Casus senatorun istefası...
25.07.2024 [10:50]
Cinayətləri sübut olunmuş Menendezi ciddi cəza gözləyir
Müxtəlif cinayətlərdə təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendez istefa verib. O, istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoruna təqdim edib.
Xatırladaq ki, bir neçə gün öncə Nyu-York məhkəməsi ermənipərəst senator Bob Menendezlə bağlı qərar çıxarıb. Məhkəmə Nyu-Cersidən olan Demokratlar Partiyasının təmsilçisi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Menendezi rüşvətxorluq, pul fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib.
Prokurorlar sübut ediblər ki, senator Menendez Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb. İddialara əsasən, Menendez və həyat yoldaşı bunun müqabilində qızıl külçələr, yüz minlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb. Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendez də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınıb. Bu cinayətlərə görə ermənipərəst senatoru 20 ilədək həbs cəzası gözləyir, lakin o, apelyasiya şikayəti də verə bilər. Menendezlə yanaşı, Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur.
Xatırladaq ki, ermənipərəst senator Bob Menendezin məhkəmə prosesi may ayından başlayıb. Dairə hakimi Sidney Stein məhkəmənin iyunun sonu və ya iyulun əvvəlinə kimi davam edəcəyini bildirmişdi. Menendezə qarşı cinayət işi isə Nyu-Yorkda Manhetten Federal Məhkəməsi tərəfindən ötən ilin sentyabrında başladılmışdı. Hələ ötən il “USA Today” nəşri Bob Menendez və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc etmişdi. Məqalədə ABŞ-ın federal prokurorlarının verdiyi məlumata əsasən bildirilirdi ki, cinayət xarakterli sövdələşmə Menendezin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misir hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini vəd veriblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Daha əvvəl onun evində axtarış aparılan zaman 480 min dollardan çox pul, dəyəri 100 min dollardan çox olan 13 qızıl külçə və yaxınlıqdakı bankın seyfindən 80 min dollara yaxın pul aşkar edilib. Senator bununla ikinci dəfədir rüşvət məsələsinə görə məhkəmə qarşısına çıxarılır. İlk dəfə o, 2017-ci ildə həkimlə bərabər rüşvət almada iştirak etdiyinə görə məhkəməlik olmuşdu. Keçən ilin payızında həbs olunduqdan sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.
Bob Menendez həm də Azərbaycana qarşı çıxışları və ermənipərəst mövqeyi ilə tanınır. Yeri gəlmişkən, Menendezin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla “birləşəndən” sonra baş verib. “Arslanyan” soyadını Menendezə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendezin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendezin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsi qadağasını açıq şəkildə pozduğu qeyd olunub. Bütün bunlar təsdiqləyir ki, ermənipərəst senatoru ciddi cəza gözləyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

