Başına "Dəmir yumruq" dəyən Nikol üçün Qərbi Azərbaycan ŞİLLƏSİ
10.01.2025 [12:18]
Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış zərurəti ilə bağlı yerli telekanallara müsahibəsindən sonra Ermənistanda başlamış təlatüm bitmək bilmir. Revanşistlər Nikol Paşinyanı “dişsiz” cavabına görə necə hədəfə aldılar ki, Ermənistanın baş naziri də götür-qoydan sonra guya nələrsə uydurmağa cəhd göstərib.
Nikol Paşinyan əvvəlcə Anna Akopyanla evində məsləhətləşib və “beyləqani söhbət”dən sonra belə qərara gəlib ki, nəsə demək lazımdır. Budur dediklərinin bir qismi: “Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Bundan başqa Qərbi Azərbaycan yoxdur, ola da bilməz. Əgər həqiqətən başqa yerdə axtarmaq istəyirlərsə, onda Naxçıvanı da Qərbi Azərbaycan hesab edə bilərik”.
Hər halda, Paşinyan Azərbaycan toponimlərini öyrənməyə başlayıb, pis gedişat deyil. Amma tarix dərsliyindən öyrənməli olduğu çox şeylər var, olduqca zəifdir. Azərbaycanın qərb rayonlarını sadalayıb, adını “Qərbi Azərbaycan” qoyan Paşinyanın 1920-ci ildən əvvəlki xəritələrə də baxması lazımdır. Söz vaxtına çəkər: 1920-ci ilin 11 yanvarında – bir neçə saatdan sonra 105 ili tamam olacaq – Azərbaycan Xalq Cümhuriyyəti Versal Sülh Konfransında Antanta Ali Şurası tərəfindən de-fakto tanındı. Azərbaycan dövlətinin ərazisi 113,9 min kv.km idi, indikindən 27,3 min kv.km artıq!!!
Nikol Paşinyan inanmırsa, Emmanuel Makrona sorğu versin, ondan Parisdə, 1919-cu ildə dərc olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinin arxiv nüsxəsini istəsin. Yaxud Millətlər Liqasının arxivinə də baş vura bilər. O zaman Azərbaycandan fərqli olaraq, Ermənistanın müstəqilliyi de-fakto belə, tanınmamışdı. Sonradan sovet ordusunun işğalçı siyasəti, ilin yekununda isə Qərbi Zəngəzurun Ermənistana peşkəş edilməsi ilə süni bir “dövlət” yaradıldı. Harada? Əlbəttə ki, tarixi Azərbaycan ərazilərində. Zəngəzurun şərq hissəsi bugünki Azərbaycanın tərkibindədirsə, bəs onda qərb hissəsi hardadır, Nikol Paşinyan? Deyək ki, bəli, Naxçıvan bölgəsi də Qərbi Azərbaycanın bir hissəsidir...Onda necə olur ki, Azərbaycanın əsas hissəsindəki ərazilərlə Naxçıvan bölgəsi Qərbi Azərbaycan olur, amma 1920-ci ildə zorla qoparılan torpaqlar yox? Bu, hansı məntiqə sığır? Doğrudanmı Karvansaray ermənisi bu həqiqətlərdən bixəbərdir? Yeri gəlmişkən, Nikol Vovayi dədə-babasının Karvansaraya nə zaman gəlməsini bilirmi?
Azərbaycan imperiyası Çar Rusiyası və Qacarlar arasında Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalananda Ermənistan hansı küncdə-bucaqda idi? Var idimi belə bir şey? Təbii ki, yox. O zaman sovetlərin tərkibində İrəvan xanlığına aid ərazilər qaldı, əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan, türklərdən ibarət tarixi Azərbaycan ərazisi. 1827-ci ilin 6 oktyabrında İrəvan xanlığı, 13 oktyabrda İrəvan qalası Rusiya tərəfindən işğal ediləndə bu bölgədə barmaqla sayılacaq qədər hay var idi. Bundan sonra İran və Osmanlı ərazisindən erməniləri köçürməyə başladılar. Ondan sonrakı əsrlərdə daşnaklar və havadarları dəfələrlə soyqırımlar törətdilər, deportasiyalar həyata keçirdilər, bu yerlərin köklü sakinlərinin axırına çıxa bilmədilər. Yalnız 1988-89-cu illərdə istəklərinə çatdılar və daha 4 il keçəndən sonra Levon Ter-Petrosyan nəhayət, türkləri tam qovduqlarını, rahat nəfəs aldıqlarını bəyan etdi. Əsr yarımlıq mübarizələri nəticə verdi, baxmayaraq ki, saxtakar Ter-Petrosyan 600 il demişdi...
