İqtidarın dialoqu və radikalların xofu - Asif Adil YAZIR...
08.01.2026 [15:56]
Hətta doğma uşağının belə şıltaqlıq və dəcəlliyini zamanında dayandırmalısan ki, gələcəkdə onun taleyində yaşana biləcək bəzi çətinliklərin qarşısını ala biləsən. İctimai-siyasi münasibətlərdə özünü aşkar edən radikal təfəkkürün əlamətləri isə embrion halında belə aradan qaldırılmalıdır. Bunu ən azından ona görə etmək lazımdır ki, bu cür düşüncə və davranış tərzinin qorxunc fəsadları təkcə bir fərdin şəxsi faciəsi ilə bitmir.
Əhalinin ictimai şüurunda radikal təfəkkürün əlamətlərinin mövcudluğu bütöv cəmiyyət və dövlət üçün təhdid yarada bilər. Radikal yanaşma dövlətçiliyin aqibətini belə şübhə altına ala bilər. Təsadüfi deyil ki, tarixən pozucu xarici qüvvələr öz təxribatlarını həyata keçirtmək üçün məhz konkret ölkənin daxilində olan radikal təfəkkürlü demaqoqların dəstəyinə güvənib. Qeyd olunanlar əsla nəzəriyyə deyil, əksinə, dünya ölkələrinin siyasi tarixində öz əksini tapmış real təcrübədir. Onu da əlavə etməliyik ki, bu cür siyasi “ekspansiya” əksər hallarda demokratik şüarlar altında həyata keçirilir.
Dünya ölkələrinin siyasi təcrübəsi onu da deməyə imkan verir ki, konkret cəmiyyətin ictimai şüurunda radikal təfəkkürü kütləvi şəkildə yaymaq üçün pozucu xarici qüvvələr tərəfindən ilk növbədə həmin ölkədə fəaliyyət göstərən siyasi partiyalardan istifadə olunur. Olduqca bəsit və bir o qədər də acı olan bu siyasi həqiqəti biləndən sonra bəzilərinin təxribat xarakterli “qımışmalarının” kəskinləşməsi məhz iqtidarın siyasi partiyalar müstəvisində islahatların başlanması dövrünə təsadüf etməsinin əsl səbəblərini öyrənmiş oluruq. Partiyaların müdaxilə və manipulyasiya aləti kimi əldən çıxma ehtimalı yarananda pozucu qüvvələrin düşərgəsində həyəcan təbili vuruldu. İstisna etmək olmaz ki, bu günlərdə şahidlik etdiyimiz bəzi proseslər də məhz qeyd etdiyimiz ehtimalın bilavasitə təzahürüdür.
Mövcud halda nə qədər “yırtıcı” və mahiyyət etibarı ilə “xəstə” siyasi və sosial-psixoloji məfhumdan söhbət getdiyini anlamaq üçün radikal düşüncə tərzinin sadəcə bəzi əlamətlərini qısaca olaraq sadalayaq: ifrat inkarçılıq; alternativsiz düşüncə tərzi; cəmiyyətə seçim imkanı vermədən yaşanan hadisələrin yalnız ağ və qara rənglər ilə boyanması; emosionallıq və qərəzlilik; total şübhə; qorxu və ümidsizlik hissinin aşılanması; stereotipli düşüncə tərzinin üstünlüyü; ictimai diqqətin yalnız neqativ hallar üzərində cəmləşdirilməsi; əldə olunmuş istənilən nailiyyətin kiçikləşdirilməsi; emosional və pafoslu ritorikanın üstünlüyü; sürətlə davam edən qalmaqal axtarışı və s. Göründüyü kimi qeyd olunan əlamətlər uşaqların ərköyünlüyük və şıltaqlığından daha çox təhlükəlidir. Burada liberalizm oyunları keçməz, milli maraqların qorunması vəzifəsi hətta populyar hesab olunmayan sərt tədbirlərin görməsini belə labüd edir. Yeri gəlmişkən, onu da bilməliyik ki, strateji vəzifələrin icrası məqsədilə iqtidar populyar hesab olunmayan hər-hansı bir addım atan kimi bəzilərinin ucuz demaqogiyası dərhal kəskin şəkildə artır. Qərəzli manipulyasiyaların təsiri altına düşməmək və çirkli oyunların iştirakçılarına çevrilməmək üçün bu “xırda” siyasi həqiqəti diqqətdən qaçırtmayaq.
