Çıraqdan Çin çıxır
02.03.2023 [11:27]
ABŞ Çini hədələdi: Bu, sizə baha başa gələcək
Bir ildir davam edən Ukrayna müharibəsi Rusiyanın silah təchizatında problemlər yaradıb. Qərbin sanksiyaları nəticəsində iqtisadi girdaba düşən şimal qonşumuz hazırda silah mübadiləsi apara biləcəyi partnyorlar axtarır. Qərb mediası Rusiyaya silah verə biləcək ölkələr arasında İran və Şimali Koreya ilə yanaşı, Çinin də adını çəkir.
Məsələ o qədər ciddidir ki, hətta Amerika Birləşmiş Ştatları Çinə xəbərdarlıq da edib. ABŞ Dövət Departamenti bildirib ki, Pekin Ukraynanı işğal etmək niyyətində olan Rusiyanı silahla təmin edərsə, bunun cavabı ağır olacaq.
Hazırda Vaşinqton və onun NATO-dakı müttəfiqləri Pekini Moskvaya hərbi təchizat göndərməkdən daşındırmağa çalışırlar.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan CNN telekanalına açıqlamasında: “Pekin bu məsələdə necə davam edəcəyi, Moskvaya hərbi dəstək göstərib-göstərməyəcəyi barədə qərarı özü verəcək. Lakin Çin bilməlidir ki, Rusiyaya silah tədarükü ona həqiqi mənada baha başa gələcək”, - deyib.
Sallivan digər bir müsahibəsində Çinin bu məsələ ilə bağlı ətraflı götür-qoy etdiyini bildirib. Diplomatın sözlərinə görə, Çin qonşusu və bir çox məsələlərdə müttəfiqi olan Rusiyaya silah yardımı göstərməklə bağlı variantı diqqətlə nəzərdən keçirir.
Pekin diqqət mərkəzində
Lakin Çin bu ittihamları rədd edir. Digər tərəfdən, ziddiyyətli məqam odur ki, Pekin fevralın 25-də Hindistanda keçirilən G20 toplantısı zamanı Rusiyanın Ukraynaya hücumunu pisləməkdən imtina edib. Ötən həftə Çin Ukrayna-Rusiya müharibəsində atəşkəs təklifi ilə çıxış edib, amma bu təklif Ukraynanın Qərb müttəfiqləri tərəfindən şübhə ilə qarşılanıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı Çin rəhbərliyinin Rusiyanı kütləvi qırğın silahları ilə təchiz edəcəyinə əmindir: “Biz hələ ki, Pekinin bu məsələdə yekun qərarını görmürük və Rusiyaya kütləvi qırğın silahlarının verilməsi ilə bağlı əlimizdə faktiki dəlil yoxdur”.
Bu arada dünyanın diqqətini çəkən əsas məsələ Çin lideri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya rəsmi səfərə hazırlaşmasıdır.
NATO-nun yuyulmamış çömçəsi Fransa
Son olaylarla bağlı Çinə səfər etmək qərarına gələn ölkə rəhbərlərindən biri də Fransa prezidenti Emmanuel Makrondur. Rusiyanın küncə sıxışdırılmasından istifadə edən Fransa son zamanlar bölgədə, xüsusilə də Cənubi Qafqazda fəallığını artırıb. Adəti üzrə beynəlxalq hüququn prinsiplərinə hörmətsizliyi ilə seçilən bu qərəzli NATO ölkəsi prezident Emmanuel Makronun timsalında özünü haqq tərəfdarı kimi aparmağa, öz aləmində guya sülhə töhfə verməyə çalışır. Əslində isə məqsəd getdikcə zəifləyən Rusiyanın çöküşü prosesində regionda söz sahibinə çevrilmək, iri tikələr qapmaq həvəsi ilə burnunu Ukrayna müharibəsinə, eləcə də Azərbaycanla Ermənistan arasındakı təmas xəttinə soxmaqla özünü bölgədə güc yiyəsi kimi göstərməkdir. Yaranmış şəraitdən istifadə eləməyə çalışan Makron Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq məqsədilə Çin hökumətindən kömək istəyəcəyini elan edib.
