təşkilatlarında bu günlərdə keçirilən toplantı və müzakirələrdə qurultaya nümayəndələr müəyyən edilir, jurnalistlərin növbəti ali məclisində Azərbaycan Mətbuat Şurasının yeni rəhbərliyinin formalaşdırılması üçün namizədlər irəli sürülür.
Təşkilat komitəsinin məlumatında qeyd edilir ki, hazırda Azərbaycan Mətbuat Şurasına 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb, bəziləri isə AMŞ ilə əlaqələrini itirib. Hər bir üzv təşkilatın şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənməsidir. Buna görə TK bütün üzv təşkilatları göstərilən tələbi müvafiq qaydada yerinə yetirməyə çağırır. Tələbə tam etinasız yanaşanların ali məclisdə nümayəndə ilə təmsilçilik hüququ məhdudlaşdırılacaq.
Təşkilat Komitəsi xatırladır ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında AMŞ-yə üzv olmayan təşkilatların nümayəndələrinin iştirak edərək səsvermə hüququ qazanmaları Nizamnamə tələblərinə ziddir və buna yol verilməyəcək. Qurultayda fərdi qaydada iştirak da yolverilməzdir. AMŞ-nin Nizamnamə tələblərinə uyğun olaraq Mətbuat Şurasının İdarə Heyətinin hazırkı tərkibi birbaşa qurultay nümayəndəsi statusundadır. Onlara məxsus üzv təşkilatlardan qurultayda nümayəndə kimi həmin təşkilatın müəyyənləşdirdiyi şəxs iştirak edə bilər.
Daha operativ idarə heyəti olmalıdır
Məlum qurultayla bağlı gözləntilərini “Yeni Azərbaycan”la bölüşən “APA Holding”in baş direktoru Vüsalə Mahirqızı bildirib ki, hazırda media ilə sosial media arasında ciddi inteqrasiya prosesi gedir. Onun sözlərinə görə, yeni Nizamnaməyə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var: “Düşünürəm ki, sosial medianın, tanınan bloggerlərin də Mətbuat Şurasında təmsilçiliyi, sosial mediaya aid müxtəlif məqamların MŞ-da müəyyən formada müzakirəsinə ehtiyac var. Burada söhbət heç bir formada nəzarətdən getmir. Əsas məsələ sosial media ilə medianın inteqrasiya məsələsidir. Yəni nə etməliyik ki, sosial mediadan daha peşəkar şəkildə xəbər mənbəyi kimi istifadə edə bilək. Bundan başqa, MŞ jurnalistlərin internet savadlılığının artırılması məqsədilə müxtəlif treninqlər təşkil etməlidir. Düzdür, bu işlər MEDİA Agentliyi tərəfindən görülür, ancaq düşünürəm ki, MŞ da bu sahədə öz fəaliyyətini davam etdirməlidir. MŞ-nın əsas funksiyası dövlət-vətəndaş-media arasındakı körpü rolunu oynamaq, əlaqə və əməkdaşlığı gücləndirməkdir. Fikrimcə, bu istiqamətdə müəyyən dəyişikliklərə ehtiyac var. Daha operativ, hadisələrə tez reaksiya verən bir idarə heyəti olmalıdır. Sözsüz ki, sentyabrın 24-də baş tutacaq qurultay jurnalistlərindir. Bu baxımdan, jurnalistlər necə qəbul edəcəksə, MŞ da o cür işləyəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

