Avropa üçün yeni müdafiə ittifaqı...
05.11.2024 [08:46]
Qitə NATO-dan imtina edir?
Metsolanın təklifi Qərb koalisiyasının iç üzünü göstərir...
Vaxtilə Avrasiya məkanı üçün “ən ali təmsilçilik kürsüsü” sayılan Avropa İttifaqının cəlbediciliyini itirməsi, əvvəlki gücündə olmaması böyük bir coğrafiya üçün həm də yeni təhlükəsizlik standartı müəyyənləşdirir. Daha çox “iqtisadi dayaqlar” üzərində bərqərar olan birlik özünə qarşı təhdidlərin siyasi-hərbi lokasiyasının daha da genişləndirilməsindən açıq şəkildə çəkindiyini biruzə verir. Vəziyyət qeyri-stabil olduğu qədər qeyri-anlaşılandır - kollektiv Qərbin daxilində təbəqələşmə və dərəcələşmənin təsirləri qabarıq şəkildə hiss olunur. Əgər dünənə qədər özünü Aİ daxilində “birinci dərəcəli” hesab edən avrosentristlərin maraqları anqlo-sakson ittifaqı ilə uzlaşırdısa, artıq bir çox məsələlərdə fikir ayrılığı özünü ortaya qoyur. Bu isə nəticə etibarı ilə yeni siyasi gündəm formalaşdırır. Başqa sözlə, artıq Aİ-dəki bütün “divarlardan” eyni səs gəlir...
“Ordu” yerinə “müdafiə ittifaqı” - məsuliyyət bölüşdürülür
Təsadüfi deyil ki, daha çox Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen tərəfindən səsləndirilən “Avropanın təhlükəsizliyi üçün qitə ordusu” təklifi bu dəfə Aİ-nin başqa bir strukturu tərəfindən “dəstəkləndi”. Belə ki, Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Təhlükəsizlik və Müdafiə İttifaqının yaradılmasını vacib sayıb. Roberta Metsola “El Mundo”-ya müsahibəsində Avropa Təhlükəsizlik və Müdafiə İttifaqının NATO-nu tamamlaya biləcəyini vurğulayıb: “Avropa özünə güvənməlidir”.
İlk baxışdan, təklif NATO-nun daha da təkmilləşdirilməsinə hədəflənmiş kimi görünə bilər - amma, artıq “köhnə qitə”nin də Qərbin illərdir ki, apardığı “vahid qütb” oyunundan şübhələndiyi ortadadır. Bir neçə ildir, Ukrayna cəbhəsində Rusiya ilə “döyüşən” Qərb və onun tərkib hissəsi olaraq Avropa özünün “resurslarını” bitirib-tükəndirməklə yanaşı, bölgənin inkişaf tempini də təhlükə altına salıb. Onsuz da hələ 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladığı zamanlarda Avropanın həm Şərq, həm də Qərb kontingentinin təmsilçilərinin müharibəyə yanaşması birmənalı deyildi. Hətta Fransa və Almaniya kimi ölkələr belə müharibənin uzanma ehtimalının ortaya çıxaracağı çətinliklərdən sığorta edilmədiklərinin fərqində idilər. Müharibə uzandıqca isə məsələnin mahiyyəti daha fərqli xətt ilə inkişaf etməyə başladı. Artıq şərqi Avropa açıq kontekstdə etirazını səsləndirir, Qərbi Avropa isə üstüörtülü “işarələr” vurur. Qitə anlayır ki, onun “kollektiv Qərb” anlayışı ilə bağlılığı yalnız təhlükəsizlik məsələsindən irəli gəlir - Avropa Ordusu ideyasını gerçəkləşdirməklə qitə özünün “Qərb asılılığını” minimuma endirməyə çalışır. Metsolanın bu dəfə “ordu” əvəzinə “müdafiə ittifaqı” deməsi isə həm çəkingənlikdən, həm də məsuliyyətin bölüşdürülməsindən qaynaqlanır. Maltalı siyasətçi əsas NATO müttəfiqinin “tərs baxışlarını” özündən yayındırmaq üçün məhz belə bir “frazaya” müraciət edir...
