Zaporojye AES partladılarsa...
06.07.2023 [11:05]
Bəşəriyyət yeni fəlakətlə üzləşəcək
Rusiya-Ukrayna müharibəsi təkcə bölgə üçün deyil, bütün dünya üçün ciddi problemlər yaradıb. Bunlardan ən əsası Zaporojye AES-lə bağlıdır. 2022-ci il il fevralın 24-də müharibə başlayıb və həmin il martın 4-də Rusiya ordusu Zaporojye AES-i işğal edib. Enerji bloklarının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, 2022-ci ilin sentyabrında MAQATE stansiya monitorinq qrupları yerləşdirib. 2023-cü ilin əvvəlindən AES elektrik enerjisi istehsal etmir, lakin iki reaktor “qaynar dayandırma” rejimindədir, stansiyanı və yaxınlıqdakı Enerqodar şəhərini buxar və istiliklə təmin edir. Stansiyada xeyli sayda rus hərbçisinin olduğu bildirilir.
2023-cü ilin mart ayına olan məlumata görə, radiasiya sızması, reaktorların zədələnməsi, işlənmiş nüvə yanacağı anbarları, soyutma sistemləri və ya ehtiyat enerji sistemləri haqqında məlumat yoxdur. MAQATE rəhbəri Rafael Qrossi mütəmadi olaraq həm Kiyevlə, həm də Moskva ilə təmasdadır. Məqsəd baş verə biləcək qlobal fəlakətin qarşısını almaqdır. Danışıqlar prosesində Rusiya tərəfi stansiyanı demilitarizasiya etməkdən imtina edib. Bu ilin martında rəsmi Kiyev elan edib ki, işğal ili ərzində Zaporojye AES-də vəziyyət xeyli pisləşib. Ukrayna tərəfinin fikrincə, bölgənin işğaldan azad ediləcəyi təqdirdə Rusiya stansiyanı bilərəkdən sıradan çıxarmağa cəhd edə bilər.
Rusiyalı hərbçilər stansiyanı tərk edirlər?
Bu yaxınlarda Ukrayna prezidenti Zelenski də vəziyyətin ciddiliyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, Zaporojye AES MAQATE-nin nəzarətində olsa da, Rusiya obyekti zədələyə bilər. V.Zelenski obyektin minalandığını və ərazidə 5 minə yaxın Rusiya əsgərinin olduğunu söyləyib. Dövlət başçısı, həmçinin xatırladıb ki, stansiya əməkdaşları hələ də oğurlanır və onların uşaqları Rusiyaya aparılır. Eləcə də, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında terror aktı hazırladığını iddia edib. Kəşfiyyat bununla bağlı xəritə də paylaşıb. Xəritədə Zaporojye AES-in vurulması nəticəsində radiasiyanın yayılacağı ölkələr göstərilir. “The Times” qəzeti isə yazır ki, Putin sarsılmış mövqelərini gücləndirmək üçün yəqin ki, Zaporojye AES-in partladılmasını əmr edə bilər. Hərbçilərin son günlər stansiyadan tədricən çıxarılması bu şübhələri artırır.
Zaporojye AES niyə inşa edilmişdi?
Xatırladaq ki, Zaporojye AES-n tikintisi haqqında qərar 1977-ci ildə keçmiş SSRİ Nazirlər Soveti tərəfindən qəbul edilib. O vaxt Ukraynanın bir sıra başqa vilayətlərində AES-lər tikilib. Zaporojye AES isə SSRİ-nin və Avropanın ən böyük, dünyanın isə 9-cu nəhəng enerji istehsalçısı olub. Bu, AES Zaporojye vilayətində Kaxovka su anbarının sahilində çöl zonasında, 104 hektar sahədə, Enerqodar şəhərinin yaxınlığında inşa olunub. Əslində Enerqodar şəhəri, inşaatçıları və daha sonra stansiyanın 11.000-ə qədər işçisini yerləşdirmək üçün “peyk şəhər” qismində tikilib və bu, bölgənin iqtisadi inkişafına güclü təkan verib.
AES Kamenka-Dneprovskaya şəhəri stansiyadan 10, Vasiliyevkadan 67 km məsafədə yerləşir. Müəssisə ilə Kiyevin arası 550 kilometrdir. Zaporojye AES-in bu coğrafi rayonda yerləşdirilməsi qərarı üç əsas səbəbə görə qəbul edilib. Birincisi, yerli torpaqlar kənd təsərrüfatı üçün uyğun deyildi. İkincisi, tikilmiş bütün lazımi infrastrukturu olan Zaporojye AES-in yaxınlığındaydı, üçüncüsü isə ərazi xarici dövlətlərin sərhədlərindən uzaqda idi.
Həqiqətən də, Zaporojye AES-də hər hansı partlayış bəşəriyyət üçün fəlakət ola bilər. Xatırladaq ki, 1986-cı ilin yazında Çernobıl AES-də 1000 MVt gücündə yalnız bir enerji bloku reaktoru partlamışdı. Bu hadisə xeyli insan ölümünə səbəb oldu, on minlərlə insan isə şüalanmadan əziyyət çəkdi. Fəlakətin təsiri Şimali Avropa ölkələrində hiss olunub. Şimal-qərb küləyi sayəsində radiasiya Avropaya da çatmışdı. Ukraynalı ekspertlər qeyd edirlər ki, Zaporojye AES 1000 ton gücündə 6 enerji blokuna malikdir və Avropada ən böyüyüdür. Nüvə qəzası zamanı mümkün təcrid zonası təxminən 30 min kvadrat kilometr təşkil edəcək ki, bu da Çernobılın təcrid zonasından on dəfə çoxdur. Dnepr çayı da on illərlə çirklənəcək. Çirklənmənin ümumi sahəsi iki milyon kvadrat kilometrə çata bilər. Başqa sözlə, Zaporojye AES-də baş verən fəlakət Ukraynanın cənubunu tamamilə əhatə edəcək. Üstəlik, küləyin istiqamətindən asılı olaraq təkcə Rusiya və Belarus deyil, Avropa ölkələri də çirklənməyə məruz qala bilər.
Fəsadları Çernobıl hadisəsini üstələyər
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev də hesab edir ki, Zaporojye AES partlayarsa, onun fəsadları Çernobıl hadisələrindən daha güclü ola bilər: “Rusiya tərəfi iddia edir ki, onların məramı atom reaktorunu mühafizə etməkdir ki, ora başqa interversiyalar olmasın. Artıq məsələ beynəlxalq səviyyədə müzakirə edilir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi də açıqlamasında bildirib ki, AES-i qorumaq lazımdır. Onun partlaması Çernobıldan 10 dəfə artıq ziyan verə bilər”. İ.Mustafayevin sözlərinə görə, bu reaktorun partlaması regiona, o cümlədən də Xəzər hövzəsinə müəyyən təsirlər yarada bilər: “Düzdür, öldürücü olmasa da, hava yolu ilə gələ bilər və müəyyən təsirlər göstərər. Nəzərə alınmalıdır ki, Volqa çayı Xəzər dənizi ilə əlaqəlidir və reaktiv maddələrin sularla bizim regiona gəlmə ehtimalı mövcuddur. Bu məsələ beynəlxalq həyəcana da səbəb olub. Bu reaktiv maddələr Qara dəniz vasitəsilə dünya okeanına axsa, böyük fəlakətlər yaşanacaq”.
Göründüyü kimi, AES-dəki hər hansı partlayış qlobal fəlakət deməkdir. Ona görə də, beynəlxalq birlik bu fəlakətin qarşısını almalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26

