Avropa İttifaqı Ukraynadan vergi dəyişiklikləri tələb edir
30.04.2026 [09:59]
Avropa İttifaqı (Aİ) Ukraynadan vergi dəyişiklikləri aparılmasını tələb edir. Əks halda Kiyev üçün 90 milyard avroluq maliyyələşdirməni təmin etmək üçün daha sərt şərtlər tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Ukrayna güzəştli sistem əsasında fəaliyyət göstərən və illik gəliri 77 min 400 avrodan çox olan şirkətlər üçün əlavə dəyər vergisini (ƏDV) 20 faizədək artırmalıdır. Belə bir islahat Ukrayna cəmiyyətində gərginliyə səbəb ola bilər.
Adı çəkilməyən bir məmur qeyd edib ki, Ukrayna Beynəlxalq Valyuta Fondu tərəfindən də oxşar təzyiqlə üzləşir. Bu isə Kiyevə ayrıca kredit proqramı çərçivəsində 8 milyard dollarlıq vəsait ayrılması ilə bağlıdır.
Ukraynanın əsas donorları hesab edirlər ki, müharibə dövründə biznes üçün vergi güzəştləri büdcəni zəiflədir, genişmiqyaslı kölgə iqtisadiyyatının davam etməsinə kömək göstərir.
Xatırladaq ki, Macarıstan və Slovakiya vetonu götürdükdən sonra aprelin 22-də Aİ Ukrayna üçün 90 milyard avroluq maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təsdiqləyib.
Serbiyada seçkiyə aid 4 qanuna dəyişikliklər ediləcək
Serbiyada seçki şəraitinin yaxşılaşdırılması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) tövsiyələrinə uyğun olaraq dörd qanuna dəyişiklik və əlavələrin may ayının sonuna qədər qəbul ediləcəyi gözlənilir.”Report”un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Milli Məclisinin sədri Ana Brnabiç bildirib.
O həmçinin qeyd edib ki, yaxın günlərdə korrupsiyanın qarşısının alınması haqqında qanuna dəyişikliklərin də rəy üçün DTİHB-ə göndərilməsi gözlənilir.
A.Brnabiç vurğulayıb ki, 1 May bayramı tətilində Belqrad, Novi Sad, Niş və Kragujevats şəhərlərində yerli seçkilər, parlament üzvlərinin seçilməsi və Konstitusiya Məhkəməsi haqqında qanunlara dəyişikliklər, eləcə də prezident seçkiləri haqqında qanunun bir maddəsinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçiriləcək.
Onun sözlərinə görə, bundan sonra həmin qanunlar parlamentin iclasında müzakirəyə çıxarılmağa hazır olacaq.
“Martın 13-dən etibarən siyasi fəaliyyətlərin maliyyələşdirilməsi haqqında qanuna təklif olunan dəyişikliklərə DTİHB-dən cavab gözləyirik. Bu da vacib qanunlardan biridir və seçki kampaniyası çərçivəsində xərclərə limit qoyur”.
Sədr diqqətə çatdırıb ki, 2019-cu ildən etibarən DTİHB tövsiyələrinin icrası üzərində intensiv iş aparılır və seçki şəraiti davamlı şəkildə yaxşılaşdırılır.
Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək
İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə mayın 9-da Moskvanın Qırmızı meydanında hərbi parad keçiriləcək.
AZƏRTAC Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Rusiya ordusunun bütün qoşun növlərinin hərbi akademiyalarının şəxsi heyəti cərgə ilə Qırmızı meydandan keçəcək. Lakin Suvorov və Naximov hərbi məktəblərinin tələbələri, kadet korpusları və hərbi texnika kolonnaları mövcud əməliyyat şəraitinə görə bu il paradda iştirak etməyəcəklər.
Nazirlik qeyd edib ki, paradın canlı yayımında Strateji Raket Qüvvələrinin komanda məntəqələri, Aerokosmik Qüvvələr və dəniz gəmiləri də daxil olmaqla xüsusi əməliyyat zonasında silahlı qüvvələrin müxtəlif qoşun növlərinin fəaliyyəti nümayiş olunacaq. Paradın aviasiya hissəsi pilotaj qrupları tərəfindən yerinə yetiriləcək və Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayan “Su-25” hücum təyyarələrinin uçuşları ilə başa çatacaq.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