Avropa bir addım geridədir...
Qitənin dominant siyasi-iqtisadi birliyinin ordu formalaşdırmaq ideyasının “NATO-nu tamamlayacağı” isə inandırıcı səslənmir. Bu o halda baş verə bilərdi ki, Yens Stoltenberqdən sonra NATO baş katibliyi kürsüsünə məhz Mərkəzi Avropanın “namizədi” oturaydı. İndiki halda, həm struktur, həm də ideologi baxımdan Vaşinqtonun proyeksiyası kimi çıxış edən NATO-nun formalaşdırdığı mənzərə sanki “Avropa üçün daha çox təhlükə” tezisini özündə əks etdirir. Geniş qarşıdurmalar axtarışında olan, Ukrayna, Yaxın və Orta Şərq, Tayvan və bu tip məsələlərlə yeni-yeni eskalasiyalar yaratmaq perspektivindən əl çəkməyən Vaşinqton hətta Uzaq Şərqdə yeni hərbi ittifaq yaradır - ikinci plan kimi istifadə olunan Avropanın isə bu gərginliklərdən itirdiyi qazancından çoxdur.
- Qitə daxilində ideoloji fikir ayrılıqları, qarşıdurmalar artır;
-Terror təhdidi güclənir;
- Resursların daha çox müdafə xərclərinə yönəldilməsi kimi məcburiyyətlər meydana çıxır;
- Sosial-iqtisadi yaşam göstəricisi geriləyir;
- Təhlükəsizlik arxitekturası sarsılır;
- Dövlətlərarası etimad mühiti zədələnir.
Avropa üçün acı gerçəklər...
Bu isə nəticə etibarı ilə Avropanın daxilində disbalans yaradır ki, hazırki situasiyada bu və ya digər şəkildə bunun epizodik də olsa ştrixləri görünməkdədir:
- Slovakiyanın Baş naziri Robert Fitsoya edilən sui-qəsd;
- Məşhur Qərb nəşrlərinin Avropada terror hücumları riskinin artmasını elan etməsi və bu təhlükəli məqamın 2024-cü ildə daha sürətli artma dinamikasına daxil olması haqda faktlar;
- Miqrant axınının güclənməsi - burada Ukraynadan olan miqrantlar da nəzərə alınır;
- İqtisadi maraqların hərbi iddiaların arxasında “itməsi”.
Bütün bunlar qitə olaraq Avropanın başına “NATO cəbhəsində” dayandığı üçün gəlir. “Sülhdən imtina” prinsipi bəlkə də Ukraynadan daha çox Avropanın maraqlarına ziddir. Amma qitə məcburdur - “NATO əməkdaşlığı” qitənin ABŞ-ın planlarının tərkib hissəsi olmasını zəruri edir. Əsas səbəblərdən biri maliyyə məsələsidir - hazırki təhlükəsizlik meyarı olan NATO ordusunun saxlanılması üçün maliyyənin əsas hissəsi ABŞ tərəfindən tədarük edilir. NATO-nun “nüvə çətiri” birmənalı şəkildə ABŞ-ın ixtiyarındadır.
ABŞ-dan həm çağırış, həm də xəbərdarlıq...
Beləliklə də, təhlükəsizlik amili qitəni ABŞ-ın “arxa bağçası”na çevirir. İndiki halda həm bu “yarlıqdan qurtulmaq”, həm də özünün iqtisadi-siyasi və hərbi potensialını özünün maraqları müstəvisində təmərküzləşdirmək üçün Avropa NATO kölgəsindən xilas olmaq uğrunda mübarizə aparır. Metsola bu ideyanın “dönüklük” kimi qiymətləndirilməməsi üçün ehtiyatlı danışır - o anlayır ki, ABŞ-da baş tutan seçkilərin nəticələri də Avropanın təhlükəsizliyi haqda yeni müzakirələr yaradacaq. Prezidentliyə namizədlərdən biri - respublikaçı Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ın Alyansdan çıxma ehtimalından bəhs açır. Bu, Avropa üçün həm çağırış, həm də xəbərdarlıqdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

