BƏƏ-də, yoxsa Türkiyədə?
09.08.2025 [10:28]
İndiyədək qarşı duran tərəflər və bütün dünya üçün böyüktəhdidlər yaradan Rusiya-Ukrayna müharibəsinindayandırılması, atəşkəsə nail olunması üçün müxtəlif təşəbbüslər göstərilsə də, arzulanan nəticəyə nail olunmayıb. Hər gün dinc insanların həyatlarını itirməsinə, mülki infrastrukturun, şəhər və kəndlərin dağılmasına səbəb olanamansız müharibə davam edir. Amerika Birləşmiş Ştatlarınınyeni administrasiyasının, şəxsən Prezident Donald Trampın müharibəni dayandırmaq səyləri, bu məqsədlə kritik qərarlarqəbul etməsi isə beynəlxalq ictimaiyyətdə sülhə və yaxudatəşkəsə nail olunacağına ümid yaradıb.
Xüsusilə də ABŞ Prezidentinin elçisi Stiv Uitkoffun bugünlərdə Moskvada Rusiya Prezidenti ilə görüşündə aparılan müzakirələrdən sonratərəflərdən sülh danışıqları ilə bağlı müsbət siqnallargəlməkdədir. O cümlədən gələn həftə keçirilməsi gözlənilən Tramp - Putin - Zelenski görüşü sülhə gedən yolda bir başlanğıcola bilər.
Diplomatiya tarixində nadir görüş
Əvvəlcə onu bildirək ki, üçtərəfli formatda görüşün keçirlməsi barədə razılıq əldə edilənədək uzun və çətin yolkeçilib. Danışıqların mənasız olduğunu anlayan D.Tramp Rusiyaya münasibətdə “yumşaq güc” taktikasını dəyişərək sərtritorikaya keçid edib. Onun Moskvanı sülhə məcbuetmətaktikasının məzmunu Rusiyaya və onun ən böyük ticarəttərəfdaşlarına yüksək gömrük rüsumlarının tətbiqini, sanksiyaların əhatə dairəsinin genişləndirlməsini, həmçininUkraynaya hərtərəfli dəstəyin artırılmasını özündə ehtiva edir. Əvvəlcə D.Tramp Rusiyanı yola gətirmək üçün geniş“səxavətlilik” göstərərək bu ölkəyə 50 gün vaxt tanıdığını bəyanetmişdi. Sonradan reallıqları nəzərə alan D.Tramp 50 günlükmöhlətin 10 günə endilməsi ilə bağlı qəti qərara gəldi.
Rusiya üçün şərtlər ağır idi. İri ticarət tərəfdaşlarının əlavərüsumlarla hədələnməsi və yeni sanksiyaların anonsu, əslində, şimal qonşumuzun bütünlüklə iqtisadi blokadaya alınması, maliyyə mənbələrinin qapadılması və beləliklə də müharibəniaparmaq gücünün itirilməsi anlamına gəlir. Kreml bununfərqindədir və çıxış yolunu düzgün müəyyənləşdirməlidir. EləABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bugünlərdə Moskvaya səfəri, Putinlə müzakirələr aparması da Rusiyanınmövqeyinin bir daha dəqiqləşdirilməsi məqsədi daşıyırdı.
Manevr imkanı məhdud olan Rusiyanın seçimi danışıqlarındavam etdirilməsi olub. Belə ki, xüsusi elçi ilə aparılan müzakirələrdə V.Putin D.Trampla görüşmək istəyini bildirib. Buxəbəri alan ABŞ Prezidenti görüşə razılığını verib. Hazırda isəartıq hm ikitərəfli, həm də üçtərəfli formatda görüşünkeçirilməsi gündəmə gəlib. Artıq dünya mediası “ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin vəUkrayna prezidenti Volodimir Zelenski gələn həftə tarixiüçtərəfli görüş üçün bir araya gəlməyə hazırlaşır” xəbərinitirajlayır. Xəbəri ilk olaraq “The New York Times” yayıb vəqeyd edib ki, bu sensasion plan artıq formalaşmamərhələsindədir. Məlumata görə, Tramp Vladimir Putinlətelefon danışığı aparıb. Danışıqlar zamanı o, gələn həftə birbaşa, üz-üzə görüşməyi təklif edib.
Rusiya tərəfinin ilkin cavabı müsbət olub və bu dialoqunbaş tutması artıq real sayılır. “The New York Times” və digərbeynəlxalq mənbələrin məlumatına görə, bu görüşdə yalnız üçşəxs iştirak edəcək: Tramp, Putin və Zelenski. Nə ABŞ övlətkatibi, nə Lavrov, nə də başqa rəsmi nümayəndələr masaarxasında olmayacaq. Bu, diplomatiya tarixinə özünəməxsus, nadir bir format kimi düşəcək.
