"Sosial şəbəkələr ilə bağlı yeni qanun qəbul edilməlidir"
28.03.2024 [11:53]
Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir.
"Sosial şəbəkələrin inkşaf etdiyi bir dövrdə yaşayırıq və internetin verdiyi imkanlardan cəmiyyət olaraq istifadə edirik. Qlobal dünyanın bir parçası kimi sosial şəbəkə reallığını qəbul etməliyik. Lakin sosial şəbəkələrlə mübarizə aparmaq, ləğv etmək və yaxud övladlarımızı yaxın buraxmamaq kimi bir düşüncədə də olmamalıyıq". Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
O, eyni zamanda bildirir ki, övladları sosial şəbəkələri mənfi təsirlərindən qoruyub, onları daha müsbət məqsədlər üçün istifadə etməyə yönləndirməliyik.
"Bildiyimiz kimi "TikTok" sosial şəbəkəsi Çində ərsəyə gəlib, lakin orada istifadə olunmur. Onun analoqu yaradılıb və həmin analoqdan istifadə olunur. Hətta ondan istifadə zamanı böyüklər və uşaqlar üçün limitlər müəyyənləşdirilib. Böyüklərə ona görə limit müəyyənləşdirilib ki, onlar məcradan həddindən çox istifadə etməsinlər və bu, onların əmək məhsuldarlığına təsir göstərməsin. Uşaqlarda isə yaranacaq müəyyən sindromların qarşısını almaq üçün limit müəyyən edilib. Belə ki, uşaqlar üçün limit 40 dəqiqə təyin olunduğu halda, böyüklər üçün gecə saat 10-dan, səhər saat 8-dək istifadəsi qadağan olunub. Eləcə də digər ölkələrdə də oxşar qadağalar var".
Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin qadağan olunması ilə bağlı dinləmələr keçirilib. Və digər ölkələrdə də analoji olaraq sosial şəbəkələrin fəaliyyəti ilə bağlı narazılıqlar var.
Xatırladaq ki, Almaniyada 2017-ci ildə sosial şəbəkə operatorları ilə belə bir razılıq əldə olunub ki, sosial şəbəkə vahidlərində trol adlarla, saxta imzalarla daxil olub, kimisə təhqir edən, əxlaqa zidd hərəkətlər edənlərin kimliyi müəyyənləşdirilib və onlara cəza tətbiq olunması üçün qərar qəbul olunsun. Məsələn; Fransa, Polşa, qardaş Türkiyədə sosial şəbəkə fəaliyyətini tənzimləyən qaydalar təmin olunub.
Ü.Şəfiyev bildirir ki, Azərbaycanda da “TikTok” sosial şəbəkə vahidindən istifadə edən kifayət qədər istifadəçilər var: "Əlbəttə bu sosial şəbəkə vahidindən faydalı məqsədlər üçün də istifadə edirlər. Ancaq çox əfsuslar olsun ki, bəzən "TikTok" sosial şəbəkə vahidində anormal məqsədlər üçün, əxlaqa, hüquqa zidd davranışlar sərgiləyən görüntülər də var. Hesab edirəm ki, bu gün artıq sosial şəbəkə vahidlərinin istifadəçi kütləsinə təsirini, neqativ təsirini nəzərə alaraq onların fəaliyyətini tənzimləyən qanun da olsa, daha yaxşı olar. Sosial şəbəkə vahidlərinin istifadəçilərinə nədənsə elə gəlir ki, insanlar orada istədiklərini bölüşə, paylaşa, danışa, istədiyi hərəkəti edə və hətta kimlərisə aşağılaya bilərlər. Ancaq bilmirlər ki, bu çox yanlış fikirdir. Real həyatda onların əxlaqa zidd davranışları hüquqi, sosial məsuliyyət yaratdığı kimi virtual aləmdə də bu məsuliyyət olmalıdır.
Güman edirəm ki, bununla bağlı istifadəçilər məlumatlandırılmalıdır".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

