Türkün gücü böyüyür...
31.07.2025 [12:01]
Ankara-Astana münasibətlərində yeni mərhələ
Türk dünyasının iki böyük dövləti olan Türkiyə ilə Qazaxıstanın əlaqələri daha da güclənir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyə?? iki günlük rəsmi səfəri zamanı aparılan müzakirələr və imzalanan sazişlər bunun göstəricisidir.
Qeyd edək ki, Ankara şəhərinin beynəlxalq Esenboğa hava limanında Qazaxıstan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Ankarada Prezident Sarayında görüşüblər. Bundan başqa, liderlərin sədrliyi ilə Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilib. Görüşdə iki ölkə arasında “genişləndirilmiş strateji tərəfdaşlığın” hazırkı gedişatı və onun dərinləşdirilməsi istiqamətində atılan addımlar, həmçinin Türkiyə və Qazaxıstan sərhədlərindən keçən Orta Dəhlizin inkişafı, enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni hədəflər müzakirə olunub.
Diplomatik münasibətlərin tarixi
Qeyd edək ki, Türkiyə-Qazaxıstan əlaqələri iki xalq arasında ortaq köklərdən qaynaqlanan qardaşlıq və tarixi bağlara görə xüsusi əhəmiyyət kəsb edir. Sovet İttifaqının dağılmasından sonra 16 dekabr 1991-ci ildə müstəqilliyini əldə edən Qazaxıstanı tanıyan və dəstəkləyən ilk ölkə Türkiyədir. İki ölkə arasında diplomatik əlaqələr rəsmi olaraq 1992-ci il martın 2-də qurulub. Elə həmin il Qazaxıstanın Ankaradakı səfirliyi fəaliyyətə başlayıb.
Hazırda Türkiyənin Qazaxıstanın paytaxtı Astanada səfirliyi, həmçinin Almatı, Aktau və Türküstanda Baş Konsulluğu və Çimkənddə Fəxri Konsulluğu fəaliyyət göstərir. Qazaxıstanın isə Türkiyənin paytaxtı Ankarada səfirliyi, İstanbul, Antalya, İzmirdə baş konsulluqları və Dənizli, Alanya, Bursa, Bitlis, Hatay, Konya və Mersin şəhərlərində fəxri konsulluqları fəaliyyət göstərir. 2009-cu ildə imzalanan “Strateji Tərəfdaşlıq Sazişi” ilə strateji əhəmiyyət kəsb edən Türkiyə-Qazaxıstan əlaqələri 2022-ci ildə “Genişləndirilmiş Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəlib. Müstəqillik qazandıqdan sonra Qazaxıstan dövlət başçısı Türkiyəyə 20-dən çox rəsmi səfər edib. 2019-cu ildə Prezident seçilən Tokayev isə Prezident Rəcəb Tayyib Ərdoğanla 14 ikitərəfli görüş keçirib.
Ticarət dövriyyəsi 5 miyard dollara çatıb, hədəf 15 milyard dollardır...
Bundan başqa, Türk Dövlətləri Təşkilatının (TDT) qurucu ölkələrindən olan Qazaxıstan və Türkiyə təşkilatın beynəlxalq aləmdə rolunun gücləndirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirir, eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı və Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi qurumlarla əməkdaşlıq edərək türk dünyasının inteqrasiyasında fəal rol oynayırlar. Eləcə də, hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir.
İqtisadi-ticari əlaqələrə gəlincə, hazırda qlobal geosiyasi və geoiqtisadi böhranlara baxmayaraq, iki ölkə arasında ikitərəfli ticarət artır. Qazaxıstan və Türkiyə arasında qarşılıqlı ticarət həcminin 2024-cü ildə 5 milyard dollara çatdığını bəyan ediblər. Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin son məlumatlarına görə, bu ilin yanvar-may ayları arasında bu rəqəm 1,9 milyard dolları keçib. Türkiyə Qazaxıstanın ən böyük investisiya tərəfdaşlarından biri kimi önə çıxır. 2005-2024-cü illər arasında Türkiyə Qazaxıstan iqtisadiyyatına 5,2 milyard dollar sərmayə qoyub, ölkədə 3538 Türkiyəyə məxsus şirkət fəaliyyət göstərir. Hazırda Türkiyə ilə Qazaxıstan arasında 78 birgə layihə həyata keçirilib.
Birgə mətbuat konfransında Türkiyə Prezidenti iki ölkə arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün bütün lazımi addımların atıldığını deyib.
Türkiyə və Qazaxıstan təhsil və turizm sahələrində də əməkdaşlığa böyük önəm verir. Hazırda 12 mindən çox qazax gənci Türkiyədə ali təhsil alır, əlavə olaraq 300 qazax tələbə 2024-2025-ci tədris ili üçün “Türkiyə təqaüdü”nə layiq görülüb.
Türkiyə vətəndaşlarının Qazaxıstanda vizasız qalma müddəti 90 günədək uzadılıb
Bundan başqa, Türkiyə Qazaxıstan vətəndaşlarının xaricə səyahət etmək üçün ən çox müraciət etdiyi ölkələrdən biridir. Ötən il Türkiyədə istirahət edən qazaxıstanlı turistlərin sayı 863 minə çatıb. Həmin il Türkiyədən Qazaxıstana gələn turistlərin sayı isə 130 min nəfər olub. Həmçinin Qazaxıstan hökuməti iki ölkə arasında turizm və investisiya əlaqələrini canlandırmaq üçün Türkiyə vətəndaşlarının Qazaxıstanda vizasız qalma müddətini 30 gündən 90 günə uzadıb.
Səfər zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyənin “YDA Holding” şirkətinin rəhbəri Hüseyn Arslanla da görüşü olub. Görüşdə Kasım-Jomart Tokayevə “YDA Holding”in Qazaxıstandakı investisiya fəaliyyəti barədə məlumat verilib. Xüsusilə, çoxşaxəli fəaliyyəti olan bu qrup Türküstan, Astana və Petropavlovskda xəstəxanaların tikintisi və istismarı üçün üç layihə üzərində işləyir.
Şirkət tezliklə “YDA Sənaye Parkı”nda istehsalın genişləndirilməsinə başlamağı, həmçinin Astanada sendviç panellər zavodunun tikintisini planlaşdırır. Qazaxıstan Prezidentinə şirkətin Aktauda multimodal tranzit qovşağı yaratmaq planlarından da danışılıb. Tokayev holdinqin Qazaxıstana olan strateji marağını və həyata keçirdiyi investisiya təşəbbüslərini yüksək qiymətləndirib.
Bütövlükdə, bu il diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edən Qazaxıstan və Türkiyə münasibətlərində yeni səhifə açılır. İki ölkə arasında əlaqələrin genişlənməsi isə bütövlükdə, türk dünyasının güclənməsinə də əhəmiyyətli təsir göstərəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

