Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol oynayır - Mari-Lin Sakiliya
02.04.2024 [10:19]
Azərbaycan Fransa neokolonializmi ilə mübarizədə mühüm rol oynayır.
Trend xəbər verir ki, bu barədə Yeni Kaledoniya parlamentinin Ailə və Qadın Məsələləri üzrə Komissiyasının sədr müavini Mari-Lin Sakiliya deyib.
"Azərbaycanın sədrliyi altında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq ictimaiyyətin Fransanın keçmiş müstəmləkələrində aktivliyini qoruyub saxlamaq istəyi barədə məlumatlılığının artmasına mühüm töhfə verib. Bu, həmçinin, Avropanın xammal bazarına təsir etmək cəhdləri, xüsusən Fransanın aparıcı sənaye sahələrinin qarşısında duran problemlər barədə məlumatlılığı artırmağa kömək edir", - Mari-Lin Sakiliya deyib.
Onun sözlərinə görə, Fransa siyasəti hazırda Sakit Okean regionunda siyasəti keçmişdəki, daha doğrusu, 1960-cı illərdəki fəaliyyətindən heç nə ilə fərqlənmir və o, Yeni Kaledoniyada eynən bu cür fəaliyyət göstərir.
"Kanaki (Yeni Kaledoniya) kimi dövlətin suverenliyinin elan olunması əməkdaşlıq sazişlərinin imzalanmasına hazırlıqdır. Bu, Fransanın Sakit Okean regionunda Hindistan və Avstraliya kimi ölkələrlə imzalayacağı bir sıra ikitərəfli sazişlərin davamıdır.
Qeyd etmək lazımdır ki, Fransanın iqlim diplomatiyası dayanıqlı inkişaf və enerji təhlükəsizliyi arasında balans axtarışı üçün digər vasitələrdən də istifadə edir. Fransanın 2030-cu ilə qədərki müddət üzrə investisiya planı buna misaldır. Plan çərçivəsində Yeni Kaledoniya Energetikaya Keçid Sxemi (STENC) qəbul edib. Yeni Kaledoniyanın "energetikamızın ekologiyalaşdırılması konsepsiyası sayəsində" defisit yaşayan enerji təchizatı sistemi milliləşdirilib və Fransanın "ENGIE" şirkətinin törəməsi olan "EEC" şirkəti tərəfindən idarə olunur. Şirkət yerli nikel sənayesini inkişaf etdirməyə kömək edir", - deyə o bildirib.
Mari-Lin Sakiliya qeyd edib ki, Yeni Kaledoniya şlakındakı böyük nikel ehtiyatları daha az potensiala malik olduğu hesab edilən paslanmaz polad istehsalının zərərinə Fransadan birbaşa xarici investisiyaların cəlb olunmasına imkan yaradacaq.
"Fransa hökumətinin "Prony Resources" və "Société Le Nickel" sənaye şirkətləri tərəfindən əldə edilən on milyardlarla İsveçrə frankı dəyərində bank kreditlərinə dair təminatı ilə eyni vaxtda elan edilən nikel böhranı sonuncuların yerli istehsalın zərərinə xam filiz ixracından asılılığını azaltmağa yönəlib və beləliklə, "xammala çıxış imkanının təmin olunması" ilə əlaqəli dekarbonizasiya problemlərinin həllində idarəedən dövlətin cəlb olunma səviyyəsini müəyyən edir.
Yeni Kaledoniya nikel hasilatına 1876-cı ildə başlayıb və bunu indiyədək etməyə davam edir, ümumi istehsal (1876-2015) 6,21 milyon ton nikel və ya dünyada hasil olunan bütün nikelin 10,2 faizi olub. Əfsuslar olsun ki, biz Fransanın "Fransa təhlükəsizliyi üçün yaxşı olan yerli hökumətin təhlükəsizliyi üçün də yaxşıdır və əksinə" siyasətinin şahidi oluruq. Lakin ilkin platforma siyasəti həyati əhəmiyyətli Sakit Okean məkanımız üçün heç də yaxşı deyil, çünki okeaniyalılar olan bizlərin fərqli düyagörüşü var.
Bizim Asiya-Sakit Okean mədəniyyətimiz digər milli strategiyalar və maraqlar üçün iqtisadi diplomatiya, xüsusən milli mətbəx, eləcə də, xammal tədarükü baxımından məkan təmin edir - bunların tükənməsi Asiya xalqlarının yox olmasına bərabər olardı ki, bu da ağlasığmazdır", - o deyib.
Komissiya sədrinin müavininin sözlərinə görə, 2020-ci ildən Fransa dəfələrlə Yeni Kaledoniyanı öz tərkibində saxlamağa çalışıb.
"Bu, üçüncü və sonuncu referendum rekord sayda iştirak etməyənlərlə yadda qalıb, hər ikinci seçicidən çoxu səsverməni boykot edib. Lakin nazirlər Sebastyen Lekorno və Jerald Darmanin "beləliklə yaranan vəziyyətə" cavab olaraq Yeni Kaledoniyanın institusional gələcəyinin müzakirəsinə başladılar və ikinci qanunvericilik referendumundan sonrakı gün 10-a qədər siyasi xadimin rəhbərliyi altında "Leprédour" qrupu yaradıldıqdan və imzalayanlar Komitəsini bağlı qapılar arasında dialoqla əvəz etdikdən sonra müzakirələrin formatını dəyişərək, buraya vətəndaş cəmiyyəti və yerli iqtisadi aktorları da daxil etdilər", - Mari-Lin Sakiliya son olaraq deyib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

