Ər-Riyad görüşü: birinci raund başa çatdı
20.02.2025 [09:58]
Tramp ikinci görüşün anonsunu verdi...
Rusiya ehtiyatlı davranır, Vaşinqton Zelenskini dəyişməyə hazırlaşır, Brüssel isə yol axtarır...
Fevralın 18-də Ər-Riyadda baş tutan görüş Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk Moskva - Vaşinqton təması kimi tarixə yazıldı. Dörd saat yarım davam edən danışıqlar prosesi iki raunddan ibarət olub - iki saat yarımlıq ilk raunddan sonra bir neçə dəqiqəlik “kofe brek” elan edilib, sonradan isə müzakirələr yenidən öz axarına qayıdıb. Ukrayna nümayəndə heyətinin təmsil olunmadığı üçün Kiyev danışıqların nəticələrini əvvəlcədən tanımaqdan imtina etmişdi...
Razılaşmalar var...
Bu görüş təmasların ilk mərhələsi kimi xarakterizə olunur - növbəti mərhələ sayılan Tramp - Putin görüşünün “məşqi” də adlandırılır. Açıqlamalardan bəlli olur ki, növbəti görüşün reallaşması daha çox Rusiya prezidentindən asılıdır - Kremlin nümayəndə heyətinin üzvü və Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşması barədə danışmaq hələ tezdir. İkitərəfli və yüksəksəviyyəli danışıqlar prorsesinin tərkibini, Ukrayna ilə bağlı Vaşinqtonla təmasları Putin özü müəyyən edəcək. “Amerikalı iştirakçıların adlarını alacağımız zaman prezident özü qərar verəcək”, -deyə Uşakov bildirib.
Amma bəzi razılaşmalar münasibətlərdəki buzun sındırılması kimi də diqqəti cəlb edir:
- Ukraynada məskunlaşma üçün komandaların təyin edilməsi ilə bağlı razılaşma Dövlət Departamenti tərəfindən təsdiqlənib;
- Rusiya və ABŞ Moskva və Vaşinqtonda səfirliklərinin fəaliyyətini və sayını bərpa etmək niyyətindədir.
Uşakov isə bildirib ki, komandanın tərkibi hələlik məlum deyil. Onun sözlərinə görə, nümayəndə heyətləri bir-birinə Ukrayna münaqişəsi ilə bağlı problemə fundamental yanaşmalarını açıqlayıblar.
Rusiya ilə ABŞ müttəfiq belə ola bilərlər...
Danışıqların mahiyyətinə gəldikdə isə rəngarənglik və hərtərəfli müzakirələr diqqəti cəlb edir. Rusiya və ABŞ Ukrayna üçün üç mərhələli sülh planı təklif ediblər, “Fox News”un müxbiri Ceki Henrix mənbələrə istinadən bunu yayıb. Bəlli olub ki, birinci mərhələ atəşkəsdir. İkinci mərhələ isə Ukraynada seçkilərin keçirilməsidir. Son mərhələ kimi isə yekun müqavilənin imzalanması nəzərdə tutulur.
Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı işə başlamaq üçün yüksək səviyyəli komandalar müəyyən etmək barədə razılığa gəliblər. Tərəflər həmçinin Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra yaranacaq qarşılıqlı geosiyasi maraq doğuran məsələlərdə gələcək əməkdaşlığın əsasını qoymaq, eləcə də iqtisadi və investisiya imkanları” yaratmaq niyyətindədirlər.
Dövlət Departamenti danışıqları Ukraynadakı münaqişənin sona çatması istiqamətində mühüm addım adlandırıb, lakin qeyd edilib ki, davamlı sülhə nail olmaq üçün bir görüş kifayət deyil.
Görüşdə iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev isə daha maraqlı bir məqama toxunub - o danışıqları “çox konstruktiv dialoq” və müzakirələrin müsbət başlanğıcı kimi qiymətləndirib. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbərinin sözlərinə görə, Moskva ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün Vaşinqtona bir sıra təkliflər təqdim edib. O, konkret müddəaları və ya mahiyyəti açıqlamayıb, lakin qeyd edib ki, Rusiya və ABŞ Arktikada birgə layihələrlə məşğul ola bilərlər.
Çin alqışlayır, Makron isə sabotaj edir...
Danışıqlara beynəlxalq münasibət də maraq kəsb edir. Məsələn, danışıqlar ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev münaqişənin həlli ilə bağlı Ər-Riyadda heç bir razılaşmanı tanımayacaq. “Bizim haqqımızda heç bir şeyi və ya razılaşmaları bizsiz tanıya bilmərik”.
Danışıqlar ərəfəsində Fransa prezidenti Emmanuel Makron isə danışıqlar prosesini sabotaj edib - o bildirib ki, “Rusiya təcavüzünü dayandırmalıdır, Ukrayna etibarlı təhlükəsizlik zəmanəti almalıdır. Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi sona çatması riski var”.
