Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli İncəsənət Muzeyində “Açıq qapı” günləri keçirilir

Milli İncəsənət Muzeyində “Açıq qapı” günləri keçirilir

11.10.2022 [11:02]

MÜŞFİQƏ

Azərbaycan Milli İncəsənət Muzeyində 9-30 oktyabr tarixlərində “Açıq qapı” günləri elan edilib. Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən sərgi “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlanır.

Sərgi layihəsində Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir.

Tədbirdə ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov, Xəzər Məşvərət Şurasının sədri Ümid Həsənli, Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva çıxış ediblər.

Keçirilən sərgi ilə bağlı qəzetimizə açıqlama verən Muzeyin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Rəfiyeva bildirib ki, “Açıq qapı” günlərində muzeyə gələnlərin sayında artım müşahidə olunub. Onun sözlərinə görə, göstərilən tarixlərdə paytaxt sakinləri və şəhərimizin qonaqları sözügedən sərgi ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Layihə çərçivəsində məktəb şagirdləri, tələbələr, “Yaşıl şəbəkə” ekoklub dərnəklərinin və “Məktəblərin ekoloji şurası” nın üzvləri, eləcə də ASAN Könüllülər Təşkilatı tərəfindən cəlb edilən həssas qrupdan olan ailələrin övladları iştirak ediblər: “Gənc nəslə, uşaq və yeniyetmələrə  faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakteri daşıyan layihə tamaşaçılar arasında böyük maraqla qarşılanıb. Ziyarətçilərin sırasında böyüklərin və şəhərimizin qonaqlarının da çoxluq təşkil etməsi sevindirici haldır”.

Vurğulanıb ki, sərgi bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31