Tərəflərin mövqeyində yaxınlaşma
Bir vaxtlar Rusiya tərəfi Zelenski ilə görüşünü istisnaedirdi. Bu da onunla əsaslandırılırdı ki, Zelenskinin prezidentlikmüddəti bitib və o daha legitim dövlət başçısı sayıla bilməz. Rusiya o mövqedən çıxış edirdi ki, Ukraynada yeni prezidentseçkiləri keçirilməlidir və qanuni hakimiyyətformalaşdırılmalıdır. Lakin Ukrayna konstitusiyası müharibədövründə ölkədə prezident seçkilərinin keçirilməsini istisna edirvə bu baxımdan Rusiyanın tələbinin yerinə yetirlməsimümkünsüz görünür. Üçtərəfli görüşün baş tutması o anlamagələcək ki, artıq ağır şərtlər qarşısında qalan Kreml Zelenskininlegitimliyini qəbul edir.
Öz növbəsində Zelenski açıqlamalarında Moskvadanmüsbət siqnallar gəldiyinə işarə edib. “ABŞ prezidentininxüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiyaindi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunugöstərib”. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski müraciətində bildirib.
Aİ prosesləri izləyir
Proseslərin dar çərçivədə cərəyan etdiyini düşünməksadəlövhlük olardı. Xarici nəşrlərin məlumatına görə,Trampçərşənbə günü Avropa liderləri və Ukrayna rezidenti VolodimirZelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın aş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun Baş katibi MarkRtte, həmçinin ABŞ-n vitse-prezidenti Ceyms Devid Vens, övlətkatibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi StivUitkoff da daxil olub.
Bütövlükdə, proseslər Avropa İttifaqında (Aİ) ciddi şəkildəizlənilir. Bu günlərdə Avropa Komissiyasının (AK) sədri Ursulafon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenskitelefon danışığı zamanı Rusiya ilə sülh müqaviləsininbağlanması üçün növbəti addımları müzakirə ediblər. Bu barədəAK-nın sədri “X” hesabında yazıb. “Avropanın mövqeyiaydındır. Biz Ukraynanı tam dəstəkləyirik, ədalətli və davamlısülhün təmin edilməsində fəal rol oynamağa davam edəcəyik”, - deyə o qeyd edib.
Vaşinqtonun hələlik əlavə şərti yoxdur
ABŞ rezidenti Donald Tramp rusiyalı həmkarı VladimirPutinlə görüşmək üçün şərt irəli sürməyib. Tramp bu barədə AğEvdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampəlavə edib ki, Vaşinqtonun Moskvaya qarşı bundan sonrakı addımları Rusiya Prezidentindən asılı olacaq.
Gələn həftə keçiriləcək görüşü gözləyən Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə də tələsmir. ABŞDövlət Departamentinin mətbuat katibinin müavini TommiPiqott avqustun 8-də rəsmi Vaşinqtonun Rusiyaya qarşısanksiyalar tətbiq etmək niyyətini nə təsdiq, nə də təkzib edib. Piqott bu barədə brifinqdə müvafiq sualı cavablandırarkən bildirib.
“Burada çoxlu fərziyyələr var. Mən bu barədə spekulyasiya etmək fikrində deyiləm”, - deyə o bildirib.
Görüş harada keçiriləcək?
Bəs Rusiya-Ukrayna müharibəsinin perspektivi baxımındanmühüm əhəmiyyət daşıyan görüş harada keçirləcək? RusiyaPrezidenti Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) amerikalıhəmkarı Donald Trampla görüş üçün münasib yerlərdən biriadlandırıb. V.Putin jurnalistlərlə söhbətində bildirib ki, bizim bucür tədbiri təşkil etməkdə kömək etməyə hazır olan çoxdostlarımız var. “Dostlarımızdan biri BƏƏ Prezidentidir. Düşünürəm ki, bu, münasib yerlərdən biri olardı”, - deyə Rusiyanın dövlət başçısı qeyd edib.
Görüşün Türkiyədə keçirilə biləcəyi də istisna olunmur. Ankara, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan lap əvvəldənRusiya - Ukrayna müharibəsinin dayandırlmasına çağırışlar edib. Onun təşəbbüslərinin nəticəsi olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri indiyədək bir neçə dəfə Türkiyədə biraraya gəliblər. Bu təcrübə nəzərə alınmaqla növbəti görüşün dəAnkaranın ev sahibliyi ilə keçirilməsi istisna olunmur.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

