Kiyev 13 ölkə ilə birgə koalisiya yaradır
14.05.2026 [09:14]
Koalisiya ballistik raketlərdən müdafiəni gücləndirməlidir
Mayın 9-da Moskvada keçirilən hərbi paraddan sonra Rusiya-Ukrayna cəbhəsində hücumlar yenidən başlayıb. Rusiya Prezidenti Vladimir Putin paradla əlaqədar mayın 8-i və 9-da Ukrayna ilə atəşkəs barədə əmr vermişdi. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılsa da, Kiyev atəşkəsə əməl edəcəyini bəyan etmişdi.
Atəşkəs qalıcı olmadı, qarşılıqlı hücumlar artıb
Lakin Ukraynanın təklifinə rəğmən, atəşkəs qalıcı olmayıb, Rusiya hərbi paradın keçirilməsindən sonra hücumlarını bərpa edib. Belə ki, Rusiya qoşunları Kiyev şəhərinə və vilayətinə dron zərbələri endirib. Kiyev bölgəsində uşaq bağçasına dronla zərbə endirilib, paytaxtdakı 16 mərtəbəli binaya isə PUA qalıqları düşüb və yanğın baş verib. Xəsarət alanlar var. Jitomir bölgəsində də hücum nəticəsində avtomobillərə, yaşayış binalarına və yardımçı tikililərə ziyan dəyib.
Dünən gecə Rusiya ordusu Çerniqov bölgəsinə də dron hücumu həyata keçirib. Bu barədə Çerniqov Regional Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib. Semenovkada dron zərbəsindən sonra bir ev yanıb. Koryukovski rayonunun Menska qəsəbəsində dron zərbələri yardımçı tikililərə ziyan vurub. Xarkov bölgəsində iki kənddə də hücumlar qeydə alınıb. Xarkov vilayətinin Dövlət Təcili Yardım Xidmətinin məlumatına görə, Kupyansk rayonunun Veliki Burluk kəndində düşmən dronu infrastruktur obyektinə zərbə endirib. Bir avtobus və bir yük maşını alovlanıb. Təcili yardım briqadaları yanğını söndürüb, insan tələfatı olmayıb. Xarkov rayonunun Bezruki kəndində bir evə dron zərbəsi endirilib. Bir yardımçı bina alovlanıb və yaşayış binasına ziyan dəyib. Yanğın söndürülüb və itki olmayıb. Bundan əlavə, Xarkovda pilotsuz uçuş aparatı evin damına zərbə endirib və bir sakini yaralayıb. Pavloqradda isə Rusiya ordusu yaşayış məntəqəsinə hücum edib. Doqquzmərtəbəli binaya və bir neçə avtomobilə ziyan dəyib, iki nəfər yaralanıb. Nəqliyyat infrastrukturuna da ziyan dəyib.
Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində isə 8 nəfər həlak olub, 11 sakin yaralanıb. Bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Qanja “Telegram” platformasında məlumat verib. Onun sözlərinə görə, ruslar bölgənin üç rayonuna təxminən 30 dəfə hücum ediblər. Nikopol rayonunda hücumlar Nikopol, Marqanets, Mirovsk, Pokrovsk və Krasnoqriqoryevski yaşayış məntəqələrini hədəf alıb. Bu ərazilərdə infrastruktur, şəxsi evlər və avtomobillərə ziyan dəyib. Hücumlar zamanı 3 nəfər yaralanıb, 16 yaşlı oğlan orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha iki nəfər ambulator müalicə alır.
Sinelnikovski rayonunda ruslar Dubovikovska və Nikolayevska icmalarına hücum ediblər. Burada 20-dən çox evə ziyan dəyib, iki nəfər ölüb. Mayın 12-də rayona edilən hücum nəticəsində daha doqquz evə ziyan dəyib, dörd nəfər həlak olub, daha dörd sakin yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Krivoy Roqda bir müəssisə, infrastruktur və qaz kəməri zədələnib. Burada iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Moskva Kiyevin təklifini qəbul etməyib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarının cavabsız qalmayacağını bildirib. O vurğulayıb: “Rusiya özü bir neçə gün davam edən atəşkəsi dayandırmağı seçdi. Gecə ərzində Ukraynaya 200-dən çox hücum dronu buraxıldı. Cəbhə xəttinə yenidən 80-dən çox hava bombası atıldı, 30-dan çox hava hücumu qeydə alındı. Dnepr, Jitomir, Xarkov və Nikolayev vilayətlərində hücum dronları vuruldu”.
Ukraynanın xarici işlər naziri Sibiqa isə qeyd edib ki, Kiyev Moskvaya atəşkəsin 11 maydan sonra da uzadılmasını təklif edib: “Rusiyanın bu təklifi rədd etməsi onun üçün müvafiq nəticələrə səbəb olmalıdır. Ukraynanın təsirli, uzunmüddətli sanksiyaları və tərəfdaşlarımızın qətiyyətli addımları ilə daha güclü təzyiqə ehtiyac var”.
Hücumlara cavab olaraq Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Donetsk, Luqansk və Zaporojye vilayətlərindəki Rusiya ordusunun komandanlıq, logistika və canlı qüvvə mərkəzlərinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Selydov yaxınlığında iki düşmən komandanlıq və müşahidə məntəqəsi və bir komandanlıq məntəqəsi vurulub. Bundan əlavə, Donetsk vilayətinin Pokrovsk yaxınlığında Rusiya ordusunun PUA-sı üçün komandanlıq məntəqəsinə zərbə endirilib. Ukrayna qüvvələri, həmçinin Zaporojye vilayətinin Novopoltavka şəhərindəki təchizat anbarına və Luqansk vilayətinin Rassvet şəhərindəki təmir bölməsinə zərbələr endirib. Digər hədəflərlə yanaşı, Donetsk bölgəsindəki strateji ərazi olan Donetskdə və Zaporojye bölgəsindəki strateji ərazi olan Oxrimovkada Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi ərazilər də vurulub.
Kiyev Avropadakı tərəfdaşlarına inanır
Belə bir şəraitdə Kiyev beynəlxalq tərəfdaşları ilə Rusiyanın hücumlarının qarşısını almaq üçün yeni variantlar üzərində işləyir. Belə ki, Ukrayna Avropa tərəfdaşları ilə birgə ballistik raketlərdən müdafiə üzrə koalisiya yaratmağa hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib: “Avropalı tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm: milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində görüş keçirilib. Biz Avropada ballistik raketlərdən müdafiə sistemlərinin istehsalı mövzusunu tədricən irəli aparırıq və bununla bağlı koalisiya formalaşdırırıq. Bunu etməyə dəyər və hazırda biz nəticəyə həmişəkindən daha yaxınıq. Həmin görüşdə 13 ölkə və NATO Baş katibinin ofisi təmsil olunub. Bu, çox vacib təşəbbüsdür”. Onun sözlərinə görə, Ukraynanın bu gün həm cəbhədə, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda mövqeyi güclüdür. O, Ukrayna və Avropanın müdafiəsinin bundan sonra da gücləndirilməsinin vacibliyini qeyd edib. “Ukrayna müharibədə tab gətirməli, müstəqilliyini qorumalı, insanların təhlükəsizliyini təmin etməlidir. Bu, mütləq olacaq”, - Ukrayna lideri yekunlaşdırıb. Beləliklə, Kiyev hesab edir ki, tərəfdaşlarının dəstəyi ilə Rusiyanı sülhə məcbur etmək olar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19

