Elçibəyin yaratdığı, Əli Kərimlinin yarıtmadığı...
28.11.2023 [10:00]
AXCP-nin xəyanətkar üzü hər gün ifşa edilir
Antimilli siyasi xətti özünün “əsas prinsipi” hesab edən redikül müxalifət partiyaları dağılmağa məhkumdur. Fərqli yollarla aldadılaraq bu partiyalara cəlb olunmuş gənclər isə fəaliyyət göstərdikləri dövrdə bu siyasi qruplardakı maraq-pul davasını, iyrənclikləri, xəyanəti öz gözləri ilə görürlər. Bu baxımlan həmin gənclərin o partiyalardan uzaqlaşması, canını qurtarması normal hal sayılmalıdır.
Məsələn, AXCP-də olduğu kimi... Son günlərdə bəzi üzvlər partiyadakı ab-havaya, saxtakarlığa, Əli Kərimlinin partiya daxilindəki repressiv siyasətinə, öz xəyanətlərinə gəncləri də alət etmək istəyinə etiraz olaraq AXCP-dən çıxdıqlarını bəyan ediblər. Partiya fəalları Tərlan Babayev və Pərvin Hüseynli, eləcə də AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə partiya sıralarından çıxdıqlarını bildiriblər. Maraqlıdır ki, hər üç gənc sosial şəbəkələrdə AXCP-dən getmə səbəblərini hələ açıqlamamış təhqirlərə məruz qalıblar. Əli Kərimlinin rəhbərlik etdiyi trol dəstəsi ənənəvi üsulla öz çirkinliklərini ört-basdır etmək üçün istefa verən gəncləri hədəfə alıblar. Onların “linc edilmə” kampaniyasına isə Ə.Kərimlinin yaxın ətrafı “başçılıq edir”.
Bəli, AXCP-də fəaliyyət göstərən gənclərin mühüm bir hissəsi təmsil olunduqları təşkilatlardan istefa verir, partiya sədrinin əməllərindən cana doyduqlarını bildirirlər. İndiyədək bu partiyanın gənclər təşkilatına yığılmış beş-on gənc Ə.Kərimlinin, eləcə də, ona yaxın olan qrupun əmrlərini sözsüz yerinə yetiriblər. Ə.Kərimli xarici ermənipərəst təşkilatlardan alınan sifarişlərin əsas “qara işləri”ni məhz həmin gənclərə gördürüb. Hətta Ə.Kərimlinin gənclər üzərindən çirkin oyunlar oynadığının, öz mənafeyi xatirinə rəhbərlik etdiyi partiyanın üzvü olan gəncləri belə qanunsuz əməllərə yönləndirdiyi kimi faktlar mövcuddur. Gənclər isə artıq Ə.Kərimli kimilərinin əmrlərini gözüyumulu yerinə yetirmək istəmirlər. Onlar verilən “göstəriş”i təftiş edir, hətta müzakirəyə çıxarırlar. Bu isə AXCP sədrinə naxoş gəlir, nəticədə həmin gənclər hədəfə alınırlar. Yəni bu partiyada kiminsə özünün azad sözü, fikri ola bilməz. Bu isə gənclərdə ikrah hissi oyadır və onlar aldadıldıqlarının fərqinə varırlar. Demokratiya pərdəsinə bürünərək sədri olduğu partiya daxilində diktatura quran Əli Kərimli “AXCP biznesini” əlində saxlamaq üçün aldatdığı bu kimi gənclərdən istifadə edir. Maraqlıdır ki, adıçəkilən gənclərin istefa vermələri barədə postlarının altında küçə söyüşləri belə yer almaqdadır - bu şəxslər guya “Ə.Kərimlini müdafiə etdiklərini” düşünürlər. Amma başa düşmürlər ki, bununla Ə.Kərimlinin əsl iç üzünü cəmiyyətə göstərirlər. Adını partiya qoymuş bu qruplaşmanın əsl fəaliyyətinin xəyanətdən və satqınlıqdan ibarət olması, hədəfinin isə Azərbaycana qarşı düşmənçlik və erməni sevgisi təşkil etməsi artıq sirr deyil. Amma ortada bir qanunauyğunluq da var: Elçibəyin yaratdığı, onun önə çəkdiyi Əli Kərimlinin idarə etdiyi bir paritya başqa cür ola da bilməzdi. AXCP bu günə qalmalı idi və hələ bundan sonra daha da pis günlərə düşəcək...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

