HƏMAS razılaşdı...
20.08.2025 [09:32]
Yeni atəşkəs sazişi gözlənilir
HƏMAS ilə İsrail arasında yeni atəşkəs sazişinin imzalanması gözlənilir. “Al Jazeera Arabic” telekanalının məlumatına görə, HƏMAS İsraillə danışıqlarda vasitəçilik edən Misir və Qətərin irəli sürdüyü yeni atəşkəs təklifini qəbul edib. HƏMAS -ın rəsmisi telekanala şərhində qeyd edib ki, hərəkat danışıqlar masasında vasitəçilər tərəfindən irəli sürülən təkliflərlə razı olub. Belə ki, HƏMAS hərəkatı fələstinli məhbusların azad edilməsi qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.
HƏMAS-ın rəsmisi əlavə edib ki, yeni atəşkəs sazişi layihəsində ABŞ-ın təklif etdiyi məqamlar da yer alıb. Xüsusilə, yeni saziş 60 günlük atəşkəsdən və girovların mərhələli şəkildə azad edilməsindən bəhs edir. Eyni zamanda, HƏMAS-ın dəstəklədiyi təklifdə İsrail qoşunlarının Qəzzadan çıxarılması da nəzərdə tutulub. Xatırladaq ki, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılan uzunmüddətli danışıqlar nəticəsində bu ilin yanvarın 19-da İsrail ilə HƏMAS arasında imzalanan atəşkəs sazişi martın 18-də tərəflər arasında yenidən silahların işə salınması ilə fiaskoya uğradı. Son dörd aydan çoxdur ki, İsrail Silahlı Qüvvələri Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları davam etdirir. Bölgədə atəşkəsin yenidən təmin edilməsi üçün Qətərin paytaxtı Dohada Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparılsa da, münaqişə tərəfləri hələ də tam ortaq məxrəcə gəlməyiblər.
Yeni atəşkəs sazişi nədən ibarət olacaq?
Böyük ehtimalla, Misir və Qətər tərəfindən irəli sürülən yeni təkliflər də özündə müvəqqəti atəşkəsi ehtiva edəcək. Bu müddət 60 və ya 90 günü əhatə edə bilər. Sözsüz ki, bu müddət ərzində də yeni atəşkəs sazişinin müddəaları mərhələli şəkildə icra ediləcək. Əvvəlki atəşkəs dövründəki kimi eyni vəziyyət müşahidə olunacaq - ilkin mərhələdə döyüşlər tam olaraq dayandırılacaq və İsrailin hərbçiləri və HƏMAS-ın silahlı qrupları sazişdə müəyyən edilən mövqelərə geri çəkiləcək, ikinci mərhələdə qarşılıqlı şəkildə israilli və fələstinli girovlar azad ediləcək, növbəti mərhələdə isə Qəzzadakı müharibədən əziyyət çəkən yerli əhali humanitar yardımla təmin olunacaq. İsrail humanitar yardımın Qəzzaya çatdırılmasına heç bir əngəl törətməməklə bağlı öhdəlik götürəcəyi halda HƏMAS da bölgədəki İsrail ordusunun mövqelərinə hücum etməmək barədə öhdəlik götürəcək. Bir sözlə, yeni atəşkəs sazişi bu ilin yanvarın 19-da İsrail ilə HƏMAS arasında razılaşdırılan atəşkəs sazişi ilə eyni mahiyyət daşıyacaq. Yaxın zamanda növbəti belə bir sazişin imzalanması ehtimal oluna bilər, amma bu sazişin də öz müddəti çərçivəsində tam şəkildə icra olunub-olunmayacağı bölgədəki vəziyyətdən asılı olacaq.
İsrail və HƏMAS-ın ortaq məxrəcə gəlməsi qeyri-mümkündür
Qəzzada müharibə başlayandan bu günədək İsrail və HƏMAS danışıqlar masasında ağır şərtlər irəli sürür. İsrail HƏMAS-ın tam şəkildə tərki-silah olunması və bölgədən çıxarılmasını tələb edir. Ekspertlər hesab edirlər ki, İsrail Silahlı Qüvvələrinin Qəzzadakı hərbi əməliyyatlarda əsas hədəfi HƏMAS-ı tamamilə sıradan çıxarmaq və onun Qəzza zolağında hərbi-siyasi idarəetməsinə son qoymaqdır. Onların sözlərinə görə, İsrail hakimiyyəti öz məqsədinə çatmaqda israrlıdır. Ekspertlər, həmçinin qeyd edirlər ki, Netanyahu hökumətinin HƏMAS-ı məhv etmədən daimi atəşkəsə razı olması qeyri-realdır, çünki o, buna razılıq verəcəyi təqdirdə ölkə daxilində radikal sağçı qüvvələrin ciddi təzyiqləri ilə üzləşəcək. Qəzza zolağında müvəqqəti atəşkəs təmin olunsa belə, İsrail öz hədəfinə nail olmayana qədər bölgədə hərbi əməliyyatları davam etdirəcək.
HƏMAS da öz növbəsində İsrailin şərtlərinə boyun əyməcək - əgər HƏMAS İsrailin şərtlərinə hər hansı şəkildə razı olarsa, bu, qeyd-şərtsiz, hərəkatın kapitulyasiyası anlamına gələcək. HƏMAS Qəzzada öz hərbi-siyasi mövcudluğunu qorumaq, o cümlədən İsrailə qarşı mübarizəsini davam etdirmək niyyətindədir. HƏMAS-ın liderləri bəyan edirlər ki, İsrail Silahlı Qüvvələri bölgədən tam çıxmayacağı təqdirdə qarşı tərəfə hücumları dayandırmayacaq. Bu baxımdan İsrail və HƏMAS-ın ortaq məxrəcə gəlməsi qeyri-mümkündür.
Beynəlxalq mexanizmə ehtiyac var
Qəzzada daimi atəşkəsin təmin olunması, növbəti hərbi qarşıdurmaların qarşısının alınması və vəziyyətin davamlı şəkildə sabit saxlanılması üçün beynəlxalq mexanizmin yaradılmasına ehtiyac var. Qərb ekspertlərinin fikrincə, yalnız bu mexanizm çərçivəsində atəşkəs sazişinin müddəalarının icra olunmasına nəzarət etmək, hərbi eskalasiyanın qarşısını almaq və sülhün bərqərar olunmasında addımlar atmaq, hətta tərəflər arasında danışıqların təşkili də mümkün ola bilər. Bu da vurğulanır ki, beynəlxalq mexanizm Qəzzada humanitar böhrana qarşı mübarizəyə də öz töfhəsini verə bilər. O ki qaldı beynəlxalq mexanizmin kimin idarəçiliyi altında olmasının zəruriliyinə, ekspertlər bu mexanizmin BMT-nin səlahiyyətinə daxil edilməsini, yaxud ABŞ, Misir, Qətər, Səudiyyə Ərəbistan və Türkiyənin birgə rəhbərliyi altında olan qurumun nəzarətinə verilməsini məqbul hesab edirlər. Təbii ki, bu kimi məsələlərdə İsrail və Fələstinin mövqelərini nəzərə almaq lazımdır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

