Böyük Britaniya bir daha elan etdi: “Ukraynaya qoşun göndərilməyəcək”
17.05.2024 [10:37]
İki ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin sonu hələ də görünmür. Bu müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyü artıb. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım göstərirlər. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilib. Lakin ötən ilin sonlarından Qərbin hərbi yardımının xeyli azalması Ukrayna ordusunun cəbhədə uğursuzluğuna səbəb olur.
Belə bir şəraitdə bu ilin fevral ayında Fransa prezidenti Emmanuel Makron NATO-ya üzv olan ölkələrin rəsmilərinin Parisdə son toplantısında alyans ölkələrini Ukraynaya qoşun göndərməyə çağırmışdı. Makron demişdi ki, Rusiya ordusunun Ukrayna cəbhəsində uğur əldə etməsi Avropanın təhlükəsizliyinə ciddi təhdiddir, buna görə də Rusiyanın Ukraynada qələbə qazanmasına imkan vermək olmaz. Fransanın XİN rəhbəri Stefan Sejourne də NATO-nun Ukraynaya hərbi kontigentin göndərməsini zəruri hesab edib.
Hətta Emmanuel Makron bu yaxınlarda Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyini deyib. İddiaya görə, fransız hərbçilər 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbas cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanmışdı.
Lakin alyansın bir sıra üzv ölkələri, xüsusilə Macarıstan, Almaniya, Çexiya, Böyük Britaniya, İtaliya və Yunanıstan Makronun təklifinə birmənalı mövqe sərgiləməyib. Onlar bu təklifə etiraz ediblər. Məsələn, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq: “İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron da Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər. Bugünlərdə isə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps “The Daily Telegraph”a müsahibəsində deyib ki, ölkəsi hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil: “Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini yaxşılaşdırmağın mənası var”.
Əslində, Avropa ölkələrinin Makronun qeyri-ciddi davranışlarına qarşı çıxması tamamilə məntiqiqlidir. Çünki həmin ölkələr çox yaxşı anlayırlar ki, NATO-nun Ukraynaya qoşun göndərməsi və cəbhədə rus ordusu ilə qarşı-qarşıya durması münaqişənin həllinə yox, əksinə münaqişənin Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxarıb geniş regiona yayılmasına gətirib çıxaracaq. Fransa dövlət başçısının Ukrayna ilə bağlı təşəbbüsü Rusiya və NATO arasında yaşanan eskalasiyanın kulminasiya nöqtəsinə çatmasına xidmət edir. Makronun Moskvaya qarşı açıq-aşkar meydan oxuması görüntüsü isə heç bir məsələni həll etməyəcək. Siyasi imicə sahib olmayan Emmanuel Makronun məntiqsiz siyasəti ucbatından hərbi toqquşmalar baş verərsə, bu, Şərqi Avropada, o cümlədən Baltik və Qara dənizdə ciddi təlatümlərə yol açacaq.
Yeri gəlmişkən, aprelin 4-də alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq də bildirmişdi ki, NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil: “NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün hərbi dəstək verir. Biz bu fəaliyyəti daha da gücləndirməliyik. Xüsusilə də bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməliyik. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur”. Görünən odur ki, Ukrayna müharibədə qurban olaraq qalacaq. NATO ölkələri, xüsusilə ABŞ münaqişəyə açıq şəkildə qoşulmanın fəsadlarını yaxşı anlayırlar. Bu, həmin ölkələr üçün itki, dağıntı və fəlakət olardı. Ona görə də, heç bir halda münaqişədə tərəf olmaq niyyətində deyillər.
Hətta Qərb dairələrində Ukraynanın güzəştə getməsi, münaqişənin dondurulması ilə bağlı fikir və təkliflərin sayı artmaqdadır. Kiyev isə bu variantı qətiyyən qəbul etmək istəmir. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49

