Ermənistanın yeni manipulyasiya cəhdi...
11.12.2024 [10:13]
İrəvan sülh sazişini yubatmaq üçün “səbəb” axtarır...
Ankara hər zaman ikitərəfli danışıqlarda Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini bildirir
İkinci Qarabağ müharibəsi Cənubi Qafqazla yanaşı, bütövlükdə, regionda yeni münasibətlər sisteminin qurulmasına zəmin formalaşdırıb. Mühüm bir mərhələni adlayan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi özündə həm də bölgənin yeni münasibətlər sisteminin qurulmasını əks etdirəcək. Başqa sözlə, “Qarabağ münaqişəsi”nin tarixə qovuşması və torpaqlarımızın işğaldan azad olunması yeni mərhələdə bölgə dövlətləri arasında istər siyasi, istərsə də iqtisadi əlaqələrin yeni müstəvidə təqdim olunmasını təmin edə bilər. Bunun üçün isə ilk növbədə, Ermənistan siyasi iradə nümayiş etdirməli, sülh şərtlərini yerinə yetirməli və yekun olaraq razılaşma sənədinə imza atmalıdır.
İrəvan unutmamalıdır ki, Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesi həm də özündə Cənubi Qafqazın gələcək şəkilləndirməsini birləşdirir - o baxımdan ki, bu proses paralel olaraq Ermənistan - Türkiyə münasibətlərinin yeni mərhələsi üçün mühüm zəmin yaradır. Xatırladaq ki, rəsmi Ankara 30 ildən yuxarıdır ki, rəsmi İrəvan ilə heç bir siyasi-iqtisadi əlaqəyə malik deyil. Bunun əsas səbəbi isə Ermənistanın apardığı işğalçı siyasət, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları və qondarma “soyqırımı” nağıllarıdır.
Kostanyanın “arzuları”...
Amma görünən budur ki, Ermənistan regionda stabil və inkişafa yönəlik proseslərin başlanması üçün üzərinə düşənləri yerinə yetirmək əvəzinə, yenə də manipulyasiyaya əl atır. Sülh prosesini ləngitmək, uzatmaq üçün İrəvanın növbəti “oyunu” da görünür elə Türkiyə ilə aparılan danışıqlar prosesi üzərində fokuslanıb. Belə ki, Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, biz Türkiyə ilə münasibətlərin normallaşmasında səmimi şəkildə maraqlıyıq. “Hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsi Ermənistan və Azərbaycan arasında nizamlanma proseslərinə də müsbət təsir göstərə bilər. Amma onu da nəzərə alsaq ki, Ermənistan öz Qərb tərəfdaşlarına getdikcə yaxınlaşır, yəqin ki, sualımı məhz bu ünvana yönəltməliyəm: Türkiyə istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlərdə öz xarici siyasətini harada görür? Ermənistan Avropa İttifaqına yaxınlaşmağa can atır, Ermənistan xalqının Avropa istəkləri var. Sərhədlər açılsa, AB Gömrük İttifaqının da üzvü olan Türkiyə Ermənistanla AB arasında körpü ola bilər”.
Erməni nazir müavini öz fkirlərində bir sıra məqamları “hədəfə alır”:
- Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan Türkiyə ilə münasibətləri yaratmaq;
- Türkiyə vasitəsilə Qərbə ticari-iqtisadi inteqrasiya imkanları “axtarmaq”;
- Bölgədə yaranması nəzərdə tutulan çoxtərəfli əməkdaşlıq layihələrinə qarşı “mövqe” ortaya qoymaq.
Kostanyanın bu “fikirləri” daha çox sülh müqaviləsi üzərindən aparılan imitativ oyunun davam etdirilməsinə yönəlmiş kimi görünür. Amma ermənilər anlamırlar ki...
Türkiyə ilə Azərbaycan koordinasiyalı iş aparır...
Türkiyə ilə Ermənistan arasında gedən münasibətlərin normallaşması prosesi məhz Azərbaycanın mövqeyinin nəzərə alınması fonunda aparılır. Çünki rəsmi Ankara birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Bu həm Ermənistana, həm də Kostanyana bir xatırlatmadır. Türkiyənin ortaya qoyduğu mövqe həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin təsdiqidir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır. Yeri gəlmişkən, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasındakı çıxışında regionda gedən proseslərə diqqət çəkərək Ankaranın Azərbaycan-Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı işi davam etdirəcəyini vurğulamışdı. Dövlət başçısı qeyd etmişdi ki, Türkiyə Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görür və Ankara prosesi izləməyə davam edəcək: “İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.
Ermənistan Konstitusiyasında həm də Türkiyəyə qarşı iddialar yer alır...
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın sülhlə bağlı Ermənistanın qarşısına qoyduğu şərtlər həm də Türkiyənin maraqlarının müdafiəsinə istiqamətlənib. Rəsmi Bakının İrəvandan Ermənistan Konstitusiyasındakı bəzi maddələrin dəyişdirilməsi və ya çıxarılması ilə bağlı tələbinə diqqət yetirsək, həmin müddəalarda İrəvanın Ankaraya qarşı da qonda?ma iddialarının yer aldığını görə bilərik. Bəlli olduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır.
Yəni Ermənistan Konstitusiyasındakı bu kimi maddələr bölgədə normal əməkdaşlıq mühitinin yaranmasına mane olan əsas səbəblərdəndir. Bu baxımdan da, ölkəmizin sülh şərtləri birmənalı şəkildə bölgənin maraqlarının təmini, bölgənin təhlükəsizlik arxitekturasının güclənməsi, səmimi əməkdaşlıq mühitinin yaradılması baxımından əsaslıdır. Ermənistan unutmamalıdır ki, məhz Türkiyə - Azərbaycan birliyi bölgənin gələcək inkişafının aparıcı lokomotividir. “Şuşa Bəyannaməsi” ilə rəsmi müttəfiqlik əlaqələrinə malik iki qardaş ölkə bölgədə təhdidlərin aradan qalxması, yeni inkişaf səviyyəsinin yaranması üçün birgə səy göstərir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

