Təhsilə qoyulan investisiya
04.10.2022 [10:53]
Xeyirxah əməlləri ilə seçilən “Qırmızı Ürəklər Fondu”
Yeganə BAYRAMOVA
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın qalibləri mükafatlandırılıb. Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu (Red Hearts) ölkəmizdə xeyirxah əməllər həyata keçirən təşkilatlardan biridir. Fondun fəaliyyət istiqamətində müxtəlif məsələlərə xüsusi diqqət yetirilir. Bunlardan biri ölkəmizdə sosial həssas qrupdan olan insanların təhsilinə dəstək verərək savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafını təmin etməkdir.
Qaliblərin mükafatlandırma tədbirində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru Günay Məsimova və digər qonaqlar çıxış ediblər.
Yeni təqaüd proqramı çərçivəsində seçilən 15 tələbəyə hər ay 150 AZN məbləğində təqaüd, 11 tələbənin isə cari və əvvəlki dövrdən qalan təhsil haqları fond tərəfindən qarşılanacaq. Fond donorlar tərəfindən təhsil üçün edilən ianələri ölkəmizin işıqlı və parlaq gələcəyinə yönləndirərək onlar üçün yeni bir yol açır.
Fondun “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”nın əsas məqsədi istedadlı, mütərəqqi ideya və təşəbbüsləri özündə ehtiva edən, perspektivli, özünü inkişaf etdirməyə səy göstərən tələbələri həvəsləndirməkdir. Proqram ödənişli və ödənişsiz əsaslarla təhsil alan, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri əhatə edir. Tələbələr proqramdan universitetə qəbul balına və təhsil aldıqları dövrdə göstərdikləri akademik göstəricilərə uyğun olaraq faydalanırlar.
Tədbirdə çıxış edən “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirib ki, fond təhsil ehtiyaclarını dəstəklədiyi hər bir fərdin ölkəmizin və dünyanın gələcəyini dəyişəcəyinə inanır: “Qalib gələn tələbələrin hər birinin həyatımızı daha da gözəlləşdirəcəyinə inanırıq. Bu proqramın qalibləri müxtəlif sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını artıra biləcəklər. Unutmamalıyıq ki, təhsilə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir!”
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edən tələbələrin də təhsil haqları ötən il Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
Xəbər lenti
Hamısına baxDünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50

