Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
24.05.2023 [12:50]
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və Müzəffər Ali Baş Komandana salamlarımızı çatdırır, tariximizin əlamətdar bayramlarından olan
28 May - Müstəqillik Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.
Müstəqillik dövlətini, torpağını və bayrağını şərəfi kimi qoruyub saxlayan hər bir millətin müqəddəs amalıdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini yaşayır. Biz din xadimləri Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin misilsiz fəaliyyətinizin şahidiyik, ölkədə apardığınız genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım dini dəyərlərə verilən böyük önəm və diqqətin təzahürüdür. Məhz buna görə Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığına hörmət müdrik siyasətin nümunəsi kimi dünya miqyasında yüksək qiymətləndirilir.
Bu siyasətin təməli müstəqil dövlətçiliyimizin qurucusu, bu il 100 illik yubileyini böyük ehtişamla qeyd etdiyimiz görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Zati-alinizin səyləri ilə uğurla davam etməkdədir. Məhz Sizin sayənizdə müstəqil Azərbaycan əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda layiqincə təmsil olunur, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. O cümlədən dünya dinləri nümayəndələrinin təmsil olunduqları ali məclislər - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclasları, Dünya Dini Liderlərinin Beynəlxalq Sammiti Bakıda keçirilir və dinlərarası dialoqun, multikulturalizmin, sivilizasiyalararası əməkdaşlığın bariz nümunəsini təcəssüm etdirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya hallarının müşahidə olunduğu, terrorçuluq, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda dünyaya təqdim etdiyimiz multikulturalizm modeli və mədəniyyətlərarası dialoq çağırışları müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.
Biz din xadimləri fəxr edirik ki, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfərin şahidi olmuşuq. Bölgənin qısa zaman içərisində yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət paytaxtı elan edilməsi – bunların hamısı Zati-alinizin yenilməz nüfuzunun və əzminin göstəricisidir. Biz bu səbəbdən Azərbaycan dövlətinin gələcəyinə böyük inamla, ümidlə baxırıq və Zati-alinizin tövsiyəsi, Azərbaycan dövlətinin dəstəyi ilə Türk Dövlətləri Təşkilatı nəzdində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının yaradılmasını siyasi və ictimai baxımdan böyük nailiyyət hesab edirik.
Zati-aliləri, fürsətdən istifadə edərək, 28 May - Müstəqillik Günü ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz dindarlar Azərbaycan xalqının gələcəyi və rifahı naminə Sizin fəaliyyətinizi hər zaman bəyənir və dəstəkləyirik. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, dövlət müstəqilliyimiz əbədi qalacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır!
Uca Yaradan hər zaman yardımçınız olsun! Amin".
Məktubu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovskı və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

