Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ASAN TV fəaliyyətə başlayır

ASAN TV fəaliyyətə başlayır

15.03.2024 [13:01]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

ASAN Radionun bazasında qurulacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.

Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2015-ci in dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman video məzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.

"Youtube" keçid:https://youtu.be/SA1DdTbsnpo

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31