Milli Məclisin plenar iclasında...
06.03.2024 [10:15]
Parlament Ombudsmanın illik məruzəsini təsdiqlədi
Martın 5-də Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə deputatlar cari məsələlər ətrafında çıxış ediblər.
Milli Məclisin deputatı Tural Gəncəliyev çıxışında Avropa Parlamentinin bir neçə gün əvvəl qəbul etdiyi qərəzli qətnamə barədə danışarkən bildirib ki, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir.
Onun sözlərinə görə, bu addım vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulmasına və həll edilməməsi üçün parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırladır: “Biz Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin birliyi nəticəsində onların planlarını məhv edərək mat vəziyyətinə saldıq. Bundan sonra da bu kimi planlara qarşı formalaşmalı, beynəlxalq nüfuzumuzu daha da artırmalıyıq”.
Spiker Sahibə Qafarova da deputatın fikirlərinə dəstək olaraq bildirib ki, Azərbaycan hər zaman sülh və sabitlik istəyir.
Hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kənd azad edilməlidir
Deputat Fəzail Ağamalı qeyd edib ki, Ermənistanda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşa qədər hamısı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır: “İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.
F.Ağamalının sözlərinə görə, nə qədər ki Ermənistan güclü şəkildə silahlanmayıb, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir: “Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.
İkili standartlar ilk olaraq Avropanın özünü dağıdır
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında qeyd edib ki, ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır.
Onun sözlərinə görə, bu gün Azərbaycan elə bir gücə və təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir: “Təəssüf ki, ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa İttifaqı komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla və böhtanla dolu qərar qəbul edir”.
Onun fikrincə, bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük böhran yaşanır və bu da ikili standartların böhranıdır: “Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətinin coğrafiyasının genişləndirilməsi ən vacib məsələdir. Çünki bu gün Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir, Şərq və Qərb arasında körpüyə çevrilib, yüksək səviyyəli ölkə kimi təqdim edilir”, - komitə sədri bildirib.
Sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi bir oxunuşda qəbul edilib.
Daha Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi təqdim edilib. Məruzə barədə ombudsman Səbinə Əliyeva məlumat verir.
O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.
Müvəkkil bildirib ki, uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur: “Bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir”.
S.Əliyeva vurğulayıb ki, uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var.
Müzakirələrdən sonra sənəd bir oxunuşda qəbul edilib.
Ardınca “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (birinci oxunuş), “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sonra “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsvermə əsasında təsdiqlənib.
Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası yekunlaşıb.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

