ABŞ və İran növbəti görüşlə bağlı razılığa gəlsə də...
12.06.2025 [09:57]
Nüvə proqramı üzrə tərəflərin mövqeyi hələ bir-birindən çox uzaqdır
ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların altıncı raundunun keçirilməsi ilə bağlı razılaşma əldə edilib. Növbəti görüş iyunun 15-nə təyin edilib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. “Məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ danışıqlarının növbəti raundu iyunun 15-də Maskatda keçiriləcək”, - deyə o qeyd edib.
Vaşinqton Tehrana təkliflər verib
Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün beş mərhələ danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Sonuncu - beşinci görüş isə mayın 23-də Omanın Romadakı diplomatik nümayəndəliyində gerçəkləşib. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.
Beşinci görüşdə vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.
Beşinci raundan bir neçə gün sonra Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyətinə ətraflı və məqbul təklif göndərdiyini bəyan edib. “Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi isə Vaşinqtonun hələ də nüvə proqramı üzrə təklif olunan saziş çərçivəsində Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı təminat vermədiyini bildirib. “Biz İrana qarşı tətbiq edilən sanksiyaların necə aradan qaldırılacağını bilməliyik. Keçmiş təcrübələrin təkrarlanmayacağına, iqtisadi, bank və ticarət sahələrində sanksiyaların aradan qaldırılacağına əmin olmalıyıq”, - deyə diplomat jurnalistlərin sualına cavabında bildirib.
Donald Tramp: Alternativ fəlakətlidir
Bütün bunların fonunda İranın Ali dini lideri Əli Xamenei də hesab edir ki, İranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız edəcək və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq: “Uranın zənginləşdirilməsi imkanı olmadan nüvə sənayesi faydasızdır. Belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün başqa ölkələrə müraciət etməliyik. Bu, neftə sahib olaraq onu emal etmək imkanının olmaması ilə müqayisə oluna bilər”. Ali dini liderin sözlərinə görə, nüvə sənayesi İrana digər istiqamətlərdə, o cümlədən əczaçılıq sahəsində uğurlu nəticələr əldə etməyə imkan verir: “ABŞ və digər ölkələr İranın tərəqqisində maraqlı olmadığı üçün Tehrana uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını nəzərdə tutan şərtlər irəli sürürlər. Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda Vaşinqtonun irəli sürdüyü bütün təkliflər İranın prinsiplərinə ziddir”.
İranın hazırkı mövqeyi isə ABŞ Prezidenti Donald Trampı hələ ki, qane etmir. Çünki Tehran uranın zənginləşdirilməsindən imtina etmək istəmir. “İranla növbəti görüşümüz olacağına görə bir qədər gözləyəcəyik. İran hakimiyyəti mümkün olmayan bir şey istəyir və imtina etməli olduqlarından əl çəkmək istəmirlər. İranın uranı zənginləşdirmək hüququnun olmadığı halda buna imkan axtarır. Hələ lazımi məqama çatmayıblar. Bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir. Onlar sövdələşmə ilə bağlı fikirlərini açıqlayıblar. Bu, sadəcə olaraq, qəbuledilməzdir”,-deyə Tramp xəbərdarlıq edib.
Rəsmi Tehran isə Vaşinqtonun təkliflərinə cavab verməyə hazırlaşır. İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndinin sözlərinə görə, İran ABŞ-ın Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək: “İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq”.
ABEA da Tehranın cavablarından razı deyil
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də Tehranın mövqeyindən razı deyil. Agentliyin rəhbəri Rafael Qrossinin sözlərinə görə, Tehran bəzi hallarda nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin suallarına ya məhəl qoymayıb, ya da onlara qeyri-dəqiq cavablar verib. O qeyd edib ki, mövcud məlumatların hərtərəfli təhlilindən sonra AEBA belə nəticəyə gəlib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər “İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi” olub. AEBA rəhbərinin fikrincə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub. Təşkilatın son hesabatında da ötən illərdə bir sıra obyektlərdə aşkarlanmış bəyan edilməmiş nüvə materiallarının mövcudluğunun səbəblərinin axtarışı məsələsində irəliləyişin olmadığı bildirilir.
Bütün hallarda altıncı raundun keçirilməsi ilə bağlı əldə olunan razılıq ABŞ-la İran arasında danışıqlar imkanının tükənmədiyinə dəlalət edir. Yəqin ki, iyunun 15-də Maskatda baş tutacaq növbəti görüşdə tərəflər ziddiyyətli məqamlara aydınlıq gətirməyə çalışacaqlar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

