Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmır
26.09.2023 [10:36]
Mina terrorunu törədənlər saxlanıldı
Nardar BAYRAMLI
Hazırda Azərbaycan dünyada mina ilə çirkləndirilən əsas ölkələrdən biri sayılır. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükə yaradır.
Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb.
Xatırladaq ki, sentyabrın 19-da erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu. Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub. Heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib.
19-20 sentyabr tarixlərində isə Azərbaycan Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirləri keçirib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sentyabrın 25-də Qarabağın erməni əhalisinə ünvanladığı müraciətdə bildirilir ki, ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı sentyabrın 20-də tərk-silah edilərək saxlanılıblar.
Qeyd edilməlidir ki, 2020-ci il üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə, 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ iqtisadi rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 320-dək insan minaların qurbanı olub.
Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.
Digər tərəfdən, Dövlət Təhlükəsizliyi Xidmətinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması haqda açıqladığı məlumat bir daha təsdiqləyir ki, cinayətkarlar cəzasız qalmır.
Yəni Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur. Meşəli cinayətinin iştirakçılarından olan, günahsız azərbaycanlıların qətlində iştirak edən Vaqif Xaçaturyanın bir müddət öncə saxlanılması, istintaqa cəlb edilməsi də ədalətin bərpasının növbəti göstəricisi idi. Vaqif Xaçaturyan 1991-ci il dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlının öldürülməsində, 14-nün yaralanmasında, 358-nin isə didərgin salınmasında iştirakına görə təqsirləndirilir. Bu səbəbdən onun haqqında Azərbaycan Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə cinayət işi açılıb. Xatırladaq ki, Meşəli qətliamı ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanmışdı, V.Xaçaturyan isə 2013-cü ildə beynəlxalq axtarışa verilmişdi. Artıq V.Xaçaturyan ədalət mühakiməsi qarşısındadır.
Eləcə də Azərbaycan bayrağını təhqir edən üç erməni futbolçu da ədalət mühakiməsindən qaça bilmədilər. Belə ki, 2021-ci ilin dekabrında sosial mediada erməni futbolçuların Azərbaycan bayrağını tapdalamasını əks etdirən videogörüntülər yayılmışdı. Video Xocavənddə çəkilmişdi. Həmin vaxt Azərbaycanın hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin “milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik” və Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi qaldırmışdı. Həmin üç erməni futbolçu barədə beynəlxalq axtarış elan edilmişdi. Avqustun sonlarında da onlar Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən Ermənistana keçmək istəyərkən saxlanıldılar. İstintaqa ifadə verərkən bu ermənilər “törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini” bildirdilər. Dövlətimiz onlara humanistlik etdi və 10 sutka həbs verildi. Yəni bu ermənilər cəzasız qalmadılar.
DTX-nn məlumatında qeyd olunan mina terroruna görə müəyyən şəxslərin saxlanılması da bir daha göstərir ki, Azərbaycan xalqına qarşı qanlı cinayət törədənlər qanun qarşısında cavab verirlər. Onlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər!
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

