Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək
15.11.2024 [10:18]
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı hüquqi iddiaları üzrə qərar qəbul edib
Ermənistan 30 ilə yaxın davam etmiş işğalçı siyasət nəticəsində çoxsaylı cinayətlər törədib. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi cinayətlər sənədləşdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. İrqi ayrı-seçkilik, mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyan və s. bağlı müvafiq təhlillər aparılır.
Ermənistan beynəlxalq məhkəmələr qarşısında
Ermənistan işğal dövründə humanitar hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verib. Hələ işğal dövründə Azərbaycanın təkidi ilə ATƏT-in iki faktaraşdırıcı missiyası erməni əsarətində olan torpaqlarımızda monitorinq aparmışdılar. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdirməyə məcbur olmuşdular. Çünki bu cinayətləri inkar etmək mümkün deyildi. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xarici ekspertlərin, diplomatların, jurnalistlərin səfərləri təşkil edilir. Onlar Ermənistanın hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, təbiətə vurulan ziyanın, qeyri-qanuni məskunlaşmanın şahidi olublar. Bundan əlavə, ərazilərimizin kütləvi surətdə minalarla çirkləndirilməsi də Ermənistanın cinayətləri sırasındadır.
Dövlətimiz bütün bunlarla bağlı bır sıra məhkəmələrə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Artıq Beynəlxalq Ədalət Məhkəməsi daha bir müraciətlə bağlı qərarını elan edib. Azərbaycanın Xarici İşlər Nazirliyi İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair Beynəlxalq Ədalət Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarlarına münasibət bildirib.
XİN: Bu, Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma deyil
Məlumatda qeyd olunub ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib: “Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib. Beləliklə, bu səylər nəticəsiz qalmayıb: Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq”. Bundan əlavə, Məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur.
Azərbaycanın ilkin etirazlarına gəlincə, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. “Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir. Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma olmadığı da qeyd edilməlidir. Azərbaycan, həmçinin digər beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı və əlaqədar münaqişələr zamanı beynəlxalq insan hüquqlarının çoxsaylı pozuntularına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik”,-deyə XİN-in məlumatında vurğulanıb.
Ombudsman: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı təqdirəlayiqdir
Qeyd edək ki, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva da Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beynəlxalq hüquqi iddialarına, o cümlədən Ermənistanın mina təhdidi ilə əlaqədar faktlara baxmaq qərarına münasibət bildirib. Ombudsman Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqlarının tapdandığını, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, müharibə cinayətləri törədildiyini vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlıların onilliklər boyunca davamlı olaraq pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə atılan hüquqi addımlar ədalətin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
İnsan hüquqları üzrə müvəkkil Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın bu ölkəyə qarşı hüquqi iddiasına, habelə Ermənistanın mina terroru ilə əlaqədar faktlara mahiyyəti üzrə baxmaq qərarını təqdirəlayiq hesab edib. O, Ermənistanın işğal müddətində və daha sonra ərazilərimizdə mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin haqlı iddialarının məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdlərinin məhkəmə tərəfindən rədd edilməsini ədalətin bərpa olunması istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

