Xalqa Zəfər töhfəsi verən Yeni Azərbaycan Partiyası
04.10.2022 [14:20]
Müzəffər Liderlə yeni zəfərlərə doğru
Yeni Azərbaycan Partiyası Ulu Öndərin 30 il əvvəlki tezisini təsdiqləyir
Günel ABBASOVA
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi Yeni Azərbaycan Partiyasının yarandığı gündən bugünədək keçdiyi yola bələdçilik edir. Tarixin sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası 30 ildə atdığı hər addımda bu fikirləri təsdiqləyib. Bu gün Yeni Azərbaycan Partiyası öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir neçə partiyanın məhz Yeni Azərbaycan Partiyasına qoşulması da onların Yeni Azərbaycan Partiyasının əsas güc olduğunu başa düşməsindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və qətiyyətli yola nəzər saldıqda xalqın dünənini, bu gününü və gələcəyini əhatə etdiyi şübhəsizdir. Yeni Azərbaycan Partiyasını bu mənada həm də “üç dönəmin partiyası” adlandırmaq olar.
“Üç dönəmin partiyası” necə yarandı?
Yeni Azərbaycan Partiyasının hər ildönümü xalqımız, dövlətimiz üçün tarixi hadisədir. Xoşbəxtik ki, 30 il öncə xalqımızın ən ağır günlərində ümummilli lider Heydər Əliyev dövlətin xilası üçün belə bir partiyanı yaratdı. Ümumiyyətlə, 1990-cı illərdə Azərbaycanda yeni partiyanın yaradılması üçün tarixi zərurət var idi. Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyini elan etsə də, hələ dövlət qurulmamışdı. Bununla yanaşı o zamankı mövcud hakimiyyətdə hərc-mərclik var idi. İlkin dövrlərdə Ayaz Mütəllibov Moskvanın diktəsi altında hərəkət edirdi və müstəqil dövlət siyasətini apara bilmirdi. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra dövlətçilik və siyasi təcrübəsi olmadığına görə romantik, fəlsəfi düşüncələrlə hakimiyyətin başında dayanmağa çalışırdı. Belə bir halda da dövlət qurmaq mümkün deyildi. Eyni zamanda, Qarabağda 1988-ci ildən başlayan erməni separatizmi, hadisələrin müharibə sferasına keçməsi və torpaqlarımızın işğal altına düşməsi bizim həm iqtisadi-sosial vəziyyətimizi, həm də dövlət quruculuğu proseslərimizi xeyli zəiflətmiş oldu.
Belə bir halda Azərbaycan xalqı tanıdığı və gücünə bələd olduğu lider kimi Heydər Əliyevi görürdü. Çünki Heydər Əliyev Sovet dönəmində 14 il Azərbaycana rəhbərlik etmişdi, Sovet Azərbaycanını demək olar ki, yenidən qurmuşdu və ədalətli bir rəhbər olmuşdu. Ona görə də, xalq düşdüyü bəlalardan xilas olmaq üçün Heydər Əliyevə müraciət edirdi. Azərbaycan ziyalılarının da bir çoxu Heydər Əliyevi yeni qurulan partiyanın rəhbəri kimi görmək istəyirdi və o partiyanın xətti ilə Azərbaycanın yeni iqtidarını formalaşdırmaq barədə düşünürdülər. Heydər Əliyev həmin vaxt Naxçıvanın müstəqilliyini qoruyurdu. Bu dövr ərzində həm Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycanın özü böyük təhlükə qarşısında idi. Bu təhlükələri önləməkdən ötrü bizim bir qrup ziyalımız Heydər Əliyevlə görüşüb məsləhətlər alırdı.
Xalqın təkidi ilə qurulan Partiya
Bu hadisələrin fonunda nəhayət, Yeni Azərbaycan Partiyasının qurulması ilə bağlı bir təşəbbüs qrupu formalaşdı. Yeni yaradılan partiya Azərbaycanın xilasına və dövlətçiliyinə xidmət etməli idi. Nəhayət xalqın iradəsi və əzmi öz nəticəsini göstərdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Partiyanın birinci nizamnaməsi Heydər Əliyev tərəfindən yazılmışdı. Partiyanın əsas proqramı dövlətçilik, ölkənin ərazi bütövlüyü, milli həmrəylik, tərəqqi və inkişaf idi.
