AP-dan İsrailə sanksiya çağırışı
31.07.2025 [11:33]
Avropa İttifaqı Qəzzada hərbi əməliyyatlarla əlaqədar İsrailə sanksiyalar tətbiq edə bilər. Belə ki, Avropa Parlamentinin 40 nəfərdən ibarət deputatlar qrupu Aİ-ni İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməyə və bu ölkə ilə Assosiasiya Sazişini dayandırmağa çağırıb. “Euronews” telekanalının məlumatına görə, Aİ-nin 14 ölkəsindən olan qanunvericilər Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətini Cenevrə Konvensiyasını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozan hərəkətlərə görə məsuliyyətə cəlb etməkdə israrlıdırlar. Avropalı parlamentarilərin bəyanatında Aİ-nin İsrail hökumətinə qarşı sanksiyalar tətbiq etməsi, həmçinin İsrailə Avropa bazarında imtiyazlar əldə etməsinə imkan verən, o cümlədən bir sıra maliyyələşdirmə proqramlarına çıxış təmin edən ticarət sazişinin dayandırılması ilə bağlı çağırış yer alır - onlar Qəzza zolağında baş verənlərə cavab olaraq sürətli və qəti addımların atılmasının vacibliyini vurğulayıblar.
İsrail Aİ-nin “Horizon Europe” proqramından çıxarıla bilər
Avropa Komissiyası Avropa İttifaqı ilə İsrail arasında 1995-ci ildə imzalanan assosiasiya sazişinin 2-ci maddəsinin yenidən nəzərdən keçirilməsi?? təklif edib - bu təklifə görə, İsrailin “Horizon Europe” proqramında iştirakı qismən dayandırıla bilər. “Report” Agentliyinin Avropa bürosunun məlumatında qeyd olunur ki, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye bildirib ki, İsrailin proqram çərçivəsində 200 milyon avroya çıxışı məhdudlaşdırıla bilər. T.Renyenin sözlərinə görə, qərar təsdiqlənəcəyi halda İsrail?? təsis edilmiş təşkilatların Avropa İnnovasiya Şurasının (EIC) Akseleratorunda, yəni ikili istifadə potensialı olan müasir innovasiyalara və yeni texnologiyalara malik startaplarda iştirakı əngəllənəcək. Lakin bu, İsrail universitetləri və tədqiqatçılarının “Horizon Europe” çərçivəsində birgə layihələrdə və tədqiqat fəaliyyətində iştirakına şamil edilməyəcək. Avropa Komissiyasından bildirilib ki, İsrail Qəzzada döyüş əməliyyatlarında gündəlik humanitar fasilə elan etsə və humanitar yardımla bağlı öhdəliklərinin bir qismini yerinə yetirsə də, vəziyyət ağır olaraq qalır.
Aİ iki dövlətli prinsipini müdafiə edir
Qeyd edək ki, iyulun 28-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın özünün, eləcə də Fransa və Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə keçirilən Fələstinlə bağlı konfransda çıxış edən Aİ komissarı Dubravka Şuitsa bəyan edib ki, Avropa İttifaqı beynəlxalq hüquqa uyğun olaraq iki dövlətin yaradılması prinsipi əsasında Yaxın Şərqdə sülhün bərqərar olunmasında maraqlıdır. D.Şuitsa israillilərin və fələstinlilərin bir regionda birgə yaşayışının zərurliyini vurğulayıb: “Biz İsrail və Fələstinin tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığını görmək istəyirik,” - deyə Aİ-nin komissarı bildirib. Qəzzadakı mövcud vəziyyətə toxunan D. Şuitsa qeyd edib ki, İsrail blokadanı aradan qaldırmalı, humanitar yardım daşıyan daha çox maşının keçməsinə icazə verməli, onların Qəzzaya keçməsi üçün daha çox keçid məntəqələri açmalı, eləcə də yerlərdə ərzaq və yanacağın təhlükəsiz və maneəsiz paylanması üçün münasib şərait yaratmalıdır. O, həmçinin bildirib ki, Aİ Fələstin ?dministrasiyasının mövcudluğunu dəstəkləyir: “Biz bütün Fələstin ərazisində bir il ərzində prezident və ümumi seçkilərin keçirilməsi, bu məqsədlə partiyalar haqqında gözlənilən qanunun qəbul edilməsi barədə elanı alqışlayırıq”, - deyə Şuitsa əlavə edib ki, Aİ Fələstin Administrasiyasının dəstəklənməsinə növbəti üç il ərzində 1,6 milyard avro ayıracaq.
İsrailə qarşı sanksiyalar tətbiq olunacaq?
Avropalı ekspertlər hesab edirlər ki, böyük ehtimalla, Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq edəcək. Onlar belə qənaətdədirlər ki, nəzərdən keçirilən ssenarilər arasında Aİ-İsrail Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, habelə israilli rəsmilərə və digər şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi yer alır. Bununla yanaşı, ticarət məhdudiyyətləri, silah embarqosu və elmi-texniki əməkdaşlığın dayandırılması ehtimalı da müzakirə olunur. Amma ekspertlər İsrailə sərt sanksiyaların tətbiqini istisna edirlər - onlar bunu bir neçə amillə əlaqələndirirlər. Birincisi, Aİ-nin yüksək səviyyəli rəsmiləri, habelə bəzi üzv dövlətlərin rəhbərləri Qəzzada hərbi əməliyyatların davam etdirilməsi ilə əlaqədar İsrail hakimiyyətinə qarşı sərt bəyanatlar səsləndirsələr də, Təl-Əviv ilə bütün körpüləri yandırmaq niyyətində deyillər. Aİ və üzv dövlətlər İsraili özlərinin siyasi və iqtisadi tərəfdaşı hesab edirlər - hər zaman İsrailin mövcudluğuna və təhlükəsizliyinə dəstəyini ifadə ediblər. Eyni zamanda, İsrail Avropa ölkələrinin texnoloji məhsullarına maraq göstərən ölkədir. İkincisi, Tramp administrasiyası Aİ-yə İsrailə sərt sanksiyalar tətbiq etməsinə imkan verməz - belə bir hal baş verərsə, Vaşinqton Brüsselə qarşı adevkat cavab tədbirləri görəcək. Aİ bütün bunları çox yaxşı bilir və nəzərə alır. Daha bir məqamı da qeyd etmək lazımdır ki, Aİ İsrailə nəzərdə tutulan sanksiyaları tətbiq etsə belə, bu sanksiyaların nə dərəcədə effektli olub-olmayacağı sual altındadır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

