Dohada nəticəsiz danışıqlar...
08.07.2025 [10:20]
Növbəti mərhələdə razılıq olarsa, Qəzzada atəşkəs elan ediləcək
İsrail ilə HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı dolayı danışıqların ilk raundu nəticəsiz başa çatıb. Bu barədə “Sky News Arabia” telekanalı məsləhətləşmələrin gedişatı ilə tanış olan fələstinli rəsmilərə istinadən xəbər verib. Qeyd edək ki, İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar iyunun 6-da axşam saatlarında Qətərin paytaxtı Dohada baş tutub.
İsrail HƏMAS-ın təkliflərini qəbulolunmaz hesab edir
İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi haqqında razılaşma əldə etmək məqsədilə HƏMAS hərəkatı ilə dolayı danışıqların aparılması üçün Dohaya səfər etmişdi. Danışıqlar öncəsi İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi bəyanat yayaraq bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi dəyişikliklər İsrail üçün qəbuledilməzdir: “HƏMAS-ın Qətər təklifinə etdiyi düzəlişlər bizə ötürülüb və İsrail üçün qəbuledilməzdir”. Qeyd edilib ki, Netanyahu dolayı dialoq formatında danışıqlara dəvətə cavab verməyi və Qətər təşəbbüsü əsasında girovların qaytarılması ilə bağlı təmasları davam etdirməyi tapşırıb. Lakin göründüyü kimi, danışıqların ilk raundu uğursuz oldu.
Tramp hansı halda Qəzzada atəşkəs elan edə bilər?
Əgər İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə Dohada danışıqlar uğurla baş tutsaydı, ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Qəzza zolağında atəşkəsi elan edə bilərdi. Bu barədə “National” nəşri öz mənbələrinə istinadən bildirib. Nəşr qeyd edib ki, atəşkəs barədə qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqların nəticələrindən asılıdır. Əgər münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərlərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahı yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.
Nəzərə alaq ki, bu danışıqlar Netanyahunun Vaşinqtona səfəri fonunda keçirilir. İsrailin baş naziri artıq ABŞ-a səfər edib və onun təyyarəsi ABŞ-ın Endryus hərbi bazasına enib. Bu, özlüyündə qarşı tərəfə bir mesaj kimi də qəbul olunur.
İsxak Hersoqdan xəbərdarlıq
İsrail prezidenti İsxak Hersoq isə Qəzza zolağında girovların azad edilməsi üçün razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib və bunun üçün çətin qərarların tələb oluna biləcəyi barədə xəbərdarlıq edib. Prezident Hersoq bu açıqlamaları baş nazir Binyamin Netanyahunun ABŞ-a səfəri ərəfəsində verib: “İsrail baş nazirinin Vaşinqtona səfəri girov götürülmüş qardaş və bacılarımızın azad edilməsi üçün razılaşmaya nail olmaq üçün irəliləyişə yönəlmiş vacib bir missiyadır. Bu vəzifəni yerinə yetirmək bizim ən yüksək mənəvi borcumuzdur”. İsrail prezidenti “çətin və ağrılı qərarların qəbul edilməsi lazım olan hallarda belə, bu cür səylərə tam dəstək” ifadə edib.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir də HƏMAS ilə İsrail girovlarının azad edilməsinə dair razılaşmanın bağlanmasını dəstəklədiyini bildirib. E.Zamir hesab edir ki, Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi İsrail girovlarının həyatını təhlükə altına atır: “İsrailin aş naziri Benyamin Netanyahu isə öz növbəsində HƏMAS-ın anklavda hakimiyyətdən uzaqlaşdırılması və radikalların tam tərk-silah edilməsi zəruriliyində israr edir”.
“Hizbullah” da tərksilah olunmaq niyyətində deyil
Bütün bunların fonunda HƏMAS tərksilah olunmasını qəbul etmir. Onunla yanaşı, “Hizbullah” da hərbi birləşmələrini tərksilah etməyi planlaşdırmır. Bu barədə qruplaşmanın lideri Naim Qasem bəyan edib. “Təhdidlər bizi təslim olmağa məcbur etməyəcək, bu gün bizdən silahı yerə qoymağı, bəzi məsələlərdə mövqeyimizi yumşaltmağı tələb etməyin”, - deyə o bildirib.
Livanın paytaxtı Beyrutun sakinlərinə müraciətində Qasem qeyd edib ki, İsraillə vəziyyətin normallaşması üçün qarşı tərəfin “işğal edilmiş əraziləri tərk etməsi, təcavüzü dayandırması, məhbusları azad etməsi” tələb olunur. “Hizbullah” başçısının sözlərinə görə, bu şərtlər yerinə yetirildikdən sonra regionda gərginliyin azaldılması üçün növbəti addımları müzakirə etmək mümkün olacaq.
Xarici mətbuat isə qeyd edir ki, bu bəyanatlar ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Livana səfəri ərəfəsində səslənib. Gözlənilir ki, Livan hakimiyyəti ona “Hizbullah”ın hərbi qanadının tərksilah edilməsi tələbinə cavab verəcək.
Belə bir şəraitdə əsas diqqət İsrailin baş naziri Netanyahunun ABŞ-a səfəri çərçivəsində aparılan danışıqlar, xüsusilə Prezident Trampla görüşünün nəticələrinə yönəlib. İki müttəfiqin görüşdə aldığı qərarlar Qəzza zolağı ilə bağlı vəziyyətin gələcək taleyinə ciddi təsir göstərə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

