Yaxın Şərqin yeni savaş ocağı - Sudan
26.04.2023 [10:45]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, aprelin 15-dən indiyədək Sudanda şiddətli döyüşlər nəticəsində azı 600 nəfər, o cümlədən BMT Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı həlak olub. 3 mindən çox insan yaralanıb. Ölənlərin və yaralananların artacağı istisna edilmir. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin Sudan üzrə nümayəndəliyi isə ölkənin səhiyyə sisteminin dağılmaq ərəfəsində olduğunu bildirib.
Xunta niyə parçalandı?
Sudanda qanlı toqquşmalar bir həftədir davam edir. Vətəndaş müharibəsi miqyasını alan ölkədaxili savaş Sudanın milli ordusu ilə Xüsusi Təyinatlı Qüvvələr arasında gedir. Konkret desək, Sudan Silahlı Qüvvələri (SAF) və Xüsusi Təyinatlı Qüvvələr (RSF) adlanan qruplaşma idarəetmə və resurslara nəzarət uğrunda qanlı savaş başladıb.
Silahlı qüvvələrin iki komandanı arasında toqquşma səbəbindən Sudanda sadə vətəndaşlar ölür, yaralanır, xəstəxanalar iflic duruma düşür, ərzaq və tibbi böhran yaşanır, ölkə dünyanın gözü önündə xarabazara çevrilir. Getdikcə vüsət alan bu amansız savaşı vətəndaş müharibəsi adlandırmaq olar. Məsələ həm də burasındadır ki, savaş təkcə Sudanla məhdudlaşmır, toqquşmalar bütün qonşu ölkələrə və ümumilikdə, Yaxın Şərq regionuna birbaşa təsir göstərir. Bu səbəbdən Yaxın Şərqin regional güclərinin Sudan münaqişəsinə qarışma ehtimalı da xeyli yüksəkdir.
Norveçin Sudandakı səfiri Endre Stiansen münaqişə haqqında danışarkən bu ehtimalı “yüksək risk doğuran” nüans adlandırıb: “Baş verə biləcək ən pis şey lokal münaqişənin regional münaqişəyə çevrilməsi və qonşu dövlətlər tərəfindən buraya müdaxilə edilməsi ola bilər”.
Yeri gəlmişkən, Sudanın paytaxtı Xartumda hücuma məruz qalan beynəlxalq nümayəndəliklərin arasında Norveç səfirliyi də var. Səfirliyin yaxınlığındakı beynəlxalq hava limanı saatlarla atəşə tutulub, nəticədə yaxınlıqda yerləşən binalar, o cümlədən Norveç səfirliyi zərər çəkib. Səfir Stiansen yaxınlıqda baş verən partlayışı “heç vaxt eşitmədiyim dəhşətli bir səs” adlandırıb. Diplomat bildirib ki, bu gün beynəlxalq aləm Sudanda baş verənlərə susqun yanaşsa, ölkə tezliklə parçalana, vətəndaş müharibəsi isə nəinki aylarla, hətta illərlə davam edə bilər.
SAF - Sudanın de-fakto hökmdarına çevrilmiş hərbi komandan general Əbdül Fəttah əl-Burhana sadiq olan Sudan ordusudur. Qiyam qaldıran RSF isə xüsusi təyinatlı silahlı qüvvələrin birliyidir. RSF-yə “Hemedti” adı ilə tanınan general Məhəmməd Həsən Daqalo rəhbərlik edir. İndi üz-üzə duran hər iki qüvvə Ömər Bəşir hakimiyyəti devrildikdən sonra ölkəni idarə edən hərbi xuntanın əsasını təşkil edirdi.
Ömər Bəşirdən sonra Sudanın, nəhayət, mülki idarəçiliyə keçəcəyi güman olunurdu. Ancaq rejimi devirən hərbçilər idarəçiliyi mülki qüvvələrə verməkdən imtina edir. 2021-ci ildə hərbi xunta mülki idarəçilik istəyən qüvvələrə qarşı repressiya həyata keçirdi, etirazçılar güllələndilər. Ordu rəhbərləri ölkədə xuntanın ömrünü qeyri-müəyyən müddətə yenidən uzatdılar. Beləliklə, Sudanda vətəndaş cəmiyyətinin demokratik idarəçilik cəhdləri iflasa uğradı.
Regional oyunçuların maraqları
Öncə qeyd etmək lazımdır ki, Sudan geosiyasi baxımdan mühüm strateji mövqeyi olan ölkədir. Bundan əlavə, devrilən Ömər Bəşirin ekstremist “Müsəlman qardaşları” qruplaşması ilə sıx əlaqələri var. Sudan Ərəb Liqasının üzvüdür, eyni zamanda, Sub-Sahara Afrikasını Şimali Afrika və Sahel ilə birləşdirən ölkədir. Sudan geostrateji mövqeyinə görə Yaxın Şərq və Şimali Afrika regionunu birləşdirən mühüm coğrafi əraziyə malikdir. Ona görə də Yaxın Şərq dövlətlərinin bu ölkədə öz maraqları var.
Artıq qonşu ölkələrdən bir neçəsi kimin tərəfində olduğunu gizlətmir də. Misir buna əyani misaldır - açıqca Sudan silahlı qüvvələrinin rəhbəri, Misirdə təlim keçmiş Əbdülfəttah əl-Burhanı dəstəkləyir. Böhran Qrupunun analitik mərkəzinin eksperti Maykl Vahid Hanna “Financial Times”a bildirib ki, “Misirdə Hemedtiyə (Xüsusi Təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Daqalo - red.) dərin inamsızlıq var”. Siyasi şərhçinin sözlərinə görə, Daqalo normal hərbi struktura çevrilə bilməyən qeyri-qanuni dəstənin lideridir. Bundan başqa, onun Port Sudana hərbi müdaxilə etmək imkanlarını nəzərdən keçirən Rusiya ilə kommersiya əlaqələri də məsələni qəlizləşdirir.
