Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir cüt Arifin ortaq sevinci

Bir cüt Arifin ortaq sevinci

18.07.2023 [10:03]

İllərdir ki, Azərbaycanla bağlı bədbin “proqnoz”ları təsdiqini tapmayan radikal müxalifətin hər şeyi “qara rəngdə” görmək azarı bitmir, bir dəstə xəyanətkar ölkəmizin nailiyyətlərinə qara yaxmaqdan usanmır. Uğurlarımızı gah “təsadüf” adlandıran, gah da ağıla batmayan min bir əsassız iddia irəli sürən bu kəsim illərlə Azərbaycanın torpaqlarını işğaldan azad edə bilməyəcəyini iddia edirdi. Hətta 2020-ci il Vətən müharibəsi dövründə belə xəyanətkarlar qələbəmizi “yarımçıq” adlandırır, Ermənistanın kapitulyasiya aktı imzalamadığını israrla vurğulayırdılar...

Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın qələbəsi onları da ermənilər qədər sarsıdıb. Bunun nəticəsidir ki, addımbaşı yeni yalanlarla ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bütün dünya, hətta ermənilər özləri belə beynəlxalq vasitəçilərin səyi ilə aparılan sülh danışıqlarında Azərbaycanın  üstün mövqeyini etiraf edirlər. Prosesin Azərbaycanın diktəsi ilə getdiyini bütün dünya təsdiqləyir - dostlarımız buna sevinir, düşmənlərimiz narahat olurlar. Belə bir məqamda “Azərbaycan sülhə hazır deyil” kimi bir iddia irəli sürmək nə deməkdir?

İlk baxışdan belə görünür ki, bu cümlə Araik Arutyunyana, Robert Koçaryana, Seyran Ohanyana və ya hansısa “yan”a, yaxud ən azı Emmanuel Makrona aiddir. Xeyr, bu cümlə “Osmanqızı TV” internet kanalında aparılan “müzakirə”lər zamanı səsləndirilib. Azərbaycanın sevincinə kədərlənən Sevinc Osmanqızının “ekspert” qismində dəvət etdiyi bir cüt “arif” adam (Arif Yunus və Arif Məmmədov) erməni üslubu, revanşist ritorikası ilə danışır. Azərbaycanın regionda yaratdığı reallıqları görməzdən gələn bu şəxslər “sülhə hazırlıq” prosesini belə düzgün qiymətləndirə bilmir - həqiqətin gözünə düz və dik baxmırlar.

Azərbaycanın sülhə hazır olması faktlarla ortadadır. Ölkəmiz yeni situasiya yaradıb, regional təhlükəsizliyin bərpası üçün bütün səylərini səfərbər edib. Belə olan “Arif” adlı qafillərin yalan danışmaqda, Azərbaycanı ittiham etməkdə məqsədləri nədir? Amma nəticə eynidir - bu dəfə də yalan ayaq tutur, amma yerimir...

Sadiq

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31