Şərti sərhəddə vəziyyət gərgindir...
15.08.2023 [11:45]
Azərbaycanın təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil
Günel ABBASOVA
44 günlük Vətən müharibəsinin nəticələrindən sonra Ermənistan bütün xəbərdarlıqlara baxmayaraq öz təxribatlarını davam etdirməkdən çəkinmədi. Bu gün Azərbaycan Ordusunun mövqelərinin tez-tez atəşə tutulması da Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir. İrəvanın bu cür təxribatçı davranışları Azərbaycanın bölgədə dayanıqlı sabitliyi və yekun sülhü sərt addımlarla bərqərar etməsini zərurətə çevirir. Eyni zamanda, BMT Nizamnaməsinin 51-ci maddəsi ölkəmizə qarşı təhdidləri aradan qaldırmaq üçün Azərbaycana bütün zəruri bildiyi tədbirləri həyata keçirməyə, təhdidləri yerləşdiyi yerdən asılı olmayaraq məhv etməyə, aradan qaldırmağa haqq verir.
Yeri gəlmişkən, avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Baş verənlər bir daha göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil: “Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır”.
Deputat qeyd edib ki, Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səb?r nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil: “Azərbaycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir. Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan tərəfi ötən gecə 7 saat 20 dəqiqə hərbi təxribata yol verməklə eskalasiya risklərini kifayət qədər artırıb: “Hazırda Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət gərgindir, toqquşma riskləri artıb. Ermənistan isə sülh sazişi istiqamətində hansısa real addımlar atmaq niyyətində deyil. Bunu sərhəddə Ermənistandan göndərilən yük maşınları ilə bağlı yaradılan süni şou da bir daha nümayiş etdirir. Azərbaycan tərəfi Ermənistan tərəfindən törədilən bütün təxribatlara, anında, daha təsirli və daha effektiv cavab zərbələri ilə reaksiya verməlidir. Qarabağda da bizə qarşı fəaliyyətlər, səslənən bəyanatlarda bir intensivləşmə var. Hesab edirəm ki, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yerləşdirilən və birgə bəyanatda nəzərdə tutulmayan bütün silah sistemləri və texnikaların minimal müddətdə Azərbaycan tərəfinə təhvil verilməsi üçün zaman təyin edilməlidir. Bu zaman çərçivəsində silahlar ermənilərdən alınaraq Azərbaycana təhvil verilməzsə, həmin texnikalar və silah sisteminə qarşı Azərbaycan atəş zərbələri endirməlidir.
Qarabağ məsələsində ermənilərin vəziyyəti gərginləşdirməsinə, şərti sərhəddə silah və texnikaları cəmləşdirməsinə reaksiyamızın nə qədər sərt olacağını dərhal ortaya qoymalıyıq. Bu, yeganə və ən doğru çıxış yoludur. Çünki digər addımlar və bəyanatlar artıq effekt vermir”.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22