Partiya yaranandan qısa müddət sonra təşkilatlanma prosesi getdi. O zaman hakimiyyətdə olan Xalq Cəbhəsi və Müsavat cütlüyü hər cür maneələr törədirdi. Ancaq bu axının qarşısında dayanmaq mümkün deyildi. Xalq öz xilaskarını yalnız Heydər Əliyevin şəxsində görürdü. Bu dövrdə Azərbaycanda çox ciddi hakimiyyət böhranı baş verdi. Hakimiyyətdə olan qüvvələr, Ali Sovetin o zamankı sədri, Prezident Əbülfəz Elçibəy özü şəxsən Heydər Əliyevə müraciət etdilər. Müraciətlərdən sonra Heydər Əliyev Milli Məclisdə çıxış edərək fikirlərini bildirdi. Hətta çaxnaşmaların yaşandığı Gəncəyə də getdi. Bu proseslərdən sonra hakimiyyət böhranı aradan qaldırıldı, bir neçə dəfə baş verən dövlət çevrilişlərinin də qarşısı alındı. Nəhayət, 1995-ci ildə Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gələrək iqtidara keçdi. Yeni Azərbaycan Partiyası yarandığı dövrdən bu yana bütün seçkilərdə qalib gəlmiş partiyadır. Bu da xalqın partiyaya sonsuz inamının bir ifadəsidir. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının bugünkü yolu Heydər Əliyev yoludur.
Yeni Azərbaycan Partiyasının siyasi yolunda İlham Əliyev faktoru
Azərbaycan Xalqının bəxti onda gətirib ki, xalqın təkidi ilə qurulan partiyanın bu gün də layiqli davamçısı var. Partiyanın yeni sədrinin başçılığı ilə Azərbaycanda əsaslı dəyişikliklərin əsası qoyuldu. 2001-ci ildə qurultayda prezident İlham Əliyevin sədrin birinci müavini seçilməsindən sonra gənclərin partiyaya axını baş verdi, növbəti qurultayda Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsindən sonra qadınlarımızın da partiyaya inamı artmağa başladı. Ümummilli Lider haqq dünyasına qovuşandan sonra partiyaya sədrlik edən İlham Əliyevin rəhbərliyi altında beynəlxalq əlaqələrin güclənməsi, müasirləşməsi, aparıcı partiyalar ilə əməkdaşlıq məsələsi YAP-ın beynəlmiləl aləmdə nüfuzlu bir partiya olaraq tanınmasını şərtləndirdi. Sonuncu qurultayda təsisat dəyişikliyi, idarəetmənin müasir sistemə keçməsi ilə bağlı ciddi qərarlar qəbul olundu. Yarandığı gündən xalqın sevgisini qazanması və bu etibarı itirməməsi Yeni Azərbaycan Partiyasının ən böyük uğurudur. Bu, partiyamızın yenilikçiliyindən, xalq və partiya birliyindən irəli gəlir. Məhz bu məqamları nəzərə aldıqda demək olar ki, YAP hələ uzun illər xalqımıza xidmət edəcək.
Ölkəmizdə son illərdə aparılan köklü islahatlar, müsbət tendensiya fonunda dəyişikliklər əvvəlcə İlham Əliyev faktoru ilə bağlıdır. Azərbaycan YAP-ın iqtidarda olduğu dövrdə tarixən keçmədiyi uğurlu bir yol keçdi. Dövlət quruldu, iqtisadiyyat bərpa olundu, müharibə dayandırıldı. Əsrin müqaviləsinin imzalanması ilə neft dünya bazarlarına nəql olunmağa başladı və iqtisadiyyat onun üzərində quruldu. İlham Əliyevin rəhbərliyi altında ümumdaxili məhsul, dövlət büdcəsi və əhalinin pul gəlirləri artmağa başladı. 2011-ci ildə BMT kimi təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Bu, Azərbaycanın dünyada qazandığı müsbət imicinin göstəricisi idi. Biz, öz hərbi sənayemizi yaratmaqla keçən il torpaqlarımızı işğaldan azad etdik. Bunları görən xalq başqa bir partiyanı iqtidarda görə bilmir. Xalq bilir ki, 30 ildə Azərbaycanda olan bütün inkişaf Yeni Azərbaycan Partiyasının sayəsində olub.