Çin Xarici İşlər Nazirliyi Ər-Riyadda danışıqların başlaması ilə bağlı bəyanat yayıb və bildirib ki, Pekin sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri alqışlayır.
Tramp etiraf etdi: Rusiya istəsəydi, Ukraynanı darmadağın edərdi...
Donald Tramp da Ər-Riyaddakı danışıqların nəticələrini şərh edib - o, müzakirələri “çox yaxşı” adlandırıb və Ukraynada nizamlanma üzrə razılığın əldə olunmasının mümkünlüyünə daha inamlı olduğunu bildirib. Eyni zamanda Kiyevin mövqeyindən məyus olduğunu deyən Tramp xatırladıb ki, Ukraynanın danışıqlar masasına oturmaq üçün üç il vaxtı var. Prezident həmçinin vurğulayıb ki, o, Ukraynada seçkilərin keçirilməsini zəruri hesab edir, çünki Volodimir Zelenskinin əhali arasında dəstəyi azdır. Onun fikrincə, danışıqlar prosesinə bir neçə il əvvəl başlanılsaydı, böhran Ukrayna üçün ərazi itkiləri olmadan həll edilə bilərdi.
“Fox News” yazır ki, Tramp münaqiə ilə bağlı maraqlı bir fikir işlədib: “Rusiya ən az bir müddətdə Ukrayna şəhərlərini, o cümlədən Kiyevi 100 faiz məhv edə bilərdi, amma Moskva bunu etmək istəmir. Əgər o bunu etmək istəsəydi, yəqin ki, çoxdan edərdi”.
Maraqlıdır ki, Tramp rusiyalı həmkarı ilə fevralın sonuna qədər görüşə biləcəklərini də istisna etməyib. Buna cavab olaraq Rusiya prezidentinin sözcüsü Peskov da bəyan edib ki, Putin amerikalı həmkarı ilə heç bir şərt olmadan görüşməyə hazırdır.
Kim qazandı, kim itirdi?
Yeni nizamın ən mühüm amillərindən birinə çevriləcək Ər-Riyad görüşü özlüyündə bəzi faktları tam şəkildə ortaya qoyur. Bu görüş sadəcə ABŞ-Rusiya danışıqları kimi məhdudlaşmır. Görüş əslində XXI əsrin yeni siyasi qütbləşməsini təyin və təmin edir. Bu fakt bir daha onu göstərir ki ABŞ addımlarında bəzi planlar cızıb, strategiya hazırlayıb:
- Yeni nizam qaydalarını “döyüşsüz” təyin etmək niyyətindədir. Bu bir daha Tramp komandasında maliyyə blokunun Pentaqonu əvəz edəcəyi haqda deyilənləri təsdiqləyir;
- Mühafizəkar qanad dünyanı “yeni tərzli müharibə” sınağı ilə üz-üzə qoymaq istəmir;
- Müttəfiqlərin seçimində ənənələrə sədaqət nümayiş etdiriləcək;
- ABŞ-ın əsas inkişaf dövrü sayılan XX əsrin ikinci yarısının hədəfləri aktuallaşır.
Rusiya üçün isə:
- Növbəti dəfə Avrasiya məkanındakı yerini dəqiqləşdirdi;
- Aİ üzərində “Domokl qılıncı” olmaqda davam edəcəyini qarşı tərəfə izah etdi;
- Avropanın yeni təhlükəsizlik arxitekturasının qurulmasında iştirakını labüdləşdirdi;
- Qlobal iqtisadi amillərin təyin edilməsində iştirak “icazəsi aldı (baxmayaraq ki, hələlik sanksiyalar öz qüvvəsindədir, çox güman ki, Tramp Aİ-yə nisbətdə bu sanksiyaların maksimum gözardı edilməsinə nail olacaq).
Və nəhayət Avropa İttifaqına gəldikdə isə burada pessimist notlar daha çox qabarıq şəkildə hiss olunur. İllərdir ki, israrla bildirilən “Aİ döyüşsüz məğlub olmağa məhkumdur” tezisi öz təsdiqini tapır:
- Brüssel açıq seytnot vəziyyətinə düşüb və çıxış yolunu tapa bilmədiyi ortadadır;
- “Qış yuxusu”ndan ayılıb və meydanda köməksiz qaldığının fərqindədir;
- ABŞ-ın vəd etdiyi alternativ enerji məsələsi öz həllini tapmır;
- Həm Qərbdə, həm də Şərqdə fiaskoya uğrayıb;
- Və son olaraq, Avropa özünü 100 ildən sonra üçüncü dəfə Rusiya qarşısında məğlub hiss edir - bu dəfə də ABŞ oyunun “ikinci hissəsində” dəyişiklik etməklə nəticəyə təsir göstərdi...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

