Avropada yeni dünya müharibəsi həyəcanı
29.11.2024 [10:53]
İsveçrə xarici siyasətində neytrallıq prinsipindən niyə imtina edir?
Dünyada yaşanan kataklizmlər, xüsusilə də geosiyasi və geoiqtisadi qarşıdurmaların artması fonunda milli dövlətlərin qarşısında dayanan seçim etmək məsələsinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Güc mərkəzləri arasında qütbləşmə meyllərinin artdığı bir şəraitdə ayrı-ayrı milli dövlətlər mövqelərini müəyyənləşdirir və özlərinə etibarlı müttəfiqlər axtarmaq qayğısına qalırlar. Bunu şərtləndirən çoxsaylı amillər sırasında isə təhlükəsizliyin təmin olunması məsələsi önə çəkilir.
İsveçrə xarici siyasət prioritetini dəyişir
Bu günlərdə İsveçrə hökuməti ölkənin konstitusiyasında sərt bitərəfliyin qorunması, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyalarda Bernin iştirakının qadağan edilməsi barədə müddəanın təsbit edilməsinə qarşı çıxıb.
Bu barədə hökumətin məlumatında deyilir. Hökumət parlamentə 2025-ci ildə ümummilli referenduma çıxarılmalı olan bu təşəbbüsə mənfi münasibət bildirməyi tövsiyə edib.
“Federal Şura “İsveçrə bitərəfliyinin qorunması” federal xalq təşəbbüsü ilə bağlı müraciəti qəbul edib”, - məlumatda qeyd olunub. Hökumət Federal Məclisin palatalarına “bu təşəbbüsü rədd etməyi” tövsiyə edib, çünki hökumətin mövqeyinə görə, “konstitusiyaya sərt bitərəflik tərifinin daxil edilməsi İsveçrənin maraqlarına cavab vermir və xarici siyasət məsələlərində onun manevr məkanını azaldacaq”.
Bitərəflik məsələsinin ümumxalq səsverməsinə çıxarılması təşəbbüsü ilə əvvəllər ölkənin ən böyük siyasi qüvvəsi olan mühafizəkar İsveçrə Xalq Partiyasının (İXP) dəstəyinə arxalanan “Pro Suisse” ictimai təşkilatı çıxış edib. Bu ideyanın tərəfdarları konstitusiyada hərbi ittifaqlarda və BMT tərəfindən təsdiqlənməyən müharibə aparan dövlətlərə qarşı sanksiyalarda iştirakın qadağan edilməsini təklif edirlər.
İsveçrə hökumətindən gələn bu məlumat suallar yaradır. Məlumdur ki, İsveçrə xarici siyasətində neytrallıq prinsipinə üstünlük verən ölkə kimi tanınır. Konfederasiya şəklində idarə olunan İsveçrə tarixən inteqrasiya proseslərindən və beynəlxalq təşkilatlara qoşulmaqdan əksər hallarda imtina edib. Bir çox xüsusiyyətləri ilə digər dövlətlərdən fərqlənən İsveçrə Avropanın mərkəzində yerləşsə də, Aİ-nin üzvü deyil. Qeyd edək ki, İsveçrə 1992-ci ildə Aİ-yə üzvlüyünə dair müraciət edib. Lakin isveçrəlilər elə həmin il keçirilmiş referendumda Aİ-yə üzv olmağın əleyhinə səs veriblər. 2016-cı idə isə ölkənin Aİ-nin təsisatlarına qoşulmasına dair müraciəti geri çağrılıb.
Ancaq belə görünür ki, dünyada cərəyan edən proseslər bu ölkənin də xarici siyasət prioritetlərində korrektələr etmək zərurətini qarşıya çıxarıb. İsveçrənin perspektivdə hansı siyasi və yaxud hərbi blokun üzvü olacağını zaman göstərəcək və bu həm də ölkədə keçiriləcək referendumda cəmiyyətin mövqeyindən asılı olacaq. Onu da vurğulamaq yerinə düşər ki, İsveçrədə tez-tez referendumların keçirilməsi adi haldır. Məsələn, İsveçrə referendum yolu ilə COVİD-lə bağlı müvafiq qanun qəbul edən azsaylı ölkələrdən biridir. Vətəndaşlar ölkədə keçirilən növbəti referendumda COVID-19 qanununun 30 iyun 2024-cü ilə qədər uzadılmasına səs veriblər.
Ənənəvi siyasətdən geridönüşü şətləndirən amillər
Qeyd edək ki, birtərəflilik məsələsini növbəti dəfə gündəmə gətirən İsveçrə Xalq Partiyası ölkədə ən böyük siyasi qüvvələrdən biridir. Neytrallığa ciddi riayət olunması, ölkənin Avropa İttifaqı və NATO-da iştirak etməməsi və Ukrayna da daxil olmaqla, münaqişə zonalarına silahların təkrar ixracına qadağaların saxlanmasının tərəfdarı olan sağçı mühafizəkar İXP ötən il oktyabrın 22-də İsveçrədə keçirilən parlament seçkilərində qalib gələrək ölkənin ən böyük siyasi gücü statusunu möhkəmləndirib. Partiya Milli Şurada 62 yer qazanıb ki, bu da 2019-cu il seçkiləri ilə müqayisədə 9 yer çoxdur. Onu 41 mandatla Sosial Demokrat Partiyası izləyir.
Bəs İsveçrə hökumətinin ənənəvi siyasətdən geridönüşünü şətləndirən amillər hansılardır? Qeyd olunan məsələyə ilk növbədə Rusiya-Ukrayna müharibəsi kontekstində şərh vermək lazım gəlir. Belə narahatçılıqlar son vaxtlarda yalnız İsvecrədə deyil, əksər Avropa dövlətlərində müşahidə edilir ki, bu da daha çox dərəcədə Rusiya-Ukrayna müharibəsinin artıq qlobal səciyyə daşıması ilə bağlıdır. Kollektiv Qərb lap əvvəlindən müharibə tərəfi olan Ukraynanı dəstəkləyib və Rusiyaya qarşı silsilə sanksiyalar tətbiq edib. Son günlərdə isə Rusiya hücumların intensivliyini artırıb. O cümlədən Ukraynanın Dnepropetrovsk şəhərində yerləşən “Yujmaş” zavodu Rusiyanın atdığı ortamənzilli “Oreşnik” ballistik raketi ilə vurulub. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqlayıb. Bu silahdan istifadə olunması Avropanın qorxulu röyasına çevrilib. İndi əksər Avropa dövlətləri üçüncü dünya müharibəsinə hazırlıqlar görürlər, o cümlədən paytaxt şəhərlərdə və regionlarda sığınacaqlar yaradılır. Avropa ölkələrində müşahidə edilən bu kimi proseslərdən o qənaət hasil olur ki, İsveçrənin ənənəvi neytrallıq siyasətindən imtina etməsi də yeni dünya müharibəsinə hazırlıq tədbirlərinin tərkib hissəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