Müzəffər Liderlə yeni zəfərlərə doğru
2003-cü ildə Heydər Əliyev səhhəti ilə əlaqədar öz namizədliyini geri götürdü. Dedi ki, onun yarımçıq qalan bütün işlərini İlham Əliyev başa çatdıracaq. Xalq isə Heydər Əliyevə inandığı qədər onun inandığı İlham Əliyevə də etimad edirdi. Bu zaman xalq İlham Əliyevə Heydər Əliyevin oğlu olduğu üçün səs vermişdi. Ancaq 5 il sonra xalq İlham Əliyevə onun xalq qarşısında etimadını doğrultmasına, ölkədəki inkişafa görə səs verdi. İlham Əliyevin yolu Heydər Əliyev yoludur, Heydər Əliyev yolu isə Şuşaya gedən yoldur. Torpaqlar işğaldan azad olunanda İlham Əliyev demişdi ki, Qarabağı işğaldan azad edən gənclərin çoxu mənim ölkəyə rəhbərlik etdiyim dövrdə yetişən gənclərdir. İlham Əliyevin hakimiyyəti dövründə torpaqların işğaldan azad olunması onun adının tarixə həm Ali Baş Komandan kimi, həm siyasi rəhbər, həm də müzəffər lider kimi qızıl hərflərlə yazılmasına səbəb oldu. Bu müharibə 44 gündə olmadı, müharibəyə 27 il hazırlıq getdi. Bu dövrdə xalqın hər bir nümayəndəsi Orduya öz qatqısını verdi. Prezident müharibənin ən qızğın vaxtlarında siyasi arenalarda bir orduya bərabər çıxışlar edirdi, xarici mediaya müsahibələr verirdi. O müsahibələrdə isə saysız-hesabsız qərəzli suallar var idi. İndi seçki keçirilərsə, bütün müxalifət namizədləri də İlham Əliyevə səs verər. Çünki xalq üçün onun arzu və istəklərini təmin edən lider ucalardadır. Azərbaycanın bugünkü inkişafı Partiyamızın Sədri İlham Əliyevin partiya və xalq qarşısındakı misilsiz xidmətlərinin təcəssümüdür.
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə təkcə hərbi sahədə deyil, həm də iqtisadi, siyasi sahədə yeni uğurlara imza atmağa davam edir. Qarabağ savaşında qazanılmış Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, döyüş əməliyyatları dayanan vaxtdan bölgədə irimiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramlara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. Dövlət başçısının bildirdiyi kimi, müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, Böyük Qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır.
İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan dövlətimizin başçısı işğaldan azad edilən torpaqlarımızda gerçəkləşdirdiyi yeni layihələr isə Azərbaycanın geosiyasi və geoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini təmin edir. Bəlli olduğu kimi, Qarabağın bərpası və inkişafı modeli belədir: dəyərli və zəngin mədəni irs nümunələri bərpa ediləcək, lazım olanlar isə yaradılacaq. Qarabağın bərpası tarixi Zəfərimizin məntiqi davamıdır. Quruculuq layihələrinin uğurlu, qətiyyətli icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirir.
Bu mənada Yeni Azərbaycan Partiyası xalqa Zəfər töhfəsi verən partiya kimi də tarixə düşdü. İlham Əliyevin hakimiyyətdə olduğu dövrə və bu zaman çərçivəsində gördüyü işlərə nəzər saldıqda aydın olur ki, o, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirib. Xüsusi vurğulamaq lazımdır ki, İlham Əliyev həm də Ulu Öndərin mənəvi yolunun layiqli davamçısıdır. Şuşanın azad olunma xəbərini xalqa çatdıran və xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim deyən dövlət başçısının sözləri bunu bir daha təsdiqləyir. Bu həm də İlham Əliyevin mənəvi dəyərlərə, Azərbaycan xalqına bağlılığının və sədaqətinin göstəricisidir.
Yazı Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü ilə əlaqədar elan olunmuş fərdi yazı müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

