Bizi kor edən işıqlar
23.11.2023 [11:00]
İllər öncə ikinci şeirlər kitabımın adını oxuyan tanınmış şairlərimizdən biri qaşını çatıb mənə sual vermişdi:
- Ay Məhsəti, “Parlaq zülmət” nə idi? Zülmət necə parlaq olar, yaxud başqa tərəfdən baxsaq, parlaqlığın içində zülməti necə tapmısan?
Sonra isə əlavə etmişdi: Amma maraqlı addır ha...
Onda gülümsəyib keçmişdim. Açığı, fikirlərimi izah etməkdə aciz idim. Yəni o işıqlardakı qaralığı hiss edirdim, amma şərhində çətinlik çəkirdim. İllər keçdikcə işığın, parlaqlığın içindəki qaranlığı daha aydın görməyə başladım. Əslində, bütün işıqların sonunun zülmət olduğuna inandım. Yox, bu, məni ruhdan salmadı. Əksinə, rastlaşacağım növbəti işıqların da içində o qara rənglə qarşılaşmağa hazırlıqlı oldum. Və işıqları zülməti ilə birgə sevdim. Çünki zülmətin də içində başqa bir işıq görürdüm. Deyəsən çox dolaşıq yazıram, hə? Əslində, məqsədim hamını o qaralıqla, o qaranlıqla qarşılaşacağına hazırlamaqdır. Nədən ki, bəzən insanlarımız, xüsusən gənclərimiz hardasa işıq görürlər - vədlər, təriflər, pafoslu sözlər, gülər simalar, işıqlı görünən adamlar... Aldanırlar, o işığın ardıyca düşürlər. Həmin işıqdan nur alaraq bütün dünyanı aydınladacaqlarına inanırlar. Bir sözlə, hər qaranlıq gecənin bir işıqlı gündüzü olduğuna əmin olurlar. Amma hər işıqlı gündüz?n sonundakı o qaranlıq gecəni görmək istəmirlər... Əlbəttə, yaşamaq yanmaqdır. Və yanmaq həm də işıq saçmaqdır. Biz yanmalı və işıqlandırmalıyıq ki, yollar aydınlansın, bizdən sonra gələnlər qaranlıqda qalmasın, büdrəməsin, yıxılmasın. Amma vay o günə ki, işığı məhz sonrakı qaranlığı gizlətmək üçün yandıraq. Yəni gəlin, bizə sarı gələnlərin gözlərinə gur işıq salaraq şan-şöhrət, məşhurluq xülyalarına qapdırıb onların gözlərini kor etməyək. Etməyək yazıram, amma əslində, bu yazı gözə işıq salanlar üçün yox, gözünə işıq düşərkən ayağının altını görə bilməyənlər üçündür. İşıq salanlar həmişə olub, olur, olacaqdır. O işıqsalanların çox nadir hissəsinin məqsədi doğrudan da yol aydınlatmaq olur. Qalanının isə “qapqara” məqsədləri olur ki, onu da işıqdan gözü qamaşmış qarşı tərəf tam zülmətin ortasına düşəndən sonra dərk edir. Onda isə çox gec olur.
Həyati bir misal çəkim. Axşam idi. Evdə əyləşib qızımın dərsləri ilə məşğul olurdum. Birdən otaqda bir arı uçmağa başladı. Səsi əlbəttə ki, yazmağımıza mane olurdu. Üstəlik lap yaxınlığımızda dövrə vurmağa başladı ki, bu da qızımı qorxutdu. Nə qədər dəsmalla qovmağa çalışsam da, arının zəhlətökən vızıltısını kəsə bilmədim. Əksinə daha da aqressivləşdi. Ənənəvi öldürmək üsulu isə mənlik deyildi. Bu, qızım üçün də bir vəhşilik nümunəsi olardı. Ən yaxşı variant arını işıqla aldatmaq idi. Beləcə, otağın işığını söndürdüm, qapının pərdəsini qaldırdım və arı heç bir dəqiqə keçməmiş çöldə yanan elektrik lampasına - işığa doğru uçdu. Mən də pərdəni endirib, otağın işığını yandırdım. “Təhlükə” sovuşmuşdu. Qızım dinməzcə və heyrətlə məni izləyirdi:
- Ana, sən neynədin?
- Hə, qızım, yadında qalsın, sənin üçün yandırılmış bütün işıqlar heç də sırf sənə yaxşılıq etmək üçün deyil. Bax, indicə bizə mane olan arını aldatdıq və canımızı ondan qurtardıq.
Əlbəttə ki, 8 yaşlı qızım mənim nə dediyimi tam dərk etmədi. Amma əminəm ki, bu hadisə onun şüuraltında ilişib qalacaq və nə zamansa köməyinə yetəcəkdir.
Ümumiyyətlə, işığı sevmək, işığa doğru addımlamaq, işıqlı ideallarla yaşamaq, ürəyini, qəlbini işıqla doldurmaq və bunu başqalarına ötürmək bir insan üçün sadəcə, xoşbəxtlikdir. Şair demişkən: “Günəşdən gizlənən yarasalardır”...
Amma nə yazıq ki, işıq əksər vaxtlarda aldadıcı ola bilir. Hətta uşaq vaxtı valideynlərimiz bizə danışdıqları “Cırtdanın nağılı”nda belə bu həqiqəti bəlkə özləri də bilmədən bizə çatdırmışdılar. Məhz it hürən yox, işıq gələn tərəfə getdikləri üçün aldanan, az qala divin yeminə çevrilən cırtdan və onun yoldaşlarını hər birimiz yaxşı xatırlayırıq axı.
Odur ki, işığa doğru gedin. Amma baxın ki, o işıq haradan düşür, necə düşür. Bir sözlə, gözünüzə işıq salanlara yox, gedəcəyiniz yola, ayağınızın altına işıq tutanlara inanın!
Məhsəti MUSA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39

