Rusiya Prezidentinin Çinə səfəri...
17.05.2024 [10:28]
Hər iki ölkə Asiya-Sakit Okean regionunda yeni təhlükəsizlik arxitekturasının qurulmasında maraqlıdır
Hazırda dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Rusiya-Çin münasibətləri inkişaf edir. Məlumdur ki, Qərb, xüsusilə ABŞ hər iki ölkəni özünə qarşı ciddi rəqib hesab edir. Bu səbəbdən də, onlara qarşı siyasi və iqtisadi təsir imkanlarından istifadə edir. Qərb daha çox Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edir. Bu da Rusiyanı Asiya ilə münasibətləri gücləndirməyə sövq edir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ölkələrdən biri olan Çin bu baxımdan rəsmi Moskva üçün ən uyğun tərəfdaşdır. O da məlumdur ki, Çinin də ABŞ-la münasibətləri isti deyil. Belə olan halda, Rusiya-Çin əlaqələrinin inkişafı təbii qanunauyğunluqdur.
Mayın 16-da Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri bu baxımdan diqqəti cəlb edir. İkigünlük səfər zamanı V.Putin çinli həmkarı Si Cinpin ilə geniş müzakirələr aparıb.
ÜTT və G20 müasir reallıqlara uyğunlaşdırılmalıdır
Dövlət başçıları keçirdikəri birgə mətbuat konfransında bəyan ediblər ki, Rusiya və Çin qarşılıqlı etimada əsaslanan yeni tipli nümunəvi münasibətlər qurublar. Putinin sözlərinə görə, Moskva və Pekin arasındakı tərəfdaşlıq “qonşu dövlətlər arasında əlaqələrin necə qurulmasına bir nümunədir”. O, yenidən prezident seçildikdən sonra ilk xarici səfərinin Çinə olmasını məntiqli hesab edib: “Əlbəttə, burada müəyyən simvolizm var, amma təkcə bu amil deyil”. Putin onu da qeyd edib ki, Rusiya və Çin “daha ədalətli və demokratik çoxqütblü dünya nizamı yaratmaq üçün həmrəylik şəraitində işləyirlər” və bu, digər şeylərlə yanaşı, “dünya birliyinin bütün iştirakçılarının maraqlarının uyğunlaşdırılmış balansına” əsaslanmalıdır. Liderlər bəyan ediblər ki, Ümumdünya Ticarət Təşkilatı və G20 kimi iqtisadi inkişaf institutları canlandırılmalı və “müasir reallıqlara” uyğunlaşdırılmalıdır.
Rusiya ilə Çin arasında münasibətlər, Si Cinpinin vurğuladığı kimi, ötən illər ərzində çətinliklərin öhdəsindən gəlib və daha da möhkəmlənib: “Çin və Rusiya başqalarına dövlətlərarası münasibətlərin və yeni tipli münasibətlərin qurulmasının nümunəsini göstəriblər”.
Ticarət əməliyyatlarında milli valyutaların payı 90 faizi ötür
Hər iki ölkənin lideri Asiya-Sakit Okean regionunda “qapalı hərbi-siyasi ittifaqlara” yer olmayan “etibarlı və adekvat təhlükəsizlik arxitekturasının” qurulmasının zəruriliyini bəyan ediblər. Bundan əlavə, onlar “gələcəkdə Böyük Avrasiya Tərəfdaşlığının formalaşması məqsədi ilə Avrasiya İqtisadi İttifaqı və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inteqrasiya proseslərini birləşdirmək səylərini davam etdirəcəklər. Si Cinpin həmçinin, “Birtərəfli hegemonluq, blok qarşıdurması və güc siyasəti birbaşa dünya sülhünü və bütün ölkələrin təhlükəsizliyini təhdid edir”- deyə bəyan edib.
İqtisadi əlaqələrə gəlincə, Rusiya-Çin ticarət dövriyyəsi yeni mərhələyə yüksələrək 240 milyard dollara çatıb. Bu rəqəmi səsləndirən Rusiya Prezidentinin sözlərinə görə, ümumi ticarət həcmi iki xalq arasında güclü iqtisadi əlaqələri dəqiq əks etdirir. Hər iki ölkənin enerji sektorunda əməkdaşlığı genişləndirmək üçün konkret planları var və hazırda Çin Rusiyanın əsas dəstəkçisidir. Bundan əlavə, Rusiya ilə Çin arasında ödənişlərin vaxtında milli valyutalara köçürülməsi ticarət və investisiya əlaqələrinin dərinləşməsinə töhfə verib. Belə ki, Rusiya-Çin ticarət əməliyyatlarında rubl və yuanın payı artıq 90 faizi ötür və bu rəqəm artmaqda davam edir. Həmçinin ölkələr banklar arasında əlaqələri gücləndirəcək və şirkətlərə xidmət göstərmək üçün milli ödəniş sistemlərindən ciddi şəkildə istifadə edəcəklər. Liderlər nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsinin, kənd təsərrüfatı ticarət dövriyyəsinin artımının da nəzərdə tutulduğunu bəyan ediblər.
“Yeni dövr” üçün strateji tərəfdaşlıq
Dövlət başçıları Ukrayna böhranını da müzakirə ediblər. Si Cinpin bildirib ki, Rusiya və Çin Ukrayna böhranının siyasi vasitələrlə nizamlanmasının düzgün yol olduğunu hesab edir. Onun sözlərinə görə, Çinin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. S.Cinpin vurğulayıb ki, Çin və Rusiya iki ölkəyə daha çox fayda gətirmək və qlobal təhlükəsizlik və sabitliyə layiqli töhfələr vermək üçün birlikdə çalışacaqlar. “Çin və Rusiya BMT-nin mərkəzi rolu ilə beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını müdafiə edir. Çin Avropada sülhün və sabitliyin tezliklə bərpasına ümid edir və konstruktiv rol oynamağa davam edəcək”, - deyə Çin lideri qeyd edib. V.Putin isə Ukrayna böhranının həlli üçün Pekinin irəli sürdüyü təşəbbüslərə görə Çin tərəfinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Vladimir Putin və Si Cinpin iki ölkə arasında “yeni dövr” üçün strateji tərəfdaşlığı dərinləşdirmək barədə birgə bəyanat imzalayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39

