Tbilisidə yeni “Maydan” ssenarisi
19.12.2024 [08:55]
İndi Gürcüstanın hazırkı hakimiyyəti üçün qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır
Son bir ildə qonşu Gürcüstanla kollektiv Qərbin münasibətləri pik həddədək gərginləşib. Bu gərginliklər fonunda, həmçinin Qərbin “yumşaq güc” vasitəsilə rəsmi Tbilisiyə təzyiqləri artırdığı müşahidə edilir. Bugünlərdə Fransa prezidenti Emmanuel Makron ilə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili arasında telefon danışığı baş tutub.
Dekabrın 18-də Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana rəsmi səfər edib. Dekabrın 21-də başa çatacaq səfər çərçivəsində A.Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş prezident Mixail Kavelaşvili və XİN başçısı Maka Boçorişvili ilə görüşəcək.
Paralel şəkildə, Gürcüstanın son parlament və prezident seçkilərinin nəticələrini tanımayan, müxalifətin lideri qismində çıxış edən prezident Salome Zurabişvili dünən Avropa Parlamentinin prezidenti Roberta Metsolanın dəvəti ilə Strasburqa gəlib. O, burada Avropa Parlamentində çıxış edib.
Tbilisiyə qəfil zəng və yaxud qarşıdurmalar fonunda artan təmaslar nəyə xidmət edir?
İndiki mərhələdə Qərbin Gürcüstanla təmasları artırması müzakirələrə yol açır. Bu, çox doğru olaraq rəsmi Tbilisiyə “yumşaq güc” tətbiqinin tərkib hissəsi kimi analiz edilir. Təzadlı mənzərə yaranıb. Gürcüstan hakimiyyəti rəsmi qaydada ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını bəyan edib. Buna rəğmən, başda Fransa olmaqla ayrı-ayrı Avropa dövlətləri və təşkilatları Gürcüstanla təmasları artırmaq üçün yollar axtarırlar.
Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə, cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşıdurması kimi dəyərləndirilir. Rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyllənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyur.
Belə bir reallıq fonunda Makronun İvanişviliyə telefon açması birmənalı qarşılana bilməz. Telefon danışığı ilə bağlı Yelisey Sarayının yaydığı rəsmi bəyanatın məzmunundan Makronun şantaja keçdiyini aydın şəkildə görmək mümkündür. “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası telefon danışığının məzmununu geniş açıqlamayıb, yumşaq ruhlu ümumi məlumat verib. Yelisey Sarayı isə Makronu “cəsarətli”, “sözükeçən” bir obrazda təqdim edib. Rəsmi Parisin bəyanatında bildirilir ki, prezident müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulmasını və hüquq-mühafizə orqanlarının dinc etirazçılara və jurnalistlərə qarşı hərəkətlərini pisləyib. O, səbəbsiz saxlanılanların hamısının azad edilməsinin vacibliyini bildirib və ifadə azadlığına və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb.
Yelisey Sarayının bəyanatının məzmunundan da bəlli olduğu kimi, Makron Gürcüstan dövlətinin milli iradəsini əsla qəbul etmir. Məlumdur ki, Tbilisidə baş tutan aksiyalarda bir sıra iştirakçılar Qərbdən gələn təlimatlara uyğun davranaraq vətəndaş qarşıdurması yaratmağa çalışıblar, ictimai əmlaka ziyan vurublar, aksiyaları iğtişaşlara çevirmək məqsədilə pirotexniki vasitələrdən istifadə ediblər və bu kimi əməllərinə görə də həbsə alınıblar. Makronun həmin insanların sərbəst buraxılmasını Gürcüstan hökumətinin qarşısına şərt kimi qoyması açıq şantajdır və çox doğru olaraq bütün etik-siyasi normaların aşılması anlamında qəbul olunur.
Eyni zamanda, Makronun İvanişvilini Avropada saxlanan sərvəti ilə şantaj etdiyi bildirilir. Söhbət 2,7 milyard funt-sterlinq vəsaitdən gedir. Yayılan məlumatlara görə, məhz Makronun siyasi sifarişi və Fransa məhkəməsinin qərarı ilə 2022-ci ildə İsveçrənin məşhur “Credit Suisse” Bankında İvanişvilinin 2,7 milyard funt-sterlinq vəsaiti dondurulub. Yelisey Sarayının “bu pullar Rusiyada qazanılıb” məzmunlu açıqlaması absurddur və hüquqi əsası yoxdur. Çünki İvanişvili pullarını Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra isə sərvətini Avropaya transfer edib. Yəni bu vəsaitlərin Rusiya- Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Ehtimal olunur ki, Makron telefon danışığında İvanişviliyə sərvəti üzərində həbsin geri götürülməsinin mümkünlüyünə də işarə edib. Bunun müqabilində Gürcüstan iqtidarından Yelisey Sarayının yedəyində getmək istənilib.
Zurabişvilinin Avropa Parlamentində son sərgüzəştləri
Belə görünür ki, fürsətcil Ermənistana bel bağlamayan Avropa dövlətləri və institutları özlərinin heç də xoş niyyət daşımayan Cənubi Qafqazda mövcudluqlarını təmin etmək siyasətlərini Cürcüstan üzərindən həyata keçirməkdə israrlıdırlar. Yuxarıda Makronun canfəşanlığını qeyd etdik. Gürcüstana təzyiq kampaniyasında, həmçinin Avropa İttifaqı və Avropa Parlamenti də yer alırlar. Roberta Metsola Strasburqda Zurabişviliyə xitabən bildirib ki, indi Gürcüstanın Avropa İttifaqına gedən yolu təhlükə altındadır. O, rəhbərlik etdiyi qurumun müxalifətə qarşı bütün repessiyaları, dinc aksiya iştirakçılarının həbsə alınmalarını pislədiyini xüsusi vurğu ilə diqqətə çatdırıb və qəti tədbirlər görməyə çağırış edib. Bu çağırış Avropa Parlamentinin prezidentinin müstəqil dövləti təhdid etmək anlamında qəbul olunur. Bu haqqı Roberta Metsolaya kim verib?
Eyni zamanda, Avropa Parlamentinin iclasında Zurabişvilinin, necə deyərlər, sərgüzəştlər sərgiləməsinə imkan yaradılması da məqsədli şəkildə qurulan tamaşanın bir səhnəsidir. Özünü ölkəsində yeganə qanuni institut sayan Zurabişvili çıxışında Avropa İttifaqını Gürcüstanda yeni seçkilər keçirməyə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb.
Beləliklə, biz görürük ki, bu gün Gürcüstan Qərbin Cənubi Qafqazda mövcudluğu naminə anarxiyaya, yeni “Maydan”a sürüklənir. Qonşu ölkə Qərbin məkrli siyasətinin kədərli nəticələrini bir dəfə öz üzərində hiss edib. İndi Gürcüstanın hazırkı hakimiyyəti üçün səhvlərdən nəticə çıxarmaq və qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56