Bu ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenko da Pekində səfərdədir.
Məlumdur ki, Çinlə Rusiya arasında sıx ticari-iqtisadi əlaqələr var. Rusiya Çinin ən böyük iqtisadi bazarlarından biridir. Bu əlaqələrə baxmayaraq, Pekin özünü münaqişədə neytral tərəf kimi göstərməyə çalışır. ABŞ-ın yüksək rütbəli rəsmiləri Çinin Rusiyanı kütləvi qırğın silahları ilə təmin etmək perspektivinin olduğu iddiasındadırlar. Rəsmi Pekin isə bütün hallarda bu versiyanı təkzib edir.
Atəşkəs planı Putinin sifarişi ola bilər
Ötən həftə Çin Ukrayna və Rusiyanı “siyasi həll yoluna” dəvət edən 12 bən?lik atəşkəs sənədi hazırlayıb. Müharibənin ildönümü ilə bağlı hazırlanmış sənəddə əsaslandırılan başlıca fikir müharibənin heç bir tərəfə fayda gətirməyəcəyi müddəasıdır. Sənəddə dünya ölkələrinin, beynəlxalq qurumların “Rusiya və Ukraynanı eyni istiqamətdə işləməyə və mümkün qədər tez bir zamanda birbaşa dialoqu bərpa etməyə çağırmalarının” vacibliyi göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi, Qərb bu atəşkəs sənədinə şübhə ilə yanaşır. Hətta sənədin Rusiya prezidenti Putinin sifarişi ilə hazırlandığını iddia edənlər də var.
Zelenskinin arzusu Çin olacaqmı?
Çinin müharibə ilə bağlı mövqeyinə münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski Pekinin təklif etdiyi atəşkəs sənədini müsbət qarşılayaraq, gələcək sülh danışıqlarında Pekinlə işləyə biləcəklərini vurğulayıb: “Çin Ukrayna haqqında danışmağa başlayıb, məncə, bu yaxşı haldır. Düşünürəm ki, bu sənəddə bizim ərazi bütövlüyümüzə, təhlükəsizlik məsələlərinə hörmət əks olunub. Biz bu məsələdə Çinlə işləməliyik. Bizim vəzifəmiz günahkar birini təcrid etmək naminə hər kəsi birləşdirməkdir”.
Ukrayna lideri çinli həmkarı Si Cinpinlə görüşə ümid etdiyini də bildirib. Zelenski bunu “dünya təhlükəsizliyi üçün vacib görüş” kimi qiymətləndirib. Çin rəhbəri Si Cinpin isə mayın əvvəlində Moskvaya səfər edib Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Çin əsas oyunçuya çevrilir
Putinin əbədi müttəfiqi Lukaşenko Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləyərək, işğal üçün Belarus ərazisindən istifadəyə icazə verib. O, Moskvanın Belarusda hərbi təlimlər keçirməsinə də imkan yaradıb. Çinin xarici işlər naziri Qin Qanq belaruslu həmkarı Sergey Aleyniklə telefon danışığı zamanı Pekinin Minsklə qarşılıqlı siyasi etimadı dərinləşdirmək üçün işləməyə hazır olduğunu bildirib.
Çin XİN-dən o da bildirilib ki, rəsmi Pekin Minsklə dost və müttəfiqdir, Çin Belarusa hər hansı sanksiya tətbiq edilməsinə, kənar qüvvələrin bu ölkənin daxili işlərinə müdaxiləsinə qarşıdır.
Göründüyü kimi, Çin Rusiya-Ukrayna danışıqlarında vasitəçiliyi öz üzərinə götürməklə həm bölgədə vacib siyasi fiqur olduğunu isbatlamaq niyyəti güdür, həm də Rusiyaya silah satışı ilə bağlı səslənən ittihamlara cavab vermiş olur. ABŞ kəşfiyyatının Çinin Rusiyaya silah vermək niyyəti ilə bağlı şübhəsi isə hələ ki, faktlarla sübuta yetirilməyib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

