Daha bir münaqişəyə son qoyuldu!
28.10.2025 [09:34]
ABŞ liderinin vasitəçiliyi ilə Kamboca və Tailand arasında sülh sazişi imzalanıb
ABŞ Prezidenti Donald Tramp növbəti diplomatik uğura imza atıb. Belə ki, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammiti çərçivəsində Kamboca və Tailand arasında sülh sazişi imzalanıb. Sazişi Donald Trampın iştirakı ilə hər iki ölkənin baş nazirləri imzalayıblar. Tərəflər arasında sülh sazişinin imzalanması barədə ABŞ Prezidenti sosial media hesabında da məlumat verib. Tramp müharibələri dayandırmağı sevdiyini deyib, amma bildirib ki, bunu hobbi adlandırmazdı. O, belə bir açıqlamanı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində Tailand və Kambocanın münasibətləri haqqında birgə bəyannaməni imzaladığı vaxt verib. “Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm” - deyə, ABŞ lideri qeyd edib. “BMT bunu etməlidir, amma etmir”, - deyərək o, BMT Baş Assambleyasındakı çıxışı zamanı teleprompterin söndüyünü və eskalatorda da problemlərin olduğunu xatırladıb.
Münaqişə nə üçün başlamışdı?
Qeyd edək ki, qlobal sülh təşəbbüskarı kimi çıxış edən Ağ Evin rəhbəri Qəzzada münaqişəni bitirdikdən sonra diqqətini Tailand ilə Kamboca arasında ərazi mübahisələrində və ikitərəfli münasibətlərdəki problemlərin həllinə yönəltmişdi. Xatırladaq ki, bu ilin iyul ayının sonlarında Tailand və Kamboca arasında son 10 ilin ən gərgin hərbi toqquşmaları baş vermişdi. Toqquşma zamanı hər iki tərəfin bir-birinin sərhəd ərazilərini ağır artilleriya ilə atəşə tutması nəticəsində çoxlu insan həlak olmuş, on minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalmışdı. Gərginlik hər iki ölkənin sərhədində yerləşən Ta Moan Thom məbədi və bu məbədin ətrafında olan ərazilər üzərində illərlə davam edən mübahisədən qaynaqlanır. Münaqişənin kökləri 1907-ci ilə, Fransa tərəfindən çəkilmiş sərhəd xəritəsinə dayanır. Həmin vaxt Kamboca Fransanın müstəmləkəsi idi və sərhədin təbii suayırıcı xəttlə müəyyən olunması razılaşdırılmışdı. Lakin Tailand sonradan bu xəritənin legitimliyini qəbul etmədi və 817 kilometrlik sərhədin bir neçə hissəsində mübahisəli ərazilər formalaşdı.1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ta Moan Thom məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi. Lakin bu qərar məbədin ətrafındakı torpaqların statusunu aydınlaşdırmırdı. 2008-ci ildə Kamboca məbədi UNESCO-nun Dünya İrsi Siyahısına salmağa çalışdıqda gərginlik yenidən alovlandı. Həmin dövrdən bəri tərəflər arasında dəfələrlə toqquşmalar baş verib. 2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində baş verən bəzi hadisələr vəziyyəti daha da gərginləşdirdi. Mayın 28-də sərhəddə hər iki tərəfin bir-birinin mövqelərinə atəşə tutması ilə başlayan gərginlik iyul ayında sərhəd boyunca şiddətli toqquşmalara çevrildi. Lakin Malayziyanın Baş naziri Ənvər İbrahimin vasitəçiliyi və Prezident Donald Trampın təzyiqləri nəticəsində Tailand və Kamboca atəşi dayandırdı və aralarındakı problemi həll etmək üçün danışıqlar masası arxasına oturmağa razı oldular.
Dörd ay davam edən danışıqların nəticəsi...
Dörd ay davam edən danışıqlarda, nəhayət Tailand və Kamboca hökuməti iki ölkənin sərhədində mübahisəli ərazilərin həllinə dair bəzi məsələlərdə razılığa gəldilər. Razılaşmaya görə, hər iki tərəf sərhəd ərazidə öz mövqelərində heç bir ağır silah yerləşdirməyəcək, iki tərəfin əsgərləri əraziləri minalardan təmizlənməyə cəlb olunacaq, mübahisələri dialoq çərçivəsində həll edəcək və hər iki ölkə transmilli cinayətlərə qarşı birgə mübahisə aparacaqlar.
Xatırladaq ki, razılaşmalar Tailandın Xarici İşlər Nazirliyi oktyabrın 17-də Kuala-Lumpurda keçirilən dördtərəfli məsləhətləşmələrin yekunları üzrə nazir Sixasak Phuangketkeyin bəyanatında da əksini tapırdı. Bəyanatda bildirilirdi ki, Tailand və Kamboca ağır silahların çıxarılması, sərhədyanı ərazilərin minalardan təmizlənməsi və transmilli cinayətkarlıqla mübarizədə irəliləyiş əldə ediblər: “ABŞ, Malayziya, Tailand və Kamboca arasında dördtərəfli məsləhətləşmələr 2025-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən ilk görüşün davamı idi. Müzakirələr Tailand və Kamboca arasında müxtəlif məsələləri əks etdirən birgə bəyannamənin hazırlanmasına yönəldilib. Tailand üçün prioritet olan dörd sahədə irəliləyiş əldə edilib: sərhəd bölgələrindən ağır silahların çıxarılması, minalardan təmizləmə, transmilli cinayətlərlə mübarizə və prioritet sərhəd bölgələrinin idarə edilməsi”. Bu razılaşma fonunda Tailand və Kambocanın baş nazirləri Kuala-Lumpurda sözügedən sənədi imzalayıblar. Təbii ki, belə bir razılaşmanın əldə olunmasında Trampın əhəmiyyətli rolu danılmazdır. Məhz Trampın dəstəyi ilə Tailand və Kamboca arasında dörd ay ərzində danışıqlar baş tutub.
Asiya ölkələri atəşkəsə nəzarət edəcək
Yeri gəlmişkən, Malayziya və digər Asiya ölkələri Tailandla Kamboca arasında atəşkəsi izləmək üçün müşahidəçilər göndərəcək. Bu barədə açıqlamanı tərəflərin sözügedən sazişi imzaladığı mərasimdə ABŞ Prezidenti Donald Tramp verib. O qeyd edib ki, Malayziya da daxil olmaqla Asiya ölkələrindən müşahidəçilər sülhün davamlı olmasını təmin etmək üçün müvafiq zonada yerləşdiriləcək. Tramp vurğulayıb ki, çoxlarının işlək olmayan hesab etdiyi sülh müqaviləsi milyonlarla insanın həyatını xilas edəcək. O, həmçinin müqavilənin bir hissəsi olaraq Kambocanın 18 əsirinin azad olunacağını elan edib. Bütün bunlarla yanaşı, Tramp həmin tədbir çərçivəsində Kamboca ilə ticarət sazişi, eləcə də Tailandla zəruri mineral sazişləri də imzalayıb.
Beləliklə, ABŞ Prezidenti Donald Tramp dünyada daha bir münaqişənin həllinə nail olub. Məhz bu səbəbdəndir ki, Dövlət Departamenti onu “sülh prezidenti” adlandırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26