Bir çox misirli siyasətçinin fikrincə, Qahirə Xartumda əl-Burhanın hakimiyyətə gəlməsini, eləcə də Nil çayı üstündə Efiopiya ilə yaranan problemə görə Sudan hökumətinin dəstəyini istəyir. Nil çayı Misir üçün həyati əhəmiyyətə malik olduğundan Efiopiya hökumətinin Nildə nəhəng bənd tikməsi Misirə ciddi problem yarada bilər.
Bu arada general Daqalonun başçılıq etdiyi RSF qüvvələri Sudanda bir neçə Misir əsgərini girov götürüb. Tərəflər arasında dəfələrlə danışıqlar aparılsa da, Hemedti hələ də onları geri qaytarmayıb. Bu da general Daqalonun Misir hakimiyyəti ilə apardığı danışıqlarda irəli sürdüyü şərtlərin qəbul edilməməsi kimi anlaşılır. Ekspertlər Sudandakı mövcud vəziyyətin Misir üçün əməlli-başlı risk daşıdığı qənaətindədirlər. Əsgərlərinin girov götürülməsi Misirin qonşu ölkədəki vətəndaş müharibəsinə cəlb edilməsinin başlanğıcı ola bilər.
Regional oyunçular sırasında Birləşmiş Ərəb Əmirliklərini və Səudiyyə Ərəbistanını da unutmaq olmaz. Ümumən, Körfəz ölkələri Sudanı özlərinin təsir dairəsinin bir hissəsi kimi görür. Hər iki ərəb dövləti 2019-cu ildə Ömər Bəşirin devrilməsindən sonra Sudanın hərbi liderlərinə güclü maliyyə və diplomatik dəstək verib. Analitiklərin fikrincə, hər iki Körfəz dövlətinin liderləri Sudanın daxili işlərinə qarışmamağa, biri-birinə düşmən olan Hemedti və Burhanla əlaqələri balanslaşdırmağa çalışırlar.
Sudanın kənd təsərrüfatına yaxşı sərmayələr qoyan BƏƏ Sudanda atəşkəs və keçid dövrünə qayıdışla bağlı konsensusa nail olmaq üçün bütün imkanlarından istifadə edir. Qırmızı dənizdə Sudanla həmsərhəd olan Səudiyyə Ərəbistanına gəlincə, onun əsas məqsədi Sudanın Liviya kimi çöküş vəziyyətinə düşməsinin qarşısını almaqdır.
Qərb müharibə istəmir?
Sudanda baş verənlər qonşu olmayan dövlətlərin də marağındadır. Məsələn, Rusiyanın bu ölkədə öz maraqları var və bu da Qərbdə narahatlıq yaradır. Həm Ər-Riyad, həm Əbu-Dabi, həm də Moskva Sudandakı toqquşmalara son qoymaq üçün tərəfləri dialoqa çağırıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan toqquşmalardan sonra general Burhan və Hemedti ilə danışıqlar aparıb. Afrika qitəsində öz təsirini qoruyub saxlamağa çalışan Vaşinqton da Sudanda baş verənləri yaxından izləyir. ABŞ-ın dövlət katibi Entoni Blinken münaqişə tərəflərinə səslənərək, onları sivil danışıqlara çağırıb.
Böyük Britaniya da baş verənlərə münasibət bildirib. Birləşmiş Krallığın Afrika üzrə nümayəndəsi Endrü Mitçel deyib ki, fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq qüvvələr gərginliyi azaltmaq üçün birləşir: “Bu, yaşayış məntəqələrində iriçaplı silahlardan istifadə edən iki amansız lider arasındakı döyüşdür. Biz hər iki tərəfi silahı yerə qoymağa və danışıqlar masasına əyləşməyə çağırırıq”.
BMT və Afrika Birliyinin bu qarşıdurma ilə bağlı keçirdiyi birgə iclasda tərəflər arasında üç günlük atəşkəs barədə razılıq əldə olunub. Bu haqda BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib. O, tərəfləri bölgədə gərginliyi azaltmağa çağırıb və siyasi dialoqun başlanmasına dəstək verməyə hazır olduğunu bildirib: “İlkin olaraq Ramazan bayramı ərəfəsində üç günlük atəşkəs əldə olunub. Bu müddət münaqişə zonasında təcrid olunmuş mülki şəxslərin köçürülməsinə, yaralıların müalicəsinə və digər ehtiyacların təmin olunmasına imkan verəcək”.
Baş katib münaqişənin sona çatması üçün tərəflər arasında dialoqun vacibliyinə diqqət çəkib. Quterreş ölkədə tezliklə mülki hökumətin qurulmasının vacib olduğunu bildirib. Bütün bunlarla yanaşı, Sudan Mülki Aviasiya İdarəsi hər cür kənar müdaxilənin qarşısını almaq məqsədilə ölkənin hava məkanında uçuşları bu ayın sonuna qədər dayandırıb.
Lakin yayılan məlumatlara görə, atəşkəs günlərindən əlavə güc toplamaq üçün istifadə edən hər iki qüvvə Ramazan bayramından sonra da münaqişəni davam etdirmək fikrindədir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

