Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sumqayıtda azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sumqayıtda azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

01.04.2024 [09:38]

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30