Paşinyan-kilsə qarşıdurması güclənir
26.06.2025 [08:54]
Hakimiyyət seçkilərə qədər kilsəni zərərsizləşdirməyə çalışır
Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik davam edir. Tərəflər arasında ziddiyyətlər Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni ordusunu məğlub etməsi və Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra başlayıb. Ötən ilin may ayında Qazaxın dörd kəndinin qaytarılmasından sonra isə keşiş Baqratın rəhbərliyi altında Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına start verildi. Lakin bir müddət sonra həmin aksiyalar fiaskoya uğradı.
Paşinyan II Qaregini devirə biləcəkmi?
Bununla belə, Paşinyan-kilsə qarşıdurması son zamanlar yeni mərhələyə keçib. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusilə kilsənin rəhbəri II Qareginə (Ktriç Nersisyan) qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə bunu qəbul etmək niyyətində deyil. Elə son çəkişmənin də mahiyyəti və motivi bundan ibarətdir. O bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsində son qərarı Ermənistan hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - dövlətin seçkilərdə həlledici səsə sahib olması və namizədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi önə çıxarılmalıdır.
N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu da demiş və əlavə etmişdi ki, kilsələrin əksəriyyəti tikinti tullantıları anbarı kimi istifadə edilir. Bütün bunların ardınca, baş nazir II Qaregini vəzifəyə təyin olunarkən könüllü olaraq qəbul etdiyi subaylıq andını pozmaqda ittiham edib. Paşinyan II Qareginin övladının olduğunu iddia edib və bunu sübut etməyə hazır olduğunu vurğulayıb. Daha sonra o, tələb edib ki, katolikos II Qaregin Eçmiədzinin ana taxtını tərk etməlidir. “Erməni Apostol Kilsəsi seçkilərə qədər əxlaqı təsdiqlənəcək yeni katolikosu seçməlidir”, - deyən Paşinyan Erməni Apostol Kilsəsinin bütün dindarlarını “Eçmiədzin Ana Taxtına bütün ermənilərin yeni katolikosunun seçilməsi işi ətrafında birləşməyə” də çağırıb. İyunun 10-da isə N.Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edərək bəyan edib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.
Keşiş Baqrat nə ilə ittiham olunur?
Hakimiyyət-kilsə qarşıdurmasının daha da gərginləşməsi fonunda Ermənistan İstintaq Komitəsi müxalif “Müqəddəs mübarizə” adlı hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarışlar aparıb. “Müqəddəs mübarizə” adlı hərəkatın iştirakçıları və liderləri Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və fəaliyyətlər həyata keçirməyi planlaşdırırdılar”, - deyə İstintaq Komitəsi Qalstanyanın, eləcə də onun tərəfdarlarının evlərində aparılan axtarışların səbəbini belə izah edib. Axtarışlardan sonra Ermənistanda terror yolu ilə hakimiyyət çevrilişinə cəhddə suçlanan keşiş Baqrat Qalstanyan saxlanılıb. Axtarışlardan sonra hüquq-mühafizə orqanları keşişi maşına mindirərək aparıblar. Keşiş Baqratın rəhbərliyilə “Müqəddəs mübarizə” təşkilatının hakimiyyət çevrilişi planında “Daşnaksütyun” partiyası da iştirak etdiyi üçün bu partiyanın da bir sıra üzvlərinin axtarışı həyata keçirilir.
Yaranmış vəziyyətə baş nazir Paşinyan da reaksiya verərək bildirib ki, Ermənistanın hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısını alıblar. “Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirməyə hesablanmış irimiqyaslı və bədnam planının qarşısını alıblar”, - deyə o, “Telegram” kanalında yazıb və İstintaq Komitəsinin bəyanatını dərc edib.
Ermənistanda güc strukturları tərəfindən daha bir neçə müxalifət üzvü, o cümlədən iki din xadimi saxlanılıb. Din xadimlərindən biri “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın evinin yaxınlığında həbs edilib.
“Arxiyepiskop Baqratdan başqa, din xadimləri Qrayr və Movses də saxlanılıb. Onların statusu artıq məhbus kimi qiymətləndirilir”, - deyə vəkil Sergey Arutyunyan Qalstanyanın evinin yaxınlığında jurnalistlərə bildirib. Keşiş Hrayrın saxlanılması görüntüləri yerli telekanallar tərəfindən yayımlanıb.
Ermənistan parlamentinin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasından olan deputatı Qeqam Manukyan da feysbuk səhifəsində Ermənistan müxalifət partiyası ali orqanının üzvü İqor Sarkisyanın saxlanılması barədə məlumat yayıb.
Politoloq: Belə tədbirlər müxalifəti daha da radikallaşdıra bilər
Qeyd edək ki, Ermənistan cəmiyyətində bu qarşıdurma təkcə dini və mənəvi məsələlərlə məhdudlaşmır. Erməni ekspertlər Paşinyan və kilsə arasında gərginliyi gələn il keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Belə ki, kilsə Paşinyana müxalif olan revanşist qüvvələrlə işbirliyindədir. Paşinyan isə seçki öncəsi bu düşərgəni zəiflətməyə və ictimai nüfuzlarını sarsıtmağa çalışır. Görünən odur ki, erməni baş nazir II Qaregini postundan uzaqlaşdırana qədər mübarizəni davam etdirəcək.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, baş verən son hadisələr fonunda Ermənistanda dövlət çevrilişi ehtimalı, siyasi böhranın daha da dərinləşməsi və kilsənin siyasətdə rolunun artması kimi sualları gündəmə gətirir. Onun sözlərinə görə, Qalstanyanın getdikcə daha geniş dəstək qazanması, xüsusən də Eçmiədzin kilsə çevrəsinin fəallaşması hakimiyyət üçün ciddi təhlükə siqnalı sayıla bilər.
Politoloqun fikrincə, Paşinyan hökuməti bir tərəfdən təhlükəsizlik tədbirlərini artırmağa çalışsa da, digər tərəfdən bu cür tədbirlər müxalifəti daha da radikallaşdıra bilər: “Hazırkı proseslər Ermənistanın daxili siyasi sabitliyi üçün ciddi sınaq sayıla bilər və qarşıdakı günlərdə situasiyanın daha da kəskinləşəcəyi istisna edilmir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