Mülahizələrin doğruluğunu dolayısilə təsdiq edən maraqlı bir müşahidəni bölüşmək istərdik. Nəzarətsiz, heç bir sərhəd və məhdudiyyət tanımayan sosial şəbəkələrin hətta həvəskar monitorinqi belə deməyə əsas yaradır ki, qorxudan ən çox danışanlar məhz radikal düşərgənin nümayəndələridir. Çünki, nə qədər paradoksal səslənsə də məhz qorxu xofu etiraz mədəniyyətinin yayılması üçün münbit şərait yaradır və radikal meylliyi kütləvi hala çevrə bilər. Odur ki, “qorxu” hissi demaqoqun ritorikasında sadəcə manipulyasiya alətidir.
Hətta düşərgənin “lideri” adlandırdıqları Ə.Kərimlinin saxlanılması belə cəmiyyətdə ümumiyyətlə heç bir etiraz və ya rezonansa səbəb olmadı. Əlbəttə ki, Kərimli özü sadəcə marionet oyuncaq olduğunu çox gözəl bilirdi və ona yazılan ssenarinin bu cür inkişaf edə biləcəyini də istisna etmirdi. Yaşanmış hadisələrdən ona inanan və müxtəlif vədlər ilə “tavanı” olmayan bu düşərgəyə azıb düşənlər sözün əsl mənasında pərt oldular. Təşviq olunan siyasi dialoq mühiti isə hətta bu halda belə aldadılmışların harayına gələ bilir. Çünki bu dövlət hamımızın evidir. Bu evin qorunması üçün bizə radikal düşüncə tərzinin məhsulu olan ixtilaf və cəmiyyətin parçalanması yox, məhz siyasi dialoq mühitinin tərənnüm etdiyi milli birlik və həmrəylik lazımdır.
Bəhs etdiyimiz düşərgənin əsl mahiyyətini ifşa edən daha bir “maraqlı” məqama diqqət yetirək. Qəribədir, nədənsə məhz Kərimlinin həbsindən sonra onların “sözçüləri” cəmiyyətlə açıq dialoqunun aparılması zərurətindən danışmağa başladı. Qəribəlik ondadır ki, iqtidarın siyasi dialoqla bağlı olan bütün təşəbbüslərini aqressiv şəkildə inkar edən və digər partiyaları bu dialoqdan çəkindirən tərəf də məhz bu başı bəlalı radikal düşərgə olmuşdur.
Dialoqda iştirak edən tərəfləri qorxudan və onların ünvanına təhqirlər səsləndirən tərəf də radikal düşərgə idi. Ucuz istehza və səviyyəsiz ironiya ilə siyasi dialoqdan danışanlar indi də özləri dialoqun qapılarını döyürlər. Əlbəttə ki, burada nə siyasi peşəkarlıqdan, nə də ki hansısa əqidədən danışmaq mümkündür. Xalqımızın zəngin mədəniyyətini və mental keyfiyyətlərini nəzərə alsaq, deyə bilərik ki, dialoq təklifi böyüklüyün əlamətidir. Prezident İlham Əliyev illər öncə dialoq təşəbbüsü ilə çıxış etməklə əslində siyasətdə bu böyüklüyü nümayiş etdirmiş oldu. Milli birliyə, həmrəyliyə və potensialların səfərbər olunmasına xidmət edən dialoq mühiti xalqın gələcəyinə xidmət edən dövlətin strateji sərmayəsidir. Odur ki, bu millət və dövlətin inkişafını arzu edən, habelə bu cür amallar uğrunda öz bilik və bacarıqlarını əsirgəməyən hər bir vətəndaş şərti dialoq qapısından keçərək öz şəxsi töhfəsini verə bilər.
Asif Adil
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

