“Mən demişdim axı...”
30.07.2025 [11:35]
Bu ifadənin arxasında bizim başı bəlalı radikallarımız ilə bağlı olan daha bir maraqlı siyasi həqiqət gizlənir. “Mən demişdim axı” kimi ifadələrdən tez-tez istifadə edən bəzi “çox bilmiş” vətənşivənlər zənn edirlər ki, bununla da cəmiyyətə öz “uzaqgörənliyini” nümayiş etdirirlər. Siyasətdə “radikal müxalifət” rütbələrini qorumaq niyyəti ilə bu cür ucuz fəndlərə əl atan siyasətciklər artıq çoxdandır ki, adekvatlığı itirib və reallıqdan qopublar. Elə ona görə də reallıqdan qopmuş bu demaqoqları yalnız “sarı” mətbuatın qanunları ilə işləyən və onlara məxsus olan komiks xarakterli müxtəlif internet səhifələrində görmək mümkündür.
Əslində isə özlərini “sosial şəbəkə Robin Qudu” zənn edən bu psevdopatriotlar şivən salmaqla sadəcə diqqət çəkərək alternativ siyasi gündəm yaratmaq niyyətindədirlər. Əlbəttə ki, alternativ gündəmin “qəhrəmanları” elə özləridir. Axı “radikal müxalifət” statuslarını itirdikləri halda Qərbin qrant torbasının ağzı da dərhal bağlanacaqdır. Apardıqları siyasi “mübarizənin” əsl dəyəri budur. Odur ki, onların populist demaqogiyalarına inanmaq bütün xəstəliklərdən “xilas” edə biləcək Kaşpirovskinin hipnozuna uymaq qədər zərərli və təhlükəlidir.
30 ildən artıq siyasətdə olsalar belə hələ də birinci sinifdə qalmış bu yaramazlarda peşəkarlıq müstəvidə natamamlıq kompleksinin formalaşması heç də təəccüblü hal deyil. Əlbəttə ki, 30 il davam edən bu kompleks psixoloji problemlərin də yaranmasını qaçılmaz edir. Sahib olduqları bu keyfiyyətlər ilə bağlı mövcud əlvan mənzərəyə radikal təfəkkür daşıyıcılarının manyakal ambisiyalarını da əlavə etsək, ucuz populizm və demaqogiyanın cəmiyyət üçün nə qədər toksik olduğunu dərhal görə bilərik. Məhz mövcud kontekstin inkişafında biz ötən dövr ərzində onları xəstə ambisiyalarından xilas edən əlahəzrət təsəllinin üstünə gəlib çıxa bilirik.
Əlahəzrət təsəlli və istifadə etdikləri ucuz demaqogiya “məlhəm” kimi onların paxıllıq və xainlikdən qurumuş qəlblərini təkrar-təkrar həyata qaytarır. “Mən demişdim axı”lar da məhz həmin təsəllinin təzahürləridir. Heç bir tərəddüd etmədən deyə bilərik ki, siyasətdə bu və ya digər əlamətdar hadisələr yaşanan zaman çoxumuz onların ifadəsində “Mən demişdim axı bu olacaqdır”, “Mən demişdim axı bu baş verməyəcəkdir”, “Mən demişdim bunu etmək lazımdır, ancaq heç kəs bizi eşitmədi”, “Mən demişdim, xəbərdarlıq da etmişdim” və s. bu kimi fikirləri dəfələrlə eşitmişik. Analoji hallara alışdığımız üçün onlara artıq heç diqqət də yetirmirik. Ancaq mütləq nəzərə almalıyıq ki, yumşaq desək, insanların təbəssümünə səbəb olan mövcud təzahürün arxasında çox ciddi problemlər gizlənib. Adi manyaklar cəmiyyət üçün nə qədər təhlükəli və zərərli olduqları qədər bu siyasi manyakların xəstə ambisiyaları da sağlam siyasət üçün təhlükəli və zərərlidir. Sosial-psixoloji anomaliyaların demokratiya ilə heç bir əlaqəsi yoxdur.
Onların bu “şıltaq” davranışın və siyasətdə natamamlıq kompleksinin arxasında acıq, zəiflik, küsülülük, etiraf etmə qorxusu və gec-tez şəxsləri ilə bağlı cəmiyyətə əyan olacaq böyük sirlərinin mövcudluğu gizlənib. Əlbəttə ki, burada heç bir “demokratik mübarizədən” və ya böyük fədakarlıqdan söhbət belə gedə bilməz. Vətəndaş onu da bilməlidir ki, gurultulu siyasi demaqogiya hipnoz kimidir, yalnız ayılanda başa düşürsən ki, aldandın. Bu hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yaranan yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Siyasətdə özlərinə yer eləmiş demaqoqların da hədəfi eynidir: kütləni yuxuyabənzər vəziyyətə salaraq öz məkrli manipulyasiyalarını həyata keçirtmək. Müxtəlif “mən demişdim axı”lar da bu hipnozun açar sözləridir.
Odur ki, onların bu cür davranışları sadəcə siyasi şıltaqlıq deyil, bu qorxunc, ucuz və təhlükəli demaqogiyadır. Siyasi peşəkarlıqdan və obyektiv mövqedən uzaq olan manipulyasiyalarının hədəfi xalqın ictimai şüurdur. Son 30 il ərzində dəyişməyən ritorikalarının məzmununa diqqət yetirsəniz görə bilərsiniz ki, siyasətdə məşğul olduqlarının adı xalis demaqogiyadır: məzmun yox, fikirlərin dərinliyi yox, təklif yox, obyektiv mövqe yox, həqiqət hissi yox, şəxsi uğur yox, konseptual və alternativ yanaşma yox. Var olan yalnız natamamlıq kompleksdən qaynaqlanan emosional gərginlik və alternativsiz inkarçılıqdır. Onların sağlam dialoqda olmamalarının da səbəbi elə budur. Emosiyalara qapanmayın, alətə çevrilməyin və “mən demişdim axı”ların reallıqda nələrə xidmət etdiyini unutmayın.
politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

