Yeni erməni hiyləsi?
31.01.2025 [11:15]
Paşinyan qondarma “soyqırımı”nı təkzib etməklə...
Ermənistanın Azərbaycanın şərtlərinə “hə” deyərək sülh sənədinə imza atması bu ölkənin bütövlükdə regional vəziyyətinə təsir göstərəcək. Belə olan halda İrəvan Bakı ilə yanaşı Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələ qət edəcək. Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir. Azərbaycanın sülh ilə bağlı mövqeyi, tələbləri birmənalı şəkildə həm də Türkiyənin maraqlarına uyğun gəlir. O baxımdan ki, Azərbaycanın Konstitusiya dəyişikliyi ilə bağlı tələbi həm də Ankaraya qarşı olan iddialara son qoya bilər - problem ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar ilə yanaşı 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Bu mənada sülh prosesi həm bütövlükdə Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialara son qoya bilər, həm də Ermənistan üçün yeni münasibətlər sisteminin qurulmasına yol açar.
Paşinyandan qondarma “soyqırımı” açıqlaması...
Son dövrlərdə Ermənistanın Türkiyəyə qarşı iddialarının əsasını təşkil edən qondarma “soyqırımı” məsələsi ilə bağlı yeni nüanslar diqqəti cəlb edir. Məsələn, Nikol Paşinyan keçən həftə İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib ki, “Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik”. O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib: “Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cu ildə bu mövzudan, ümumiyyətlə, heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl də Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi. Bu yaxınlarda isə o, “soyqırımı” qurbanlarının adbaad siyahısının çıxarılmasının vacibliyindən danışmaqla saxta iddianı şübhə altına almışdı. Xatırladaq ki, ötən il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da erməni “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının İrəvanın xarici siyasətində prioritet olmadığını söyləmişdi.
Konstitusiya dəyişilərsə...
Erməni xislətinin bütün mahiyyəti ilə yaxından tanış olduğumuz üçün Paşinyanın və Mirzoyanın bu davranışları ilk baxışdan qeyri-səmimi görünür. Ortada məntiq var - əgər, həqiqətən də Paşinyan sülhü ölkəsi üçün vacib sayırsa, qondarma və əsassız “soyqırımı” iddiasını ölkələrarası münasibətlərə ziyan gətirdiyini düşünürsə, nəhayət Türkiyə və Azərbaycanla qonşuluq əlaqələri qurmağa çalışırsa, nə üçün ölkə Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı qərar vermir? Avropa İttifaqı ilə münasibətləri “dərinləşdirmək” üçün referendum qərarını qısa müddətdə verdikləri kimi, bu məsələnin də həlli reallaşa bilər - elə eyni referendumda Konstitusiya dəyişikliyi məsələsi də səsverməyə çıxarılar. Demək ki, Paşinyan sadəcə olaraq Türkiyə ilə münasibətləri Azərbaycan ilə aparılan sülh prosesindən ayırmaq üçün bu yola əl atır. Necə deyərlər, baş nazir erməniliyindən əl çəkmir.
Görüşlər intensivləşir...
Bunun səbəbi də ortadadır. Son iki ayda iki ölkənin nümayəndələri arasında ard-arda görüşlər keçirilib. Məsələn, bir neçə gün öncə Qarsda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, eləcə də regionun sosial-iqtisadi perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş baş tutub. Tədbirdə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya üzrə baş direktorunun müavini Ayşe Üzer, eləcə də Arif Ekmekçi və Öndər Akgün iştirak ediblər. Onlara Qars Ticarət və Sənaye Palatasının nümayəndələri, o cümlədən idarə heyətinin sədri Kadir Bozan və məclis sədri İdris Acay da qoşulub. Məlumata görə, əsas müzakirə mövzusu Qars vilayətinin Akyaka rayonunda Ermənistanla sərhəddə yerləşən Şərq Qapısı sərhəd-keçid məntəqəsinin mümkün açılması olub. Görüş iştirakçıları bu addımın rayon sakinlərinə təsirini, eləcə də sosial-iqtisadi inkişafa potensial töhfəsini ətraflı qiymətləndiriblər. Səfir Serdar Kılıç qeyd edib ki, sərhədlərin açılması Türkiyə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində mühüm mərhələ olacaq. Bu addım təkcə Qarsa deyil, bütün regiona əhəmiyyətli faydalar gətirəcək, regional əlaqələrin və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Türkiyə ilə münasibətlərin normallaşması üçün...
Türkiyə danışıqlar və müzakirələr zamanı hər zaman bir məqamı önə çəkir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətləri tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq.
Bu mənada, Ermənistanın Konstitusiya dəyişikliyinə getməsi zəruridir - bölgədə yeni yaranan siyasi -iqtisadi nizamın bir hissəsi olmaq üçün sülh ən vacib şərtdir....
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

