Vatikan təşəbbüsü üzərinə götürür
24.05.2025 [09:11]
Vatikan Rusiya-Ukrayna danışıqlarında vasitəçilik təşəbbüsünü öz üzərinə götürə bilər. Qeyd edək ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqların 2025-ci ilin iyun ayının ortalarında Vatikanda keçirilməsi planlaşdırılır. Qəzet qeyd edir ki, Vatikan bu təşəbbüsün baş tutması üçün hər iki münaqişə tərəfi ilə təmaslar qurub. Eyni zamanda Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliyanın baş naziri Ciorcia Meloni jurnalistlərə açıqlamasında yaxın zamanda Vatikanın danışıqlara ev sahibliyi etməsinin tam mümkün olduğunu bəyan ediblər. Xüsusilə vurğulamaq lazımdır ki, mayın 8-də yeni Papanın seçilməsindən sonra ABŞ daxil olmaqla bir neçə Qərb ölkəsi Vatikanın Moskva ilə Kiyev arasındakı gələcək danışıqlar üçün neytral platformaya çevrilməsini təklif edib.
Tramp geri çəkilir?
Bir neçə gün bundan əvvəl Tramp yerli mediaya müsahibəsində Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün aparılan danışıqların Vatikanda keçirilməsini təklif edib. ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinə dair çıxışında atəşkəsin təmin olunması üçün neytral və dini zəminin əhəmiyyətinə toxunaraq, Vatikanın danışıqlara ev sahibliyi etməsinin əla ideya olacağını bildirib. Tramp, həmçinin Rusiya-Ukrayna müharibəsinin “Avropanın məsələsi” olduğunu deyib - o, ABŞ-ın bu münaqişəyə həddindən artıq resurs sərf etdiyini, Avropanın isə kifayət qədər təşəbbüs göstərmədiyini vurğulayıb. Xatırladaq ki, bir müddət bundan öncə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bəyan etmişdi ki, əgər danışıqlarda heç bir irəliləyiş olmasa, ABŞ vasitəçilik missiyasından geri çəkiləcək və tərəfləri öz taleylərinə buraxacaq.
Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vatikanın tarixən beynəlxalq münaqişələrdə vasitəçi kimi neytral mövqe tutması Trampın bu təklifinin əsas motivasiyalarından biri ola bilər. “Vatikan heç bir hərbi və ya geosiyasi maraqlara malik olmayan, dinə əsaslanan nüfuzlu bir qurumdur ki, bu da onu hər iki tərəf üçün etibarlı platforma edir. Trampın vasitəçilik təşəbbüsünü Vatikana ötürmək istəməsi ABŞ-ın birbaşa vasitəçi rolundan çəkinməsi və məsuliyyəti paylaşmaq strategiyası ilə izah oluna bilər. Bu, həm də ABŞ-ın münaqişədə tərəfsizliyini qorumaq cəhdini göstərir, çünki birbaşa iştirak Vaşinqton üçün tərəf qəbul etmə riski yarada bilər. Vatikanın seçilməsinin digər səbəbi onun qlobal miqyasda sülh təşəbbüslərinə verdiyi dəstək və Papa XIV Leonun sülhə sadiqliyi kimi qeyd edilə bilər”.
Ortodoks Rusiya və Ukrayna Vatikanın vasitəçiliyinə razı olacaq?
