Ombudsman Mingəçevirə ilk raket hücumunun 2-ci ildönümü ilə bağlı bəyanat yayıb
05.10.2022 [11:39]
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Mingəçevirə ilk raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından daxil olan mətndə deyilir:
"Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan 2 il ötür.
Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olmuş və onlara külli miqdarda ziyan dəymişdir.
Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının vurulmasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilmişdir.
Bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilmişdir.
Lakin bütün bunlara baxmayaraq, son dövrlər Ermənistan tərəfi Azərbaycana qarşı genişmiqyaslı hərbi hücümlar həyata keçirməklə, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızda təxribat-diversiya qrupları vasitəsilə çoxsaylı minalar basdırmaqla vəziyyəti gərginləşdirməyə, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə bərpa-quruculuq işlərini ləngitməyə çalışır, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininə maneə yaratmaqda davam edir".
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