Yəni bütün bunları necə danmaq, yox kimi saymaq olar?
Düzdür, Paşinyan “obyektiv”lik donuna girməkdən ötrü “real Ermənistan”dan da danışıb. Türkiyənin 6 vilayətini “tarixi Ermənistan” hesab edən revanşistlərin cavabını verməkdən ötrü “Qərbi Ermənistan Armavirdir, Talındır”, deyib. Guya ki, bununla balans yaratmağa çalışıb. Yəni nə Ermənistan Qərbi Azərbaycandır, nə də Türkiyə əraziləri Qərbi Ermənistan. Ay səni hiyləgər...Bərabərlik işarəsi bu yerdə keçərli deyil. O zaman keçərli olardı ki, Ermənistan doğrudan da tarixi kökü olan dövlət olardı, daha Azərbaycanın tarixi ərazilərində süni yolla doğuzdurulmazdı. Axı, Nikol Vovayi özü etiraf edib ki, Ermənistan kadastr sənədi olmayan ərazidir, nə olsun ki, de-fakto mövcud olub, sahiblərinin iradəsi sayəsində.
Paşinyanın “Armavir” dediyi əslində Sərdarabaddır. Yalnız 1932-ci ildə tarixi Sərdarabadın adı dəyişdirilərək Armavir rayonu qoyulub. Üstəlik, Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə şəhərin adı dəyişdirilərək “Oktemberyan” (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə isə yenidən dəyişdirilərək “Armavir” qoyulub. Yəni bu saxtakarlığın altında Ter-Petrosyanın imzası var. Paşinyan istəsə, “Sərdarabad” toponiminin mənasını da əxz eləyə bilər. Həmçinin 1905–1906-cı il qırğınlarında erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində azərbaycanlıların bu bölgədən deportasiyasından da xəbər tutmaq istəsə, arxivlərə baş vura bilər.
1930-cu ildə süni yolla yaradılmış Talin rayonu isə İrəvanın 74 km-liyindədir. Bir tərəfində Arpaçay, digər tərəfində Alagöz dağı, o biri yanda da Alagöy yaylası olan tarixi türk toponimləri ilə əhatələnmiş bölgələrimiz. Yəni Paşinyanın “Qərbi Ermənistan” adlandırdığı su üzündə sabun kimidir, üfləsən, yoxa çıxır, əsasları yoxdur, yerində Azərbaycan izləri qalır.
Hə, Paşinyan “Maralik”dən də danışır. “Bundan başqa Qərb Ermənistan yoxdur, ola da bilməz”, deyir. Molla Göyçəni 1935-ci ilin 3 yanvarında “Maralik” ediblər…
Paşinyan kadastrsız ölkənin ərazisinin Qərbi Azərbaycan olduğuna özünü inandıra bilmirsə, onda Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adlarının bir hissəsinə diqqət eləsin:
Təkcə 1935-ci ilin 3 yanvarında erməniləşdirilən toponimlərimizin siyahısı “bir kitablıq”dır: Düzkənd-Baroj, Zorba-Sorik, Quldərviş-Vosgetas, Pirmələk – Areq, Siçanlı –Avtona, Alagöz – Araqats ...
Paşinyan ardınca erməni revanşçıları guya susdurmaq istəyir, “Şərqi Ermənistan İcevan, Berd, Çəmbərək, Vardenis, Jermuk, Qoris, Kapan, Nerkin Hand, Nrnadzordur. Bundan başqa Şərqi Ermənistan yoxdur, ola da bilməz”, deyir. Amma özündə cəsarət tapıb deməlidir ki, əslində nə Qərbi, nə də Şərqi Ermənistan olmayıb, yoxdur və çalışmaq, Türkiyə və Azərbaycanla dil tapmaq lazımdır ki, Ermənistan olsun…
Bunun üçün Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, həmçinin Ermənistanın gerbindən Ağrı dağının əksi çıxarılmalıdır!
Qərbi Azərbaycan olub, var və olacaq, özü də Qərbi Azərbaycan qondarma Ermənistan ərazisində bitmir…Bu isə başqa dərsin mövzusudur. Oxumaq, öyrənmək lazımdır, Nikol Vovai! Hərdən Prezident İlham Əliyevin tarix dərslərində iştirak etmək, mühazirələrindən bəhrələnmək lazımdır! Hələ də gec deyil! Leninin sözləri ilə desək: “Oxumaq, oxumaq, yenə də oxumaq!” Həm də öyrənmək!
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

