DİM gələn il üçün ali məktəblərə qəbul proqramlarını açıqlayıb
29.09.2023 [13:42]
Dövlət İmtahan Mərkəzi gələn il üçün ali məktəblərə qəbul proqramlarını açıqlayıb.
DİM-dən verilən məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür.
1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)
2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)
Qeyd 1. Cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlarda nəzərə alınıb.
Qeyd 2. Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
- Fizika (Azərbaycan bölməsi)
- Fizika (Rus bölməsi)
- Biologiya (Azərbaycan bölməsi)
- Biologiya (Rus bölməsi)
Qeyd 3. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək.
Qeyd 4. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.
Qeyd 5. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərin müvafiq hissələri ilə aşağıda qeyd olunmuş keçiddən istifadə etməklə tanış olmaq olar.
https://dim.gov.az/upload/iblock/1b7/1b7cb3a81afb4c06b773c2caefb06da6.pdf
Qeyd 6. Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunması nəzərdə tutulur. Həmin əsərlərlə aşağıda qeyd olunmuş keçiddən istifadə etməklə tanış olmaq olar.
https://dim.gov.az/upload/iblock/8b6/8b69c2e168f9130ada9f37ede2a7f6ca.pdf
Qeyd 7. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (“Дастан “Кёроглу” (глава “Приход Демирчиоглу в Ченлибель”)”, “Молла Панах Вагиф. Гошма “Байрам”, “Джалил Мамедгулузаде. Рассказ “Почтовый ящик”, “Самед Вургун. Стихотворение “Горы”, “Мир Джалал Пашаев. Рассказ “Сирота”, “Абдулла Шаик. Рассказ “Письмо не дошло”, “Микаил Мушфик. Стихотворение “Мама”, “Расул Рза. Стихотворение “Карабах”, “Гусейн Аббасзаде. Рассказ “Чужие” (Цикл “Той победной весной”)”, “Бахтияр Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса...”,“ Сабир Рустамханлы. Поэма “Возвращение в Карабах”, “Александр Сергеевич Пушкин. Повесть “Капитанская дочка”, “Иван Сергеевич Тургенев. Стихотворение в прозе “Русский язык”, “Лев Николаевич Толстой. Рассказ “Кавказский пленник”, “Владимир Владимирович Маяковский. Стихотворение “Необычайное приключение…”, “Александр Твардовский. Поэма “Василий Тёркин” (главы “От автора” (На войне в пыли проходной…), “Переправа”, “О награде”)”, “Иван Третьяков. Рассказ “Бывают минуты”, “О.Генри. Новелла “Последний лист”), отсутствующим в учебнике, однако рекомендуемым к прочтению и анализу. Вы можете ознакомиться с соответствующими произведениями, перейдя по ссылке.
https://dim.gov.az/upload/iblock/507/507371147b982bac722355d2320869c3.pdf
Qeyd 8. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş alt standartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri, qiymətləndirmə meyarları da dərc ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