Ukraynanın “Kyiv İndependent” agentliyinin məlumatına görə, Prezident Volodimir Zelenski Vatikanın vasitəçiliyinə razı ola bilər. Ukraynanın dövlət rəhbəri Rusiya, ABŞ və Aİ nümayəndə heyətləri ilə İstanbul, Vatikan və ya İsveçrədə görüşmək imkanlarını araşdırır. Rusiya tərəfinə gəlincə, Kreml hələ ki, bu barədə mövqeyini açıqlamayıb. T.İsmayilov vurğulayıb ki, Rusiyanın Vatikanda danışıqlara razı olub-olmayacağı mürəkkəb məsələdir. “Rusiya Pravoslav Kilsəsi ilə Roma Katolik Kilsəsi arasında tarixi gərginliklər olduğuna görə, Moskva bu təklifə ehtiyatla yanaşacaq. Ola bilər ki, Kreml təklifə müsbət cavab versin, çünki Vatikanın neytrallığı Rusiyanın öz şərtlərini irəli sürməsi üçün əlverişli zəmin yarada bilər. Lakin Rusiya ABŞ-ın təsiri altında olan platformalara, eləcə də Vatikanın tam neytrallığına şübhə ilə yanaşır”.
Vatikan görüş üçün məqsədəuyğundur ?
T.İsmayilov Vatikanın simvolik və mənəvi çəkisi tərəfləri kompromisə sövq edə bilər “Vatikanın münaqişələrdə vasitəçilik təcrübəsi, məsələn, Kuba-ABŞ münasibətlərinin normallaşmasında rolu onun bu prosesdə uğurlu ola biləcəyinə işarədir. Lakin danışıqların uğuru tərəflərin niyyətindən və Vatikanın prosesi necə idarə etməsindən asılıdır,”- deyə ekspert vurğulayıb ki, Vatikanın töhfəsi tərəfləri bir araya gətirməklə məhdudlaşmaya bilər - katolik məzhəbinin baş mərkəzi - Vatikan həmçinin humanitar məsələlərə fokuslanmaqla, məsələn, əsirlərin mübadiləsi və ya atəşkəsə nəzarət kimi praktiki addımları təşviq edə bilər. Papa XIV Leonun sülh çağırışları və Vatikanın diplomatik kanalları tərəflər arasında etimadı artıra bilər. Vatikanın neytral zəmin kimi seçilməsi strateji addımdır, lakin prosesin uğuru tərəflərin siyasi iradəsindən asılıdır.
Pravoslavlığın imicinə zərbə
Ukrayna münaqişəsinin həllində Vatikanın fundamental rol oynayacağı qlobal mühitdə birmənalı qarşılanmır. Bu məsələyə skeptik yanaşanlar da var. Belə ki, Pravoslav və Katolik kilsələrinin 1054-cü ildəki “Böyük Ayrılma”dan (Schisma) sonra münasibətləri tarix boyu gərgin və mürəkkəb olub. Bu ayrılıqdan sonra bir çox pravoslav ölkələrində katolikliyə qarşı şübhə və ehtiyatlı yanaşma formalaşıb. Vatikan isə son onilliklərdə pravoslav kilsələri ilə dialoq qurmağa və münasibətləri yaxşılaşdırmağa çalışsa da, bəzi siyasi məqamlar burada rol oynayıb. Məsələn, pravoslavların hakim olduğu aparıcı dövlətlərdən sayılan Rusiyanın katolik Qərb ilə siyasi problemləri dini yaxınlaşmalara da mənfi təsirini göstərib. Konkret iki pravoslav ölkəsi arasında Vatikanın vasitəçiliyinə gəldikdə isə, hətta Qərb siyasətçiləri etiraf edirlər ki, indiyə qədər bu cür anologiya görünməyib - Vatikan indiyədək konkret iki pravoslav ölkəsi arasındakı ciddi problemi tam şəkildə həll etməyib. Bunun səbəblərindən biri də budur ki, Vatikan daha çox mənəvi və diplomatik vasitəçi rolunu oynayır, amma pravoslav dünyasında onun nüfuzu məhduddur. Siyasi texnoloqlara görə, pravoslavlar Vatikana qarşı tarixi şübhələrdən “qurtula” bilmirlər və onun təşəbbüslərini “siyasi motivli” hesab edirlər. Nəzərə alsaq ki, hazırki Roma Papası XIV Leo Amerikan əsillidir, burada şübhələr daha da dərinləşir...
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24

