Yelisey Sarayının irqçi siyasəti
14.08.2025 [11:27]
Azərbaycanın Fransadakı səfirliyi məlumat yayıb
Hazırda Fransa - Azərbaycan münasibətlərində ən kritik dövr yaşanır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. E.Makronun 2018-ci ildə başlayan ilk prezidentliyi dönəmindən Yelisey Sarayı tərəfindən startı verilən münasibətlərdəki pisləşmə bu gün özünün pik həddinə çatıb. Açıq-aydın görünür ki, Makron iqtidarı Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, bu ölkədə azərbaycanlılara irqçi münasibət sərgilənir.
Bu günlərdə Azərbaycan vətəndaşları Məhəmməd Quliyevin və Gültac Abdullayevanın üzləşdikləri vəziyyət buna ən son nümunədir. Azərbaycanın Fransadakı səfirliyi vətəndaşlarımızın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb və təfərrüatları açıqlayıb.
İrqçilik, ksenofobiya və din əleyhinə cinayətlərin artan statistikası
Hazırda irqçilik, İslamofobiya Avropanın kədərli reallıqlarından birinə çevrilməkdədir ki, bunun da ən tipik nümunələrini məhz Fransa sərgiləyir. Məlumdur ki, rəsmi Paris Fransanı dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edir. Bu ölkə, həmçinin özü üçün “qardaşlıq”, “bərabərlik” şüarlarını seçib. Ancaq Fransanın indiki reallıqları demokratiyadan, qardaşlıq və bərabərlikdən tamam uzaqdır. Aydın şəkildə görünür ki, Makron iqtidarı ölkəni tarixi ənənələrindən uzaqlaşdırmaq yolu tutub. Əgər Parisdə və regionlarda ədalətsizliyə, hökumətin sərt siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxan insanlara qarşı zor tətbiq edilirsə, polis dəyənəyi işə salınırsa, hansı demokratiyadan bəhs etmək mümkündür? Eləcə də küçə və meydanlarda Quranın yandırılması, fərqli mədəniyyətlərə dözümsüz münasibət göstərilməsi heç bir halda demokratiya göstəricisi sayıla bilməz.
Fransada irqçiliyin son həddədək güclənməsini ötən il Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə sağçıların önə keməsi bir daha əyani şəkildə təsdiqlədi. O cümlədən müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində, İslamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasına xidmət edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı həyata keçirdiyi diskriminasiya siyasətinin sistemli xarakter daşıdığını təsdiqləyir.
Fransada İslam etiqadı olan insanlara qarşı “səlib yürüşü” artan silsilə ilə davam etməkdədir. Bu ölkədə son vaxtlarda müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər.
Belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb.
Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim edilmədən, separatizmə yaxın olmaqda şübhəli bilinərək bütün bank hesabları dondurulub. Nəticədə, Meyer nə kirayəsini ödəyə, nə ailəsinin ehtiyaclarını təmin edə, nə də hüquqi müdafiə ala bilir.
Hesabların dondurulması Maliyyə və Pul Məcəlləsinin L.562-2 maddəsinə “əsaslanır”. Maddə ilkin olaraq terrorçuluğa maliyyə axınının qarşısını almaq üçün qəbul edilsə də, indi tənqid səslərini susdurmaq üçün istifadə olunur.
Rəsmi statistika Fransada irqçiliyin artması barədə konkret təsəvvür yaradır. Fransa Daxili İşlər Nazirliyinin hesabatında bildirilir ki, 2023-cü ildə qeydə alınmış kəskin artımdan sonra irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər 2024-cü ildə daha 11 faiz artaraq 9350-yə çatıb. Hesabata görə, Milli Polis və Milli Jandarma 2024-cü il ərzində ölkəboyu irqçilik, ksenofobiya və din əleyhinə 16 mindən çox cinayət qeydə alıb. İrqi motivli cinayətlərin 9700 qurbanı olub və onların əksəriyyəti əsasən Afrika ölkələrindən olan 25-54 yaş arası insanlardır. Bildirilir ki, Paris irqçi cinayətlərin milli orta göstəricidən üç-dörd dəfə yüksək olması ilə açıq şəkildə fərqlənir. Burada iki il ərzində (2023 və 2024-cü illərdə) cinayətlərin artımı 44 faizi ötüb.
Azərbaycan vətəndaşları ilə bağlı vəziyyət nəzarətdə saxlanılır
Azərbaycanın Fransadakı səfirliyinin yaydığı məlumatda qeyd edilir ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacağa yerləşdirilib.
Fransa polisinin bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.
“Azərbaycanın Parisdəki səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik və Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.
Məsələ səfirliyin nəzarətindədir”, - deyə məlumatda vurğulanıb.
Azərbaycan vətəndaşları Məhəmməd Quliyevin və Gültac Abdullayevanın üzləşdikləri vəziyyət Fransanın ölkəmizə münasibətdə illərdir ki, həyata keçirdiyi qərəzli siyasətin davamıdır. Yelisey Sarayının, şəxsən Makronun bu ölkədəki güclü erməni lobbisinin yedəyində gedərək artıq keçmiş olan Dağlıq Qarabağ münaqişəsində işğalçı Ermənistanı davamlı şəkildə dəstəkləməsi yaddaşlara kədərli xatirə kimi qalıb. İşğalçılq siyasətinin dəstəklənməsi Fransanın demokratik ənənələrinə uyğundurmu? Və yaxud Fransa parlamentinin hər iki palatasının separatçıları dəstəkləyən qətnamələr qəbul etməsini, Makronun 44 günlük Vətən müharibəsi günlərində haqq mübarizəsi aparan respublikamıza təzyiq göstərmək cəhdlərini yada salaq. Bütün bunlarla Fransa dünyaya pis nümunələr təqdim etdi və bununla da öz imicinə ağır zərbə vurmuş oldu. Bu gün Yelisey Sarayı Azərbaycanın Afrikada, dənizaşırı ərazilərdə müstəqillik, azadlıq mübarizəsinə qalxan xalqlara mənəvi-siyasi dəstək göstərməsini sinirə bilmir, bunu ölkəmizin Fransanın daxili işlərinə qarışması anlamında təqdim edir. Halbuki, Azərbaycanın digər ölkəərin, o cümlədən də Fransanın daxili işlərinə qarışmaq kimi bir niyyəti yoxdur. Fransanın müstəmləkə əsarətindən qurtulmaq istəyən xalqların mübarizəsi bir insan haqları məsələsidir və ökəmiz də müstəmləkəçiliyin bütün təzahürlərinə “yox” deyən beynəlxalq hərəkata dəstək verir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

