Orbanın Kiyev səfəri...
03.07.2024 [10:43]
Macarıstan Aİ-nin sədri kimi Ukraynada müharibəni dayandıra biləcəkmi?
Avropa İttifaqına sədrlik etməyə başlayan Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Kiyevə səfər edib. Bu, Orbanın Ukraynaya ilk səfəri deyil. Belə ki, o, Viktor Yanukoviçin prezidentliyi dövründə - 2012-ci ildə və 2015-ci ildə Petro Poroşenkonun liderliyi zamanı da Kiyevdə səfərdə olub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Macarıstan lideri Kiyevə ilk səfərini reallaşdırıb.
Xatırladaq ki, ötən həftənin sonunda Orban və Zelenski Brüsseldə Aİ liderlərinin sammiti zamanı görüşmüşdülər. Bundan əvvəl Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına dair razılaşmanın elementi kimi Ukrayna Macarıstanın bir sıra şərtlərini yerinə yetirməyə razılaşmışdı. Qeyd edək ki, Macarıstanın sədrliyə keçməsi bir sıra Aİ ölkələrində və Avropa qurumlarında Ukrayna hadisələri, Kiyevə hərbi yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı xüsusi mövqeyinə görə rəsmi Budapeştin kəskin tənqidi ilə müşayiət olunub. Avropa Parlamentinin ən radikal üzvləri hətta Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etmək kimi tədbirlərə çağırıblar.
Lakin Viktor Orban Kiyevə səfər etməsi ilə ölkəsini hədəfə alan qüvvələrə tutarlı cavab vermiş oldu. “Ukrinform” agentliyinin məlumatına görə, Macarıstan və Ukrayna liderlərinin görüşünün əsas mövzusu Ukrayna münaqişəsinin həlli perspektivləri olub. Liderlər Ukrayna-Macarıstan münasibətləri ilə bağlı məsələləri də müzakirə ediblər. Ukrayna mediası yazır ki, bu səfər Macarıstanın Avropa İttifaqına sədrliyinin başlaması fonunda baş verir. Həmçinin ehtimal edilir ki, Qərb tərəfdaşları Orbana təzyiq göstərir, ondan Kiyevlə münasibətlər qurmağı tələb edirlər. Orbanın Kiyevə səfəri ərəfəsində jurnalistlər ondan Macarıstanın Aİ-yə sədrliyi dövründə Ukraynadakı müharibəni dayandırmaq üçün nə edə biləcəyini soruşublar. O isə cavabında bununla bağlı ilk addımların Kiyevə səfəri zamanı atılacağını bildirmişdi. Baş nazir, həmçinin qeyd edib ki, amerikalılar Aİ-nin gələcəyi və Rusiya-Ukrayna müharibəsi məsələsində kənarda qala bilməzlər. Onun fikrincə, Aİ başa düşməlidir ki, gec-tez ruslar və amerikalılar bir-biri ilə razılığa gələcəklər.
V.Orban özünün sosial şəbəkə səhifəsində isə Ukraynaya səfərini belə izah edib: “Macarıstanın sədrliyinin məqsədi Aİ-nin üzləşdiyi problemlərin həllinə kömək etməkdir. Ona görə də, ilk səfərim məni Kiyevə gətirdi”. Səfər çərçivəsində Ukrayna Prezidenti Zelenski ilə Macarıstanın Baş naziri Viktor Orban arasında danışıqlar aparılıb. Yerli media danışıqların uzun sürdüyünü yazıb. İddialara görə, əsas mövzulardan biri Ukraynanın qərbində, iki ölkə sərhədinə yaxın ərazidə yaşayan macardilli azlığın Ukraynadakı hüquqları məsələsi olub. UNİAN-ın verdiyi məlumata görə, Zelenski və Orban sual vermək imkanı olmadan mətbuata qısa açıqlamalar veriblər.
Mətbuat konfransında Zelenski Orbanla qonşuluq münasibətlərinin ən fundamental məsələlərini müzakirə etdiklərini deyib: “Buraya ticarət, transsərhəd əməkdaşlıq, infrastruktur və enerji məsələləri daxildir. Biz bu gün humanitar sahədən danışdıq. Həm də xalqımızın həyatına təsir edən hər şey haqqında danışdıq”. Hər iki lider qarşılıqlı olaraq ölkələrində macar və Ukrayna məktəblərinin açılmasını da müzakirə ediblər. Prezident Zelenski qeyd edib ki, Macarıstanın Baş naziri bu layihəni dəstəkləyəcəyini əmin edib.
V.Orban isə görüş zamanı konstruktiv danışıqlar aparıldığını bildirib: “Biz bütün əvvəlki mübahisələri bağlamağa və diqqəti gələcəyə yönəltməyə çalışırıq. Biz ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq istəyirik. Biz digər qonşu ölkələrlə olduğu kimi, Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyirik”. Baş nazir əlavə edib ki, Macarıstan mövcud imkanlara uyğun olaraq Ukrayna iqtisadiyyatının modernləşdirilməsində iştirak etmək niyyətindədir: “Biz bunun üçün müvafiq şərait görmək istəyirik”. Orban, həmçinin Ukrayna ərazisində macar azlığının yaşadığını xatırladıb: “Ümid edirik ki, burada da məsələlər öz həllini tapacaq. Bunun üçün yaxşı şanslar görürəm. Eləcə də, Macarıstanda yaşayan ukraynalılar, xüsusən də sığınacaq axtaran qaçqınlar var. Biz onların qayğısına qalmalıyıq. Onlar işləməyi bacarmalı, təhlükəsiz şəraitdə yaşamalıdırlar”.
V.Orban Zelenskinin Macarıstanda Ukrayna məktəbinin açılması təşəbbüsünü də məmnuniyyətlə qəbul edib. Onun sözlərinə görə, hazırda Macarıstan məktəblərində çoxlu ukraynalı uşaq təhsil alır: “Biz başa düşürük ki, siz Ukrayna dilində tədris olunan məktəb əldə etmək istəyirsiniz və Macarıstan dövləti bu məktəbin maliyyələşdirilməsini öz üzərinə götürəcək”.
Liderlər mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinə geniş yer verməyiblər. Çox güman ki, Orbanla Zelenskinin görüşündə bu məsələ xüsusi yer tutsa da, mətbuata açıqlanması məqsədəuyğun sayılmayıb. Lakin Ukrayna mediasının yazdığına görə, Viktor Orban Volodimir Zelenskiyə sülh danışıqları öncəsi atəşkəs variantını nəzərdən keçirməyi təklif edib. Macarıstanın Baş naziri bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30

