Tramp fəlakət bölgəsində...
23.10.2024 [08:45]
Kamala Harris musiqiçilərə “arxayındır”...
ABŞ-dakı seçki marafonu finişə yaxınlaşarkən...
ABŞ-da noyabrın 5-də baş tutacaq prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası yekunlaşmaq üzrədir. Prezidentliyə namizədlikləri irəli sürülmüş Donald Tramp və Kamala Harris aktiv kampaniyalarını davam etdirirlər. Harris keçmiş Tramp tərəfdarlarını və GOP-dan (Böyük Köhnə Partiya - Respublikaçılar Partiyasının “ləqəbi”) narazı qalanları qazanmağa çalışır. Vitse-prezident Pensilvaniya və Şimali Karolinada tədbirlər keçirməklə Trampın dəstəkləndiyi bu ştatlarda üstünlük qazanmaq istəyir. Tramp isə bunun əksinə, fırtınadan daha çox zərər çəkmiş ştatları özünün əsas “kampaniya hədəfi” elan edib - eks-prezident həmin ərazilərə baş çəkərək daha ciddi bir “ton” nümayiş etdirir, hökumətin təbii fəlakətlərə qarşı ləng reaksiyasını tənqid edir. Tramp xüsusilə Cənub ştatlarında daha çox seçici qazanmağa çalışır, Harris isə “mavi divar” adlanan ştatlarda (Pensilvaniya və Miçiqan) öz mövqeyini gücləndirmək istəyir. Ən diqqətçəkən məqamlardan biri Harrisin seçki kampaniyasında populyar musiqiçilərin dəstəyindən yararlanmaq istəyi olub. Lizzo və Raymond Uşer kimi məşhur musiqiçilər seçki kampaniyası mitinqlərində iştirak edərək seçiciləri hazırki vitse-prezidentə səs verməyə çağırıblar.
İlon Maskdan xəbərdarlıq...
Adı Trampın “nazirlər kabineti”ndə hallanan İlon Mask seçki ilə bağlı bəzi iqtisadi çağırışlar edib. O bildirib ki, Harrisin prezident seçiləcəyi təqdirdə ABŞ innovasiyalar baxımından geri qalacaq. O, xüsusilə kosmos araşdırmaları və Mars missiyası üçün Trampın dəstəklənməsini vacib hesab edib. Eyni zamanda, Mask hazırki hakimiyyətin iqtisadi-sosial siyasətini də hədəfə alıb. Milyarder vurğulayıb ki, əgər dövlət xərclərini kökündən azaltmasa, ABŞ faktiki iflas olacaq. X-dakı mesajında o, ölkənin iqtisadi vəziyyətinin böyük borc altına girən adama bənzədiyini deyib. “Dövlət xərcləri kəskin azaldılmasa, ABŞ-ı iflas gözləyir”-deyə Mask vurğulayıb. Amerikalı milyarderin sözlərinə görə, dövlət borcunun üzərinə gələn faizlər sürətlə bütün vergi gəlirlərini “yeyir” və ölkənin kritik ehtiyaclarını ödəmək üçün heç bir vəsait qoymur.
Aİ Trampdan çəkinir...
Seçkiöncəsi ABŞ nəşrləri daha çox post-Bayden dövrünü təhlil edir. Məsələn, “Politico” yazır ki, Tramp qalib gəlsə və ticarət müharibəsinə başlasa, ABŞ bu dəfə Avropadan “sərt cavab” alacaq. Nəşrə açıqlamalarında siyasi ekspertlər etiraf ediblər ki, münasibətlər gələcək illər üçün “tit-tot” prinsipinə əsaslanan zərbə mübadiləsinə çevrilə bilər. “Politico” Brüssel və digər Avropa paytaxtlarının yüksək rütbəli diplomatları və rəsmiləri arasında anonim mənbələrə istinadən yazır ki, Avropa İttifaqı Respublikaçı Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-la genişmiqyaslı ticarət müharibəsinə hazırlaşır. Adı çəkilməyən Aİ “rəsmiləri” hazırki vəziyyəti belə təsvir edir: “Biz tez və sərt şəkildə cavab verəcəyik. Birliyə üzv dövlətlər potensial cavab üzərində işləyirlər, prosesə Avropa Komissiyası rəhbərlik edir”.
