Media şəbəkəsi, QHT toru, xərclənən milyonlar...
08.02.2025 [10:35]
USAID əməkdaşlarının 97 faizi işdən çıxarılır
USAID-in layihələrinin dayandırılması ilə bağlı qərar hazırda gündəmin əsas müzakirə predmetidir. Artıq uzun illərdir ki, USAID “humanitar yardım”, “xeyriyyəçilik fəaliyyəti” adı altında böyük biznes qurub - hətta fərqli siyasi ambisiyaların təmsilçisi rolunda çıxış edir. Son araşdırmalar sübut edir ki, ABŞ vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşən USAID fəaliyyətində yol verdiyi xeyli korrupsiya, mənimsəmə halları ilə ABŞ mediasının və beynəlxalq ictimaiyyətin diqqətini daim cəlb edir.
USAID: harada, nə vaxt, necə...
Qısaca yaxın keçmişə ekskurs etsək, intensiv olaraq USAID-in korrupsiya bataqlığında olması ilə bağlı onlarla faktın yazıldığını görə bilərik - hətta Qərbin aparıcı nəşrləri belə bu faktlara istinad edirdilər. Məsələn, “Wall Street Journal”ın 2013-cü ildə apardığı araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxmışdı. Belə ki, USAID-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci illərdə ABŞ büdcəsindən 2,5 milyard dollar xərclənsə də, vəsait hesabına alınan dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməmişdi. İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək qara bazarda 60 milyon dollar dəyərində satılmışdı.
Haitidə 2010-cu ildə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 3 il ərzində ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı da bir çox qaranlıq məqamlar üzə çıxmışdı - ABŞ Hökuməti Hesabatlılıq Ofisinin 2013-cü il yoxlamalarının nəticəsinə görə, ABŞ-dan Haitiyə yönəldilən 1,14 milyard dollarlıq vəsaitin yarısı israf olunmuşdu və ya uğursuz layihələrə xərclənmişdi.
2006-cı ildə isə USAID Kubada demokratiyanın təşviq olunmasına xərclədiyi 74 milyon dollar vəsaitin demək olar ki, hamısını rəqabətli tender və nəzarət olmadan bölüşdürmüşdü. Nəticədə kütləvi fırıldaqçılığa və israfçılığa yol verilmişdi.
Belə misallar yüzlərlədir. USAID-in bütün sahələrdə “yardım kampaniyaları” ya məqsədli şəkildə, ya da korrupsiyaya söykənərək bölüşdürülüb. Hətta illərlə medianın və vətəndaş cəmiyyəti sektorunun vasitəsilə də dünyada “qara bulud” rolunu oynayıb.
USAID-in “himayə” siyasəti...
Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur. Təsadüfi deyildi ki, 2012-ci ildə mədəni bir tədbir olan bu yarışmanı siyasi oyunların burulğanına atmaq istəyən, bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr bəzən şantaj, bəzən isə məhz siyasi yüklü bəyanatlarla musiqi yarışmasına kölgə salmağa cəhd göstərirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə, antiterror tədbirləri dövründə ölkəmizin haqq-ədalət işinə qarşı aparılan çirkin kampaniya da məhz bu kimi maliyyələşdirmələrin nəticələri kimi ortaya çıxmışdı.
Hələ 2014-cü ildə USAID-in Azərbaycanda medianın inkişafı ilə bağlı elan etdiyi 2,4 milyon dollarlıq qrant layihəsinin qeyri-şəffaf xarakter daşıdığı bildirilmişdi - qeyd edək ki, layihədə iştirak üçün müraciətlərə faktiki olaraq cəmi bir həftə vaxtın ayrılması bir çox potensial iştirakçıların layihədən kənarda qalması ilə nəticələnmişdi. Bu isə onu göstərirdi ki, USAID bu pulların konkret ünvanlara çatdırılmasına çalışır. Qeyd edək ki, Azərbaycanda və digər ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn bu kimi maliyyələşdirmələr isə fərqli fondların əli ilə həyata keçirilirdi. USAID də daxil olmaqla bu təşkilatları birləşdirən cəhətlərdən biri də onların əməkdaşlıq etdikləri, layihələrinə cəlb olunan qurumlarının adlarının çox zaman gizli saxlanması olurdu - beləliklə, USAID özünün əlaltılarını cəmiyyətə “tanıtmırdı”.
8 milyon dollarlıq “məqalə”...
Artıq USAID-in ofisinin və nümayəndəliyinin əməkdaşlarına fevralın 7-dən inzibati məzuniyyət verilib. RBC xəbər verir ki, yalnız xüsusi əhəmiyyətli funksiyalara cavabdehlik daşıyan işçilər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Xaricdə işləyən agentlik mütəxəssisləri üçün ayrıca plan hazırlanıb. Onlara ABŞ-a qayıtmaq üçün pul ödəniləcək və köçmə bir ay ərzində tamamlanmalıdır.
Qeyl edək ki, Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamenti düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən 78 müqaviləyə xitam verildiyini açıqlayıb. Müqavilələrin dayandırılmasından əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Agentliyin yardımını itirən nəşrlər arasında Amerikanın “Politico”, “The New York Times” qəzetləri və “Associated Press” informasiya agentliyi də var.
Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib ki, USAID Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”-ya 8 milyon dollar ödəyib. Amerika lideri demokratlar üçün müsbət imic yaratmaq naminə yerli vergi ödəyiciləri hesabına edilən çoxmilyon dollarlıq “investisiyalar” ilə heç də razı deyil.
1000 işçidən 294-ü qalır...
Bir sıra USAID əməkdaşları isə Dövlət Departamentinin xaricdə maliyyələşdirmə proqramlarını dondurmaq əmrinə məhəl qoymayıb. Bundan ABŞ-ın dövlət katibi Marko Rubio xəbər tutub. “Bu, xeyriyyəçilik deyil. Bunlar özəl fondlar deyil”, -söyləyən Rubio Qvatemala prezidenti Bernardo Arevalo ilə fevralın 6-da keçirdiyi mətbuat konfransında agentliyin qanun pozuntularını da şərh edib: “Bu, Amerika vergi ödəyicilərinin puludur və biz onu ağıllı şəkildə xərcləməyə borcluyuq”.
Rubio vurğulayıb ki, agentliyin rəhbərliyi Dövlət Departamenti ilə düzgün qarşılıqlı fəaliyyət göstərmir. Fevralın 7-də məlum olub ki, Ağ Ev USAID əməkdaşlarının 97 faizin işdən çıxarmağı planlaşdırıb. Agentlikdə təxminən 10 min işçi çalışır. “Reuters” xəbər verir ki, yalnız 294 mütəxəssis öz işində qalacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

