/ / Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 əcnəbi jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb YENİLƏNİB
Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 əcnəbi jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb YENİLƏNİB
19.07.2023 [16:17]
Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanat iyulun 19-da XİN, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat konfransında qəbul edilib.
Bəyanatda bu il, Azərbaycan Respublikasında milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunduğu bildirilir. Qeyd edilir ki, milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun şəkildə öz inkişaf dövrünü yaşayır.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və “Media haqqında” Qanun çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Azərbaycanda informasiya məkanında plüralizm prinsipi əsas götürülərək, yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.
Diqqətə çatdırılıb ki, jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir. Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu vardır. Bu məqsədlə, xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.
“Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla şəxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır.
Bu il, məhz “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 xarici media nümayəndəsinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb.
Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar bu sahədə çalışan bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir və bu şərəfli işlərində onlara yeni-yeni uğurlar arzulayırıq!”, - deyə bəyanatda bildirilir.
Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından adları çıxarılmış bəzi media nümayəndələri haqqında məlumatı buradan əldə etmək mümkündür.
xxx
Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanatın mətni bu gün XİN-də keçirilən brifinqdə oxunub.
Bəyanatla 58 nəfərin adı XİN-in “qara siyahı”sından çıxarılır.
“Bu il Milli Mətbuatın yaranmasının 148 illiyi qeyd olunur. Azərbaycanda informasiya mühitində plüralizm mühiti əsas götürülür, yerli və xarici mətbuatın inkişafına hərtərəfli şərait yaradılır.
Mətbuatın xüsusən Azərbaycan-Ermənistan münasibətləri, xarici mənfi ideoloji təsirlərə qarşı danılmaz rolu var. Bu baxımdan xarici KİV-lərin Azərbaycana səfərlərinin təşkili əsas istiqamətlərdən biridir.
Bir sıra əcnəbi jurnalistlərin keçmişdə işğal altında olan ərazilərimizə səfər etdiyi, bir çox hallarda bu səfərlərin məlumatsızlıq nəticəsində baş verdiyi məlumdur. Bu səfərlərdə iştirak edən şəxs “arzuedilməz şəxs” kimi xarici vətəndaşların siyahısına daxil edilir. Bununla bərabər, hər il onlarla şəxs üzrxahlıq edərək adlarının siyahıdan çıxarılmasını istəyir”, - bəyanatda bildirilib.
Qeyd olunub ki, Milli Mətbuatın ildönümü və “Heydər Əliyev İli” ilə bağlı 58 xarici jurnalistin adlarının XİN-in "qara siyahı"sından çıxarılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, 58 jurnalist 15 ölkənin kütləvi informasiya vasitələrinə çalışır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

