Siyasi statusdan sui-istifadə etmək istəyənlər...
26.04.2023 [10:41]
Partiya sədrinin dələduzluq etməsi faktı aşkarlandı
Müasir dövrdə ictimai həyatın müasir çağırışlar əsasında formalaşdırılması, cəmiyyətin ayrı-ayrı institutlarının harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən sayılır. Bu gün Azərbaycanda baş verən tərəqqi proseslərinin, novatorluğun, islahatların lokomotivi qismində çıxış edən hüquqi dövlət anlayışı bütövlükdə, sabit inkişafın əsas təməl prinsipidir. Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin uğurları keçirilən uğurlu siyasətin əməli nəticəsidir. Belə ki, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atıb. Eyni zamanda, öz inkişafında, hüquqi dövlət quruculuğu prosesində demokratik ənənələrə əsaslanan, insan hüquq və azadlıqlarına hörmət nümayiş etdirən Azərbaycanda siyasi plüralizm prinsipləri də yüksək səviyyədə qorunmaqdadır. Ölkəmizdə siyasi partiyaların azad fəaliyyətinə şərait yaradılır, keçirilən seçkilərdə siyasi baxışlarından asılı olmayaraq hər kəs iştirak edir və seçib-seçilmək hüququ tanınır.
Partiya rəhbəri olmaq əlavə mənəvi məsuliyyət yaratmalıdır
Bu mənada ölkəmizdə 2020-ci ilin fevralında yeni siyasi konfiqurasiyasının formalaşması da sonrakı mərhələdə ölkənin siyasi sisteminə yeni keyfiyyət dəyişikliyi yaratdı. Belə ki, yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması dayandı və bu da öz növbəsində Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı, eləcə də sentyabrın 27-də erməni təxribatlarına qarşı aparılan əks-həmlə əməliyyatları dövründə siyasi partiyaların dövlət maraqlarından çıxış etməsi, milli mənafenin qorunması üçün milli həmrəylik nümayiş etdirməsi məhz yeni siyasi konfiqurasiyanın formalaşması nəticəsində mümkün oldu. Bu isə öz növbəsində ölkəmizdəki siyasi partiyaların dövlət maraqları ətrafında birliyini təmin etdi.
Təbii ki, Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlar və partiyalar ölkə Konstitusiyası və “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edirlər. Bütün bunlar qanunla tənzimlənmiş hallardır. Eləcə də hər bir partiya üzvü və ya rəhbəri də qanun qarşısında müvafiq məsuliyyət daşıyır - qanun hər kəs üçün eynidir. Daha fərqli düşünsək, partiya rəhbəri olmaq əlavə mənəvi məsuliyyət, vətəndaş məsuliyyəti yaratmalıdır. Çünki xalqdan etimad istəmək üçün ilk növbədə buna əməlinlə layiq olmalısan.
Anar Əsədli: siyasi partiya sədri, yoxsa...
Son günlər əsas müzakirə predmetlərindən olan Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin həbsinin motivləri ortaya təəssüfləndirici bir mənzərə çıxardı. Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər. Hələ bir müddət öncə bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulmuşdu.
Partiya sədrinin ittiham olunduğu məsələ göründüyü kimi sıradan dələduzluqdur - o, yalan vədlər verərək tanışlarının birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pul alaraq mənimsəyib.
Dələduzluq üçün siyasi statusdan istifadə yolverilməzdir
Bu kimi hal isə artıq yolverilməz və qəbulolunmazdır. Siyasi partiya rəhbəri olmaq vətəndaşa etimad mühiti formalaşdırmaqla assosasiya olunmalıdır. Amma göründüyü kimi, bəziləri ölkədə yaradılan demokratik ab-havadan, siyasi münasibətlərin azad inkişafından sui-istifadə etməyə çalışıb. A.Əsədli özünün yaramaz əməllərinin arxasında “partiya sədri” kimi gizlənməyə cəhd edib - bu, qəti olaraq yolverilməzdir. A.Əsədli bu kimi dələduz əməlləri ilə yalnız pulunu mənimsədiyi şəxslərin qarşısında məsuliyyət daşımır - o, birmənalı şəkildə hər bir Azərbaycan vətəndaşının qarşısında məsuliyyət daşıyır.
Maraqlı analogiyaların tez-tez şahidi oluruq - Anar Əsədli kimi bəzi siyasi partiya rəhbərləri maddi fırıldaqçılıqla məşğul olmaq yolunu seçirlər. Onunla eyni “yolu” bölüşənlər də var - həmin şəxslər isə mili maraqları satmağa cəhd göstərirlər. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan demokratik ölkədir və kiminsə hansısa partiyaya rəhbərlik etməsi ona xüsusi imtiyazlar vermir. Qanun pozanlar mütləq şəkildə qanun qarşısında cavab verəcəklər - Anar Əsədli kimi...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59