Xatırladaq ki, 2018-ci ildə Trampın prezidentliyi dövründə Aİ ilə ABŞ arasında iqtisadi gərginlik yaşanmışdı. Həmin il Tramp ilk dəfə Aİ-dən polad və alüminium ixracına yeni tariflər tətbiq etdi - bu Avropa İttifaqı tərəfindən təəccüblə qarşılansa da, təmkinlə cavablandırıldı. Sonrakı dövrdə Tramp təzyiqi artırdı və Avropa İttifaqını avtomobil ixracına rüsumlar tətbiq etməklə hədələdi. Məhz bundan sonra Aİ iqtisadi məcburiyyətə cavab vermək mexanizmini formalaşdırdı.
“12-ci Düzəliş” vəziyyəti düzəldə bilərmi?
Bu arada “Politico” jurnalı maraqlı bir məsələyə toxunub - bildirilir ki, əgər namizədlərin heç biri seçicilərdən lazımi səsi ala bilməsə, Trampın seçilmə ehtimalı daha da böyüyür. Belə ki, eks-prezident Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının səsverməsi zamanı “12-ci Düzəliş”i əsas götürərək növbəti illərdə Ağ Evə başçılıq edə bilər. Hətta Harrisin seçiləcəyi təqdirdə belə Tramp özünün şansını qoruyur - əgər, Konqres Harrisə verilən seçici səslərini təsdiqləməsə nəticədə seçkinin taleyinə Nümayəndələr Palatası aydınlıq gətirəcək. Palatada isə çoxluq Respublikaçıların lehinədir.
Ştatlarda səs faizi Trampın lehinədir...
Ştatlar üzrə səs faizləri isə keçmiş prezidentin xeyrindir. Donald Tramp hazırda 2024-cü il prezident seçkiləri öncəsi ilkin səsvermələrdə bir sıra mühüm ştatlarda liderlik edir. Ayovada Tramp təxminən 51 faiz səslə ön sıradadır. Nyu-Hempşisdə isə seçicilərin 54.3 faizi onu dəstəkləyir. Müvafiq olaraq Nevadada 69.4 faiz, Cənubi Karolinada 59.8 faiz, Miçiqanda 68.1 faiz səs qazanan Tramp bu regionlarda seçkidə liderdir. Keçirilən seçkiqabağı görüşlərdə isə rəqiblər arasında “söz atışması” diqqət çəkib. Harrisdən öncə Şimali Karolinanı “ziyarət edən” Donald Tramp dini liderlərlə görüşdə rəqibini tənqid edərək onu dinə zərər vurmaqda günahlandırıb. Harrisin seçki texnoloqları isə Rust Belt bölgəsindəki tədbirlərə daha çox Respublikaçılar Partiyasının üzvlərini cəlb etməyə çalışıblar. Hər iki namizəd mühüm ştatlarda seçiciləri cəlb etmək üçün aktiv kampaniya aparır.
Pensilvaniya qalibi müəyyən edəcək...
Ən maraqlı mübarizələrdən biri isə seçkinin taleyini həll edəcək ştatda - Pensilvaniyada baş tutur. Xatırladaq ki, Pensilvaniya ən çox seçici sayına malik olan ştatlardan biridir. Respublikaçı namizəd ştatda həm mitinq keçirib, həm də avtobus turu ilə dolaşıb. Tramp hətta yerli McDonald’s restoranlarından birində işləyib - müştərilərə qulluq edib.
Detroit və Atlantadakı görüşlərini sona çatdıran vitse-prezident Harris də Pensilvaniyanı “unutmur”. Bunun səbəbi isə məhz seçki mütəxəssisləri tərəfindən bu ştatın “ölüm-dirim” mübarizə adlandırılmasıdır. Qeyd edək ki, məhz Pensilvaniyadakı seçicilərin səsi 2016-cı ildə Trampı, 2020-ci ildə Baydeni qələbəyə daşımışdı. Son iki prezidentlik yarışında 13 milyonluq Pensilvaniyada nəticə yalnız on minlərlə səs fərqi ilə müəyyən edilmişdi. Ştatda böyük şəhərlər və kənd icmaları yerləşir. Beləliklə, Pensilvaniya bir çox cəhətdən bütün ölkənin “mikrokosmosu”dur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10